19 May 2024, Bazar

Muxtar respublikada praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Məlum olduğu kimi, bu işə ötən ilin sentyabr ayından başlanmış, indiyə kimi 350-dən çox həkim şəffaf şəraitdə test imtahanlarını vermişdir.
Dekabr ayının 22-də epidemiologiya, gigiyena, nevropatologiya və psixiatriya ixtisasları üzrə həkimlər öz bilik və bacarıqlarını sınamışlar. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində test imtahanı üçün əvvəlcədən 1000 sual tərtib edilərək kompyuterə yerləşdirilmişdir. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi nümayəndəsinin iştirakı ilə test bankından hər variant üzrə 100 sual seçilərək imtahanda iştirak edən 52 nəfərə paylanmış, 3 saat davam edən imtahanın şəffaf, tam obyektiv şəraitdə keçirilməsi təmin edilmişdir.
Test imtahanının yekunlarına görə, 60 və ya daha çox bal toplamış 45 mütəxəssis sertifikasiya prosesinin ilk mərhələsini başa vurmuşdur. Onlardan 9 nəfər 90-100, 19 nəfər 80-90, 12 nəfər 70-80, 5 nəfər isə 60-70 arası bal toplayaraq test imtahanından keçərli sayılmışdır. Növbəti test imtahanı yüksək bal toplayanların sayının artması ilə səciyyələnir. Həkimlərdən Kəmalə Səfərova 96, Ramazan Abbasov 98, Rəşadət Nabatov 99 bal toplamağa müvəffəq olmuşlar. Fuad Cəfərov isə sertifikatlaşma prosesinin test imtahanlarında ilk dəfə 100 bal toplayaraq ən yüksək nəticəyə imza atmış yeganə mütəxəssisdir.
3 nəfər isə test imtahanında zəruri həddi keçə bilməmişdir. Onlar 6 ay ərzində 2 aylıq kurs keçdikdən sonra yenidən imtahan verməli olacaqlar.


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi muxtar respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur. 

Bu il Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının, Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin binalarının yenidən qurularaq, Şərur rayonundakı Dərəkənd feldşer-mama məntəqəsinin və Danyeri kənd həkim ambulatoriyasının, Babək rayonunun Kərimbəyli, Kəngərli rayonunun Çalxanqala kənd­lərində xəstəxanatipli həkim ambulatoriyalarının, Ordubad rayonundakı Yuxarı Əylis kənd həkim ambulatoriyasının, Behrud, Parağa kənd feldşer-mama məntəqələrinin, Culfa rayonundakı Milax kənd həkim ambulatoriyasının, Boyəhməd, Ləkətağ kənd feldşer-mama məntəqələrinin tikilərək istifadəyə verilməsi regionda səhiyyənin keyfiyyətcə yeni mərhələyə daxil olmasına şərait yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində “Vərəmin aşkarlanması, profilaktikası və kimyaterapiyası” mövzusunda praktik təlim öz işinə başlayıb. Təlim Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda gedən səhiyyə islahatlarına dəstək vermək, müasir yanaşma və təcrübəni tətbiq etməkdir. Bu təlim “Azərbaycanda səhiyyənin gücləndirilməsi” layihəsinin vərəm üzrə baş məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Aleksandr Dmitriyeviç Pasiçnikov və Elmi-Tədqiqar Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru İradə Axundova tərəfindən aparılır.
Muxtar respublikamızda bu təlimin keçirilməsində məqsəd isə Naxçıvanda vərəm xəstələrinin aşkarlanmasında, müalicəsində və profilaktikası sahəsində beynəlxalq təcrübə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş klinik protokollar üzrə tövsiyələrin həkimlərə praktik olaraq çatdırılmasıdır. Muxtar respublikada fəaliyyət göstərən həkim-ftiziatrların iştirak etdiyi təlimdə əldə edilmiş bilik və bacarıqları bilavasitə tətbiq etmək üçün praktik məşğələlər də aparılır.
Təlimin ilk sessiyasında “Vərəmlə mübarizədə əsas prinsiplər”, “Vərəmin aşkarlanma strategiyası”, “Risk qruplarının müəyyən edilməsi prinsipləri”, “İnfeksion nəzarətin əsasları”, “Vərəmin müalicəsində standart kimyəvi terapiya sxemləri” və digər mövzularda məruzələr oxunub, müzakirələr aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin
mətbuat xidməti

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyə dəstəyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ciddi yoluxucu xəstəliklər törədən B tipli hemofil yoluxmaya qarşı Hib vaksinin tətbiq edilməsinə dair beşgünlük treninq keçirilmişdir.
 Treninqin keçirilməsinin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatəolunma səviyyəsinin yüksəldilməsi, yeni vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, poliomielitdən azad ərazi statusunun saxlanılması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsindən ibarət idi.
  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova belə tədbirləri əhalinin sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirmiş, elmi-praktik seminar və konfransların, treninqlərin həkimlərin müasir elmi biliklərə yiyələnmələrində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
  Respublika Gigiyena və Epidemiologiya Mərkəzi İmmunoprofilaktika bölməsinin müdiri Afaq Əliyeva bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionuna daxil olan ölkələrin milli peyvənd təqvimləri yerli epidemioloji şəraitdən asılı olaraq, bir-birindən fərqlənir. B tipli hemofil bakteriyalarına qarşı Hib vaksini təhlükəsiz və səmərəli olduğu üçün dünyanın 150-dən çox ölkəsinin planlı peyvənd proqramına daxil edilmişdir. Dünyanın 50 ölkəsində Hib vaksini peyvəndləşdirmədə 20 ildən artıqdır ki, tətbiq olunur. Çünki bakteriya tərəfindən törədilən xəstəliklər bir çox hallarda ölümə səbəb olur. Xəstəliyə körpə və kiçikyaşlı uşaqlar məruz qalır, digər uşaqlarla yaxından təmas yoluxma riskini artırır. Odur ki, iki aylıqdan başlayaraq bütün uşaqları Hib vaksini ilə peyvənd etmək lazımdır.
  Treninqdə B tipli hemofil bakteriyanın törətdiyi xəstəliklər və xəstəliyin qlobal yükü, yoluxmalara qarşı peyvənd işində ayrı-ayrı ölkələrin təcrübəsi, bu sahədə ÜST-nin tövsiyələri, Milli İmmunlaşdırma Proqramına yeni vaksinin tətbiqinin əsas xüsusiyyətləri, vaksinlərin səmərəli idarə olunmasına dair ÜST və YUNİSEF tərəfindən verilən əsas təkliflər və onların Azərbaycanda tətbiqi mövzularına diqqət yetirilmişdir. Sonra 2013-cü ildə ölkədə yoluxucu xəstəliklər əleyhinə istifadə olunacaq on valentli vaksin barədə məlumat verilmişdir.
 Sessiyalararası müzakirələr aparılmış, verilən suallar təlimçilər Donara Quliyeva və Afaq Əliyeva tərəfindən cavablandırılmış, yekun testin nəticələri qiymətləndirilmişdir.
  Muxtar respublikanın həkim-pediatrları, epidemioloqları, nervopatoloq və vaksinatorları treninqdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

   Muxtar respublikamızda əvvəlki aylarda olduğu kimi, noyabr ayında da zəhərlənmə hadisəsi, zoonoz və digər təhlükəli yoluxmalar qeydə alınmamışdır. 

  Yenidoğulmuşların 94,2 faizi idarəolunan yoluxucu xəstəliklərə görə BSJ, hepatit “B”, polimielit peyvəndi almışdır. Uşaqlar arasında idarəolunan yoluxucu xəstəlik­lər baş verməmiş, bu xəstə­liklərin profilaktikası məqsədilə həyata keçirilən tədbirlərə nəzarət gücləndirilmişdir. Uşaq və yeniyetmə müəssisələrində fiziki inkişaf göstəriciləri nəzarətə götürülmüş, yaşdan asılı olaraq uşaq orqanizminin vitamin və qida maddələrinə olan tələbatı menyu cədvəllərinin statistik işlənmə üsulu vasitəsi ilə təhlil edilmiş, həmin müəssisələrin rəhbərlərinə bu barədə metodik tövsiyələr verilmişdir.
  Epidemik cəhətdən xüsusi təhlükəli xəstəliklərin başvermə ehtimalı olan ərazilərdə profilaktik və epidemiya əleyhinə tədbirlərin sistemli olaraq həyata keçirilməsi planlı şəkildə davam etdirilir. Daxil olmuş sifarişlər 12 saatadək vaxt ərzində öz həllini tapmış, su təchizatı sistemlərində, ictimai, inzibati və fərdi binalarda, tullantı və çirkab suları axıdılan yerlərdə, məişət tullantıları qoyulan meydançalarda müntəzəm olaraq dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilmişdir.

  İstehsal olunan məhsulların sertifikatlaşdırılması işi Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birgə aparılmış, noyabr ayı ərzində 24 məhsul sertifikatlaşdırılmışdır. Ay ərzində Bakterioloji laboratoriya fəaliyyətini davam etdirmiş, 35 su, 277 yuyuntu nümunələrinin, 225 digər nümunələrin müayinələri aparılmışdır. Obliqat qruplarında səhiyyə üzrə 95, təhsil üzrə 77, qidalanma sənayesi, ictimai iaşə və ticarət üzrə 112, kommunal sahələr üzrə 16 nəfər, 186 sürücü daxil olmaqla, 486 nəfər bakterioloji müayinələrdən keçirilmişdir.
     Radioloji qrup tərəfindən müxtəlif yerlərdə gündəlik olaraq radioloji ölçmələr aparılmış, təbii fon şüalanması yol verilən hədd daxilində olmuşdur. Qidalanma gigiyenası laboratoriyasında 33 nümunədə 165 müayinə aparılmış, o cümlədən yerli istehsal olan xörək duzu nümunələrində yodun, həmçinin un nümunələrinin dəmirlə zənginləşdirilməsinin norma daxilində olduğu müəyyən edilmişdir. Kommunal gigiyena laboratoriyasında 36 nümunədə 288, Toksikoloji, xarici mühitdə və ərzaq məhsullarında zəhərli kimyəvi maddələrin qalıq miqdarının təyini laboratoriyasında 6 nümunədə 23 müayinə aparılmışdır.
   İstehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlərlə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisində 8 iyun 2011-ci ildə keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı tikinti və inşaat obyektlərində nəzarət yoxlamaları aparılmışdır.
   Əhalinin sanitariya-epidemioloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə muxtar respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən obyektlər sanitar-gigiyenik vəziyyətə görə yoxlanılmış, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar
Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda bu virusa qarşı mübarizə tədbirləri gücləndirilir

Hər il dekabr ayının 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. 1988-ci ildən keçirilən bu günün məqsədi dünya ictimaiyyətinin diqqətini problemin həllinə cəlb    etməkdir.

            Qazanılmış immun çatışmazlığı sindromu (QİÇS-SPİD) eyniadlı virus – insanın immun çatışmazlığı virusu (İİV) tərəfindən törədilən ən təhlükəli infeksion xəstəliklərdəndir. QİÇS artıq pandemiya şəklini almış, bütün ölkələrə və qitələrə yayılmışdır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2010-cu ildə Yer kürəsində QİÇS-ə qarşı mübarizədə mühüm elmi uğurlar əldə edilməsinə baxmayaraq, hər il dünyada 2 milyon insan bu xəstəlikdən vəfat edir, 2,7 milyon insan insanın immun çatışmazlığı virusuna yoluxur. 400 min körpə isə bu virusun daşıyıcısı kimi dünyaya göz açır.

            İnsanın immun çatışmazlığı virusu infeksiyasının durmadan yayılmasına səbəb onun illərlə, demək olar ki, simptomsuz şəkildə davam edən gizli dövrə malik olmasıdır. Xəstəliyin inkubasyon dövrü aylar və ya illər çəkdiyindən bu viruslara lentiviruslar adı verilmişdir. QİÇS virusu hüceyrəyə daxil olduqdan sonra onun içərisində dağılır, hüceyrə onunla mübarizə aparmaq əvəzinə, virus hüceyrəni yeni bir tərkibdə formalaşdırır və hüceyrə

Ardını oxu...

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” klinikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel muxtar respublikamıza dəvət olunub.  
    Dünən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ginekoloqların iştirakı ilə professor-doktor Teksen Çamlıbellə görüş keçirilib. Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov çıxış edərək bildirib ki, müasir dövrdə bir çox ailələrin əsas problemi sonsuzluqdur. Lakin səhiyyənin inkişafı bu problemin qarşısını müəyyən qədər almağa kömək edir. Bu inkişafın bariz nümunələrindən olan süni mayalanma prosesi indiyədək bir çox ailələrə sevinc bəxş edib.  
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Doğum Mərkəzində də Süni Mayalanma Mərkəzi var. İndiyə qədər təcrübəli mütəxəssis olmadığı üçün Süni Mayalanma Mərkəzi fəaliyyət göstərmirdi. Dövlətin səhiyyə sahəsinə göstərdiyi qayğının nəticəsidir ki,  Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” klinikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel muxtar respublikamıza dəvət olunub.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR