19 May 2024, Bazar

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 114 nəfər sağalıb, 80 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 309 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 68 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib. Aktiv xəstə sayı 1648 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 121 min 290 test aparılıb. Bugünkü test sayı isə 5542-dir.

 

 

 

Naxçıvan Dövlət Universitetində Əczaçılıq və simulyasiya kabinəsinin açılışı olub.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev yeni kabinənin açılışını Əczaçılıq ixtisası üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının formalaşması üçün yaradılan şəraitin növbəti təzahürü kimi dəyərləndirib. Qeyd edilib ki, kabinənin tələbələrin yüksəkixtisaslı əczaçı kimi yetişməsində əvəzsiz rolu olacaq, onlar burada aptek təcrübəsini mənimsəyəcək, sonra xəstəxanalarda, laboratoriyalarda, əczaxanalarda işləmələri qazandıqları təcrübəyə əsaslanacaq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri əhali arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələrə start verib.

Ardını oxu...

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 113 nəfər sağalıb, 98 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 39 min 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib. Aktiv xəstə sayı 1851 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 64 min 475 test aparılıb. Bugünkü test sayı isə 6672-dir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 135 nəfər sağalıb, 117 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 424 nəfər müalicə olunaraq sağalıb, 572 nəfər vəfat edib. Aktiv xəstə sayı 1898 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 41 min 184 test aparılıb. Bugünkü test sayı isə 5898-dir.

 

 

 

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 151 nəfər müalicə olunaraq sağalıb, 141 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 38 min 658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib. Aktiv xəstə sayı 1940 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 27 min 685 test aparılıb. Bugünkü test sayı isə 7656-dir.

 

 

 

Bir neçə gün əvvəl Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə iş vaxtından sonra – saat 1830-da ağır vəziyyətdə olan bir xəstə gətirilmişdi. Kəskin miokard infarktı keçirdiyindən xəstənin ürəyində sağ koronar arteriya tamamilə tutulmuş, ürəyin dayanması müşahidə olunmuşdu. Konsultativ müayinə zamanı xəstəyə kəskin koronar sindrom diaqnozu qoyulmuşdu. Onun həyatı üçün ciddi təhlükə yarandığından bir saat ərzində cərrahi müdaxilə zərurətə çevrilmişdi. Vaxt yox idi. Gecikmək xəstənin həyatı bahasına başa gələ bilərdi, odur ki, dərhal Kardiocərrahiyə şöbəsinə yerləşdirilmiş və iş vaxtından sonra dərhal bir araya gəlmiş kardioəməliyyat heyəti komanda şəklində vaxt itirmədən əməliyyatın icrasına başlamışdı. Kardiocərrah Firdovsi Hüseynov, kardio-anestezioloq-reanimatoloq Elçin Abdullayev və assistentlərin iştirakı ilə xəstədə 3-lü koronar damar şuntlama əməliyyatı icra olunub. Aşağı ətraflardan alınan venoz damar tıxanmış ürək damarlarına calaq edilərək ürəyin yenidən qidalanması bərpa edilib. Ürək yenidən oksigenlə təmin olunub və baş verə biləcək miokard infarktının qarşısı alınmaqla xəstənin səhhətindəki problem tamamilə aradan qaldırılıb.

Ardını oxu...

Avqustun 31-də – Aşura günü Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.
Naxçıvan Muxtar Respublika Xəstəxanasında 88 nəfərdən 44, Diaqnostika-Müalicə Mərkəzində 33 nəfərdən 16,5 litr qan götürülüb. Rayon mərkəzi xəstəxanaları üzrə Şərur rayonunda 40 nəfərdən 20, Sədərək rayonunda 40 nəfərdən 20, Kəngərli rayonunda 40 nəfərdən 20, Şahbuz rayonunda 36 nəfərdən 18, Culfa rayonunda 66 nəfərdən 33, Ordubad rayonunda 35 nəfərdən 17,5, Babək rayonunda isə 72 nəfərdən 36 litr qan götürülüb. Ümumilikdə, muxtar respublika üzrə 450 nəfərdən 225 litr qan tədarük olunub.
Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, səhiyyə müəssisələrində təşkil olunub. Sosial məsafə gözlənilməklə və sanitar-gigiyena qaydalarına ciddi əməl edilməklə keçirilən aksiyada götürülən qanın qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının Qan Bankına təhvil verilib.
Aksiya nəticəsində kifayət qədər qan ehtiyatı yaradıldığını vurğulayan Qan Bankının şöbə müdiri Məmmədəli Həsənov iştirakçılara təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər ki, hazırda reanimasiya şöbələrində 148 nəfər müalicə alır. Xəstələrdən 17 nəfəri isə süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 1956 nəfərdir.

 

 

 

1976-cı ildə Amerikanın Nyu-york şəhərində professor Sula Benet tərəfindən “How to live to be 100” adlı bir tədqiqat əsəri çap etdirilir. Bu əsəri bizim üçün maraqlı edən haqqımızda yazılmış olmasıdır. Kitabın müəllifi Nyu-Yorkdakı bir elmi-tədqiqat institutunun əməkdaşı idi. O 1970-ci ilin iyun ayından 1975-ci ilin may ayına qədər müxtəlif fəsillərdə Qafqazı oba-oba gəzmiş, müşahidə və tədqiqatlar aparmışdır. Burada olarkən xoş qarşılanmış, təmasda olduğu insanlardan öyrəndikləri haqqında qeydlər aparmış və gördüklərini dəqiqliklə qələmə alaraq kitab şəklində çap etdirmişdir. Azərbaycanın əməkdar elm xadimi Qəzənfər Paşayev bu kitabı ABŞ-da ixtisasartırma dil kurslarında oxuyarkən görüb Azərbaycan dilinə tərcümə etmişdir. Bu kitabda Qafqaz xalqlarının, xüsusilə azərbaycanlıların milli mədəniyyəti, ailə davranışları, böyük-kiçik münasibətləri, dini və əxlaqi dəyərləri, qidalanma mədəniyyəti və xalq təbabəti haqqında geniş məlumatlar verilmişdir. Ən təəccüblüsü isə odur ki, müəllif bu kitabda vurğuladığı məsələləri Amerikalılar üçün bir nümunə olacağına ümidvar olduğunu bildirmişdir.

Ardını oxu...

Bu ilin altı ayı ərzində muxtar respublikada səhiyyə sisteminin infrastrukturu və maddi-texniki təchizatı daha da gücləndirilib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən Naxçıvan bürosuna bildirilib ki, pandemiya dövründə səhiyyə xidmətlərinin səviyyəsinin müasir tələblərə çatdırılması, keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Ali Məclis Sədrinin tapşırığı ilə 2 dəst EKMO, 20 stasionar, 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomanitor, 10 elektrosorucu, ümumilikdə, 40 funksional çarpayı alınaraq ehtiyac olan səhiyyə müəssisələrinə təqdim edilib.

Pandemiyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayılmasının qarşısının alınması və təsirinin azaldılması istiqamətində görülən tədbirlər sakinlər arasında yoluxma hallarının minimum həddə qeydə alınması ilə nəticələnib.

Bu, muxtar respublika üçün mühüm aqrar nailiyyətidir

Torpağı və xalqı təkcə silahla müdafiə etmirlər. Onun maddi və mənəvi dəyərlərini araşdırmaq, tədqiq etmək və gələcək nəsillərə çatdırmaq da Vətəni sevmək, onu qorumaqdır. Naxçıvan Muxtar Respublikasında meyvə və üzüm genofondunun qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və iqtisadi əhəmiyyətli sortların istehsalata yönəldilməsi məhz bu məqsədə xidmət edir.

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Meyvə, tərəvəz və üzümçülük laboratoriyasında regionun əsas maddi sərvətlərindən olan meyvə və üzüm genofondunun tədqiq olunması, qorunması, seleksiya yolu ilə zənginləşdirilməsi, aqrotexnikasının öyrənilməsi, iqtisadi əhəmiyyətli sortların istehsalata yönəldilməsi istiqamətində məqsədyönlü elmi araşdırmalar aparılır. Hələ 2003-cü ildən başlayaraq laboratoriyada “Naxçıvan Muxtar Respublikasının bioresurslarının öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları” mövzusu üzrə elmi araşdırmalara başlanılmışdır. 2016-2020-ci illər elmi-tədqiqat dövrü üçün planlaşdırılmış “Naxçıvan Muxtar Respublikası ərazisində yayılmış yabanı və mədəni meyvə-giləmeyvə, tərəvəz bitkilərinin genofondunun toplanılması, tədqiqi və səmərəli istifadəsi” və “Genetik üsulların təkmilləşdirilməsi əsasında eksperimental yolla alınmış yeni üzüm sort və formalarının ampeloqrafiq xüsusiyyətlərinin tədqiqi və seçmə işləri” mövzuları üzrə elmi-tədqiqat işləri bu günədək davam edir.

Ardını oxu...

Hazırda COVID-19-un spesifik müalicəsi yoxdur, lakin xəstənin səhhəti bərpa olunanadək simptomları yüngülləşdirən tədbirlər görülə bilər. Bəzi hallarda yüngül simptomları olan şəxslərdə növbəti 5-7 gün ərzində kliniki vəziyyətin ağırlaşması müşahidə edilə bilər.

Bu məlumatlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) COVID-19-a yoluxmuş şəxslərin evdə klinik idarə edilməsinə dair hazırladığı sənəddə əks olunub.

Sənəddə qeyd olunur ki, COVID-19-un kliniki simptomları aşağıdakılardır:

Ardını oxu...

Pandemiya dönəmində insanların sanki kabusuna çevrilmiş bir termin var – “buzlu şüşə” mənzərəsi. Bəzən bunu “buz kristalı”, “buz parçası” kimi də adlandırırlar. Bu görüntü ilk əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova “buzlu şüşə”nin mahiyyətini açıqlayıb.

Həkim qeyd edir ki, bəzən normal hallarda da “buzlu şüşə” görüntüsü radioloji görüntülərdə izlənilə bilər: “Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla “buzlu şüşə” görüntüsü verə bilər. Hazırda “buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür. Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır. Buzlu şüşə xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.

Ardını oxu...

Hər kəsə yaxşı bəllidir ki, sağlam yaşamağın sirri, ilk növbədə, insanın düzgün qidalanmasındadır. Gün ərzində qəbul etdiyimiz qidalar orqanizmin gündəlik ehtiyac duyduğu vitamin və mineralları təmin etməlidir. Mövsümi dəyişiklik ilə əlaqədar baş verən yorğunluğun qarşısını almaq və immunitet sistemini gücləndirmək üçün çoxlu vitamin, mineral tərkibli qidalardan istifadə etmək lazımdır.

Bəs yay aylarında hansı qidaları qəbul etməliyik ki, sağlamlığımızla bağlı xoşagəlməz hallar yaranmasın? Bu fəsildə immuniteti necə gücləndirə bilərik? Bu və bu kimi suallarımızı cavablandırmaq üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasının Terapiya şöbəsinin müdiri İsmət İmanovaya müraciət etdik.

Ardını oxu...

Şahbuz rayonunun Batabat ərazisində yerləşən yaylaqlarda rayon mərkəzi xəstəxanasının və baytarlıq idarəsinin kollektivləri tərəfindən bir sıra xidmətlər göstərilib. Belə ki, rayon mərkəzi xəstəxanasının həkimi Əli Qurbanov yaylaqlarda yaşayan vətəndaşların səhhəti ilə maraqlanıb, onlara müxtəlif zəruri dərman preparatları təqdim edib. 

Ardını oxu...

Yay fəsli uşaqlar arasında bəzi mövsümi xəstəliklərin yayılması dövrü hesab edilir. Xüsusən çimərliklərdə çimmək, günəş şüaları altında uzun müddət qalmaq, düzgün qidalanma rejiminə riayət etməmək uşaqların bədən bioritmini pozur. Nəticədə, uşaqlarda mövsümi xəstəliklərə yoluxma halları baş verir. Bəs övladlarımızı bu xəstəliklərdən necə qoruya bilərik?

Bu barədə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini, pediatr İlkay Əliyeva ilə həmsöhbət olduq. Yay mövsümündə uşaqların sağlamlığına nəzarətin daha güclü olmasını vacib sayan həkim qeyd edir ki, bu dövrdə günvurma, günəş yanığı, mədə-bağırsaq sistemi və digər infeksiyalara, allergik və sair mövsümi xəstəliklərə daha çox rast gəlinir. İlk olaraq onu qeyd etməliyəm ki, uşağın immuniteti yüksək olarsa, o, bütün xəstəliklərə qalib gələr. Bunun üçün onların düzgün qidalanmasına, yuxu rejiminə, fiziki aktivliyinə ciddi nəzarət etmək lazımdır.

Ardını oxu...


Yay mövsümündə havanın hərarətinin yüksək olması çimərliyə gedən insanların sayının artmasına gətirib çıxarır. Günün çox hissəsini çimərlikdə qızmar günəş altında keçirmək insanları günvurma kimi real təhlükə ilə üzləşdirir. Günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə son zamanlar günvurma faktları geniş vüsət alıb. Əhalinin belə təhlükədən qorunması məqsədilə məlumatlandırılması və maarifləndirilməsi olduqca vacibdir.

Ardını oxu...

Ən çətin anlarda, özümüzü narahat hiss etdiyimiz ən ağır günlərdə onlara üz tuturuq. Gecənin hansı vaxtı, gündüzün hansı zamanı müraciət etməyimizdən aslı olmayaraq, həmişə bizi diqqətlə dinləyir, şəfalı əlləri ilə ağrılarımızı yüngülləşdirir, dərdlərimizə məlhəm olurlar. Bu gün onların - ağxalatlı peşə sahibi olan tibb işçilərinin peşə bayramıdır.

Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı ilə hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu günün qeyd olunması ölkəmizdə səhiyyə sahəsinə, o cümlədən tibb işçilərinə göstərilən qayğının parlaq təzahürüdür. Milli dövlət quruculuğu strategiyasında səhiyyənin də inkişafına həssaslıqla yanaşan, bu sahəyə diqqət və qayğısını heç zaman əsirgəməyən ümummilli lider Heydər Əliyev tibb işçilərinə müraciətlə deyirdi: “...Siz bütün fəaliyyətinizi bu sahə ilə bağlayaraq həyatınızı olduqca qədim, nəcib və xeyirxah bir işə – insanların sağlamlığının qorunması işinə həsr etmisiniz. Əhalinin sağlamlığının mühafizəsi və tibbi xidmətin yaxşılaşdırılması istiqamətində irəliyə doğru atdığınız addımlar bizi sevindirir. Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.

Ardını oxu...

Səhiyyə xidmətinə diqqət 

Ötən günlərdə “Şərq qapısı” qəzetinin arxivini vərəqləyərkən qəzetin 25 noyabr 1992-ci il tarixli sayında dərc olunan “Səhiyyə xidmətinə diqqət” sərlövhəli müşavirə mətni ilə rastlaşdım. Həmin illəri bu gün müqayisə edərkən qazanılan uğurların miqyasını daha da aydın şəkildə dərk etdim. Yazıdakı ümidsizliyi ifadə edən fikirlərlə tanış olarkən inana bilmirsən ki, blokadanın yaratdığı ağır çətinliklərlə üz-üzə qalan bir məkan bu gün belə uca zirvəyə yüksəlib. Doğrudur, həmin müşavirədə diqqətə çatdırılan çatışmazlıqlar, əsasən, muxtar respublika səhiyyəsindəki mövcud şəraitsizlik müharibənin yaratdığı problemlərlə bağlı idi. Naxçıvanın dünəni ilə bu gününü müqayisə etmək üçün əvvəlcə həmin müşavirədə ulu öndərimiz Heydər Əliyevin dediyi fikirlərə diqqət yetirək:
“May ayının 18-dən bu günədək bizim sərhədlərimizdə, xüsusilə Sədərək bölgəsində müharibə gedir. Bu müharibə gah şiddətlənir, gah da zəifləyir. Amma bunun nəticəsində muxtar respublikanın ən böyük kəndlərindən olan Sədərək kəndinin əhalisi qaçqın vəziyyətindədir. Onlar erməni hücumlarından qorunmaq üçün öz kəndlərini məcburən tərk edərək çadırlarda yaşayırlar.
Qeyd etdiyim kimi, mayın 18-dən sonra bir çox kəndlərin sakinləri qaçqın vəziyyətindədir. Onlar çadırlarda, vaqonlarda yaşayırlar. Yaşayış şəraitində ərzaqla və tibbi xidmətlə təmin olunmalarında çox çətinliklər var. Sanitariya vəziyyətinin yaxşı olmaması müxtəlif xəstəliklərin meydana gəlməsi təhlükəsi yaradır. Bütün bunlarla yanaşı, mühüm vəzifə ondan ibarətdir ki, həm çadırda yaşayan qaçqınlara, həm də sərhəd döyüşlərində yaralananlara lazımi səviyyədə tibbi yardım göstərilsin. Lakin bu işdə çox ciddi nöqsanlar vardır. Bizim səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Onlar öz işlərini lazımi səviyyədə təşkil edə bilməyiblər. Ona görə də biz təcili olaraq fövqəladə tədbirlər görməliyik. Bu da ondan ibarətdir ki, biz bütün daxili imkanlardan istifadə edib qaçqınlara və yaralılara tibbi yardımı tələb olunan səviyyəyə qaldırmalıyıq”.

Sağlamlıq cəmiyyətin sərvətidir

Muxtar respublikamızda bu sərvəti qorumaq üçün geniş imkanlar yaradılıb


Ötən əsrin 90-cı illərinin əvvəllərindən blokadaya salınan muxtar respublikamızda, demək olar ki, bütün sahələrdə vəziyyət çox ağır idi. Ermənilərin çirkin əməllərinə paralel olaraq mərkəzi hakimiyyətin də biganə münasibəti ucbatından, bir tərəfdən qədim diyarımızın işğal təhlükəsi ilə üz-üzə qalması, digər tərəfdən ərzaq qıtlığı, süfrəmizin əsas neməti olan çörəyə belə, həsrət qalmağımız, işığın, təbii qazın olmaması, bütün bunların fonunda təbiətin də bizi sınağa çəkməsi – yayın şiddətli istilər, qışın isə sərt şaxtalar ilə müşahidə edilməsi vəziyyəti daha da gərginləşdirirdi.

Ardını oxu...

14 iyun Beynəlxalq Donor Günü ilə bağlı Naxçıvan Muxtar Respublika  Xəstəxanasında qanvermə aksiyası keçirilib. Xeyriyyə məqsədilə keçirilən qanvermə aksiyasına Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri komitəsinin  əməkdaşları da qoşulub.

Ardını oxu...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 13-nə olan statistik göstəriciləri açıqlayıb.

Ardını oxu...

Dünən Naxçıvan Biznes Mərkəzində Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir olub.

Ardını oxu...

Uşaqlar arasında peyvəndləmə işləri təqvimə uyğun olaraq davam etdirilir. Məqsəd muxtar respublika ərazisində yaşayan və qeydiyyata alınan uşaqların bütünlüklə profilaktik peyvənd edilməsi və bununla bərabər, həmin uşaqların mövcud infeksion və digər xəstəliklərdən qorunmasıdır.
Uşaqların peyvəndə cəlb olunması əhali arasında yoluxucu epidemiyaların qarşısını almağa xidmət edir. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərov bildirir ki, uşaq infeksion xəstəliklərinin qarşısının alınmasında profilaktik peyvəndlər xüsusi yer tutur. Azərbaycan Respublikasının Milli Peyvənd Pro­qramına uyğun olaraq bu gün muxtar respublikada 11 xəstəliyə qarşı peyvənd həyata keçirilir.

Ardını oxu...

İcbari tibbi sığorta işləyən və işləməyən əhalini əhatə edən sığorta sistemi olmaqla, bir növ həmrəylik prinsipi əsasında hər kəs üçün tibbi xidmətləri özündə birləşdirən bir layihədir. Müasir dünyada səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari sığortanın əsas məqsədi təkmil maliyyələşmə mexanizmləri əsasında əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Aparılan təhlillər göstərir ki, icbari tibbi sığortanın tətbiq edilməsi zamanı yaradılan nəzarət mexanizmi səhiyyə xidmətləri sahəsində keyfiyyətin tam təmin olunmasına, bu xidmətlərdən faydalanmaq istəyənlərin öz hüquq və öhdəliklərini başa düşməsinə, tibb işçilərinin məsuliyyətlərinin artırılmasına şərait yaradır ki, bu zaman insanlar istənilən vaxt dövlətin zəmanəti əsasında xidmətlərdən ödənişsiz şəkildə yararlana bilirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə könüllü qanvermə aksiyası keçirib.

Əvvəlcə həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı müəyyən olunub, hərtərəfli tibbi müayinədən sonra onlardan qan ­götürülüb.

Ardını oxu...

Ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi yetərsizdir.

Bu məlumat Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) əhaliyə müraciətində göstərilib.

Ardını oxu...

Naxçıvanda ilk dəfə olaraq süni mayalanma yolu ilə uşaq dünyaya gəlib. Körpə mayın 15-i Beynəlxalq Ailə Günündə Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində dünyaya gəlib.

9 illik övlad həsrətindən sonra dünyaya gələn körpə Culfa rayonunun sakinləri Quliyevlər ailəsindəndir.

Ardını oxu...

Artıq neçə gündür ki, mübarək Ramazan ayına qədəm qoymuşuq. Müsəlman bacı-qardaşlarımızın oruc tutduğu bu ayda sağlam qidalanmaq və immuniteti möhkəmləndirmək zəruridir. 

Qışdan yaza çıxan orqanizmdə avitaminoz, vitaminsizlik mineralsızlıq baş qaldırır. Buna görə də hüceyrələrimiz passiv, yorğun vəziyyətə düşürlər. Bahar yorğunluğunun aradan qaldırılması və hüceyrələrin canlı, aktiv qalması təbii qida istehlakından çox asılıdır. İnsan orqanizmində də virus və infeksiyaların hücumunun məruz qaldığı yer hüceyrələrdir, özü də ağciyər, ürək, böyrək, bağırsaq və digər orqan hüceyrələri. İnsan orqanizmində iki qoruma mexanizmi mövcuddur: hüceyrədaxili və humoral. Əgər virus hüceyrəyə daxil olarsa, hüceyrə daxilində onu ilk qarşılayanlar bizim “daxili qoşunlar” – makrofaqlar və T limfositlərdir. Makrofaqların və T limfositlərin “silah-sursat” xammalı isə azot oksididir. Orqanizmə azot oksidini təbii məhsullarla qidalanmaqla qazandırmış oluruq. Bu azot oksidlər sərbəst radikallar əmələ gətirir ki, onların sayəsində viruslar məhv edilir.

Ardını oxu...

  

 

 

 

 

 

 İnsanın immun sistemi müxtəlif yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı orqanizmin təbii qoruyucu vasitəsidir. İnsan bədəninin bu müdafiə sistemi mütəmadi olaraq infeksiyalar ilə uğurla mübarizə apmaq və müxtəlif xəstəliklərin törədiciləri olan virusların, bakteriya və göbələklərin yaydıqları xəstəliklərin bizdən asılı olmayaraq orqanizmimizə daxil olmasının qarşısını almaqla vəzifəlidir. Bunun üçün immun sisteminin güclü olması əsas şərtdir. Bu sistemin güclü olması isə insandan asılıdır. Təbii ki, müxtəlif xroniki xəstəliklər immun sisteminin zaman-zaman zəifləməsinə səbəb olur. İmmun sistemi insanın yaşayış tərzindən, onun düşdüyü mühit amillərindən və müxtəlif biofaktorlarla kifayət qədər təmin olunmamasından asılıdır. Əslində orqanizm öz müdafiə sistemini özü qurur və bunun üçün bədən proteksin, qlutation kimi müxtəlif kükürdlü zülallar sintez edir.

Ardını oxu...

Həkimlik çox çətin və şərəfli bir sənətdir. Bu sənət daima öyrənməyi, yeniliklər axtarmağı, araşdırmağı tələb edir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir”.  

Ömrünün çox hissəsini xalqın sağlamlığının keşiyində durmağa sərf edən, bilik və bacarıqlarını gələcəyin həkimlərinə aşılayan, daima yorulmaz elmi fəaliyyətlə məşğul olan dəyərli həkimlərimizdən biri də Naxçıvan Dövlət Universitetinin dosenti, tibb elmləri doktoru, “Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri İsa Abdullayevdir.

Öz həyatını doğulduğu, boya-başa çatdığı Vətəninə sədaqətlə xidmət etməyə həsr edən İsa həkim ömür yolunda həyatın bütün çətinlikləri ilə rastlaşıb. Hətta 90-cı illərin sıxıntılı günlərində blokada şəraitində olan doğma Naxçıvanda yaşayışın bir sıra çətinlikləri belə, digər cəfakeş insanlar kimi, İsa həkimi də bu müqəddəs torpaqdan uzaqlaşdıra bilmədi. Həmişə yorulmadan, usanmadan, gecə-gündüz bilmədən çalışdı. Minlərlə xəstənin harayına çatdı, onlara şəfa verdi.

İsa Əli oğlu Abdullayev 1955-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə kənd orta məktəbində təhsil alıb, məktəbi fərqlənmə ilə bitirmişdir. Elə həmin ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. 1977-ci ildə institutu bitirdikdən sonra bir il müddətində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım xəstəxanasının bazasında cərrahiyyə üzrə internatura kursu keçmiş və sonra Əziz Əliyev adına Naxçıvan Mərkəzi Uşaq Xəstəxanasında həkim-cərrah kimi əmək fəaliyyətinə başlamışdır.

Ardını oxu...

Sağlam qidalanarsaq, oruc tutmaqla da bu düşmənə qalib gəlmək olar


Artıq neçə illərdir ki, Ramazan ayında artıq çəkidən əziyyət çəkən insanlar üçün orucluq zamanı sağlam qidalanma proqramları hazırlayıb, onlara təhvil veririk. Bu il dünyada yayılan koronavirus pandemiyasına görə ümumi sağlam qidalanma proqramını təqdim etməzdən öncə bir fizioloq kimi bəzi məsələləri oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Biz necə edə bilərik ki, həm orucluq zamanı, həm də ondan sonrakı günlərdə virusayoluxmanı minimum həddə endirək? Bunun üçün bizim qarşımızda iki yol vardır.

Ardını oxu...

Yuxarı tənəffüs yolları xəstələri, xüsusilə ağciyər xəstələri COVID-19 virusunun yüksək risk qrupuna daxildirlər. Belə şəxslərin immun sisteminin güclü olması və xəstəliklərin profilaktikasında düzgün və balanslı qidalanması olduqca vacibdir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumatına görə, yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyaları bu gün dünyada ən çox rast gəlinən xəstəliklərdən biridir. Bu infeksiyalar əksər hallarda virus mənşəli olur. Məsələn, zökəm, sinusit, faringit, tonzillit, laringit, traxeit, qrip və s. Kəskin respirator infeksiyaların əlamətləri əsasən yorğunluq, əzələ və baş ağrıları, zökəm, öskürək, boğaz ağrısı, asqırma və s. hesab olunur.

Ardını oxu...

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən “Koronavirusa görə özünü yoxla” proqramı hazırlanıb.

Bu barədə İSİM-in Səhiyyə kommunikasiyası şöbəsindən bildirilib.

BMT-nin İnkişaf Fondunun (UNDP) dəstəyi ilə hazırlanan proqramın məqsədi insanlara müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə yardımçı olmaqdır. Özünü yoxlama proqramı hər hansı xəstəlik (o cümlədən COVID-19) və ya digər tibbi vəziyyətlərin diaqnostikası və ya müalicəsi üçün nəzərdə tutulmayıb.

Ardını oxu...

Yaponiyalı həkimlər orqanizmdə koronavirusun yayılmasının qarşısını alan dərman tapmağa nail olublar. Bu, İİÇV-infeksiyasının müalicəsi zamanı istifadə olunan nelfinavir preparatıdır.

Bu barədə “MedikForum”a istinadla xəbər veririk.

Alimlər dərmanın təsiredici maddəsinin COVID-19 virusuna reaksiyasını təhlil ediblər və törədicinin replikasiya fəallığının azalmasını aşkarlayıblar. Onların fikrincə, bu dərmanın koronavirus xəstələrinə təsirini hələ testləşdirmək lazımdır, lakin preparat risk qrupunda olan bir çox pasiyentlərin xilası ola bilər.

Aprelin 12-nə olan məlumata görə, dünyada bu qorxulu xəstəliyə 1,7 milyondan çox insan yoluxub.

Viruslar canlı olaraq qəbul edilməyən ən kiçik infeksion cisimciklərdir. Onlar 2 hissədən ibarətdir:   1.Genetik material (RNT ya da DNT)  və bu genetik materialı xaricdən örtən zülal tərkibli kapsid adlı qişadan.

Viruslar quruluşuna görə sadə və mürəkkəb olurlar. Sadə viruslar nuklein turşusu və kapsid qişası, mürəkkəb viruslar isə bundan əlavə super kapsid adlı əlavə qişa ilə əhatə olunur. Bu  super kapsid qişa sahib hüceyrədən,yəni xəstəlik törətdiyi orqanizimdən alınan lipidlər hesabına formalaşır.Bu xüsusiyyət mürəkkəb virusların sadə viruslara nisbətən daha asan xəstəlik törətməsinə səbəb olur. Yer üzərində viruslar tərəfindən törədilən epidemiyalar,pandemiyalar məhz mürəkkəb virusların payına düşür.Mürəkkəb viruslar dezinfeksiyaedicilərin və temperaturun təsirinə həssas viruslardır.Kəskin respirator virus infeksiyalarının törədiciləri RNT tərkibli mürəkkəb viruslardir. Adenoviruslar isəviruslar içərisində istisna olaraq DNT tərkibli sadə viruslardır. Belə virusların əksəriyyətininxəstəlik törətməsi mövsümi xarakter daşıyaraq yaz-payız aylarına təsadüf  edir.

Ardını oxu...

Muxtar respublikadasanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virusinfeksiyasının yayılmasının qarşısının alınması  istiqamətində kompleks  profilaktik  tədbirlər həyata keçirilməkdədir.

Ardını oxu...

Plastik tibbi səthlərə düzülmüş qrafit nanoplastinkalar orada yapışıb qalan bakteriyaların 99,99%-ni məhv etməklə, infeksiyaya yoluxmanın qarşısını ala bilir. Bu, insanların antibiotiklərə davamlığını gücləndirən, böyük vaxt itkisinə və xərcə səbəb olan, milyonlarla insanı əhatə etmiş problemin ucuz və səmərəli həlli ola bilər.

Bu barədə İsveçin Chalmers Texniki Universitetinin press-relizində bildirilib.

Ardını oxu...

Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur".

Bu barədə TƏBİB məlumat yayıb.

Ardını oxu...

  

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.
Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə birbaşa insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Ardını oxu...

Bu gün planetimiz böyük bir fəlakətlə - koronavirusla (COVİD-19) ciddi və çətin mübarizə aparır. Bütün dünya ölkələri, beynəlxalq səhiyyə təşkilatları, Birləşmiş Millətlər Təşkilatı (BMT), habelə ayrı-ayrı dinlərin rəhbərləri bəşəriyyəti bu fəlakətdən qurtarmaq üçün eyni hədəfə vurur, hamını bu qorxulu düşmənlə mübarizəyə səsləyirlər. Ölkələrin əksəriyyəti pandemiyanın qarşısını almaq üçün müxtəlif tədbirlər görür, sərt qaydalar tətbiq etməli olur. Biz də bu dünyanın bir hissəsiyik. Bizim də dövlətimiz və onun başçısı xalqımızı bu bəladan az itkilərlə çıxartmaq üçün zəruri olan bütün mühüm tədbirləri görür, xalqın sağlamlığı barədə düşünür.

Bu sözləri Milli Məclisin deputatı, Səhiyyə komitəsi sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

Ardını oxu...

Yaz fəsli bəzi mövsümi xəstəliklərin yayılması dövrü hesab edilir. Xüsusən də havaların dəyişkən keçməsi, qidalanma rejiminə düzgün riayət edilməməsi orqanizmin bioritmini pozur. Nəticədə, mövsümi xəstəliklərə yoluxma halları baş verir. Bəs bu xəstəliklərdən necə qoruna bilərik? Bu barədə Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Abbas Əliyevlə həmsöhbət olduq. 

Həkim bildirdi ki, müxtəlif infeksion xəstəliklərə yoluxma halları hava-damcı yolu, fekal-oral mexanizmi, yəni qidalanma, əl ilə toxunmaqla baş verə bilər. Bunun qarşısını almaq üçün sanitar-gigiyena qaydalarına ciddi əməl etməli, antibakterial vasitələrdən istifadə edilməlidir. Əlləri tez-tez sabunla, ən azı 20 saniyə yumalı, onu çirkli şəkildə göz, burun və ağıza toxundurmaqdan çəkinmək lazımdır. Xəstə olduqda kütləvi yerlərə getməyib, yaxın təmasdan qaçmaq lazımdır. Abbas həkim tövsiyə etdi ki, xəstələndikdə öskürüb-asqırarkən ağzınızı və burnunuzu salfetlə və ya dirsəyinizlə örtün, toxunduğunuz əşyaların səthlərini dezinfeksiya edin. Həkim onu da qeyd etdi ki, hər hansı infeksion xəstəliyə yoluxmamaq üçün immunitetin gücləndirilməsi vacibdir. Bunun üçün diyarımızda yaz aylarında yetişən müxtəlif vitaminlərlə zəngin meyvə və tərəvəzlərlə qidalanmaq zəruridir.

Ardını oxu...

Azərbaycan dövləti dünyanı ağuşuna alan koronavirusa (COVİD-19) qarşı ciddi tədbirlər həyata keçirir. Hökumətimiz virusla mübarizə məqsədilə pfofilaktik tədbirləri çox erkən başladıb. Dünya Səhiyyə Təşkilatı (DST) koronovirusla bağlı həyəcan təbili çalmamışdan əvvəl ölkəmizdə virusun qarşısının alınması ilə bağlı ilkin tədbirlər həyata keçirilib. Bir səhiyyə işçisi kimi deyə bilərəm ki, ölkəmizdə bu istiqamətdə koordinasiya işi çox yüksək səviyyədə qurulub. Vaxtında sərhədlərin bağlanması, gediş-gəlişin qabağının alınması, bütün təhsil müssisələrində tədrisin dayandırılması da bunu sübut edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini fevral ayında da davam etdirib, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb.

Ardını oxu...

Muxtar respublika ərazisində mövsümi xəstəliklərə qarşı zəruri qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə maliyyə savadlılığı ilə bağlı “Gələcəyini planlaşdır” adlı təlim keçirilib. Təlim 4-5 mart tarixlərində komitənin iclas zalında təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən əhalinin maarifləndirilməsi tədbirlərinə start verilib.

Ardını oxu...


İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir. İcbari tibbi sığorta sisteminin tətbiqini vətəndaşın rifahına əsaslanan sosial siyasətin ən önəmli qolu hesab etmək olar. İcbari tibbi sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı vətəndaşın xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək üçün Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə əhali arasında maarifləndirmə tədbiri keçirilib.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR