19 May 2024, Bazar

Sentyabrın 3-də Enerjisistemin Reabilitasiya Proqramı çərçivəsində inşa olunan “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Ardını oxu...

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına yeni layihə barədə məlumat verdi.

Ardını oxu...

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Ardını oxu...

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Ardını oxu...

Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə yaradılan sənaye parkları barədə dövlətimizin başçısına məlumat verdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” və “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgiləri ilə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında “Qarabağ Azərbaycan mədəniyyətinin incisidir” adlı sərgi ilə tanış oldular.

Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Ardını oxu...

Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər.

Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar.

Dövlətimizin başçısına və birinci xanıma burada görüləcək işlər barədə məlumat verildi.

Ardını oxu...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Füzuli Beynəlxalq Hava Limanının videogörüntüsünü paylaşıb.

Paylaşımda bu sözlər qeyd olunur: “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub.

Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintisi başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı yolun uzunluğu 101 kilometrdir. Artıq yolun 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər inşa edilib.

Ardını oxu...

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ardını oxu...

Avqustun 29-da Şuşada dahi Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.

Ardını oxu...

Füzuli aeroportu Qarabağın hava qapısıdır.

Bu fikri Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfər zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışarkən bildirib.

Ardını oxu...

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ardını oxu...

Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri aparılır.

Avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva inzibati binada aparılan bərpa işləri ilə tanış olublar.

Avqustun 29-da Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı olub.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım heykəlin üzərindəki örtüyü götürdülər.

Ardını oxu...

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Ardını oxu...

Avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.

 Ali Məclisin Sədri elektroenergetika və qaz təsərrüfatı sahələrində enerji itkilərinə yol verilməməsinin, təhsil müəssisələrində, eləcə də digər dövlət qurumlarında və ictimai yaşayış binalarında istilik sistemlərinin hava şəraitinə uyğun tənzimlənməsinin və qənaətlə istifadə olunmasının vacibliyini qeyd etmiş, bu sahələrdəki nöqsanları diqqətə çatdıraraq aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib.

Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə digər sahələr kimi muzey işi də diqqətdə saxlanılmışdır. Bu gün ulu öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsimizin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni muzeylər inşa edilir, fondlar zənginləşdirilir. Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermansın etimadnaməsini qəbul edib.

Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mişel Pitermans etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etdi.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına səfərləri və bu səfərlər zamanı Belçikalıların Kralı Əlahəzrət Filiplə görüşləri xatırlanaraq, bu görüşlərdə ölkələrimiz arasında əməkdaşlığa dair çox səmərəli müzakirələrin aparıldığı bildirildi.

Görüşdə Azərbaycan Respublikası ilə Belçika Krallığı arasında əlaqələrin genişləndirilməsinin önəminə toxunularaq, əməkdaşlığın konkret sahələrinin müəyyənləşdirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması istiqamətində praktiki addımların atılmasının vacibliyi qeyd edildi.

Səfir Mişel Pitermansın ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olundu.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təyinatı ilə bağlı məktubu Prezident İlham Əliyevə təqdim edərək dedi:

-BMT-nin Azərbaycan Respublikasına rezident əlaqələndirici vəzifəsinə təyin olunmağımla bağlı məktubu Sizə təqdim etməkdən məmnunluq hissi keçirirəm. Dayanaqlı İnkişaf Məqsədlərini inkişaf etdirməkdə və onlara nail olmaqda Azərbaycana dəstək vermək üçün burada olmaq və BMT sisteminə rəhbərlik etmək mənim üçün şərəfdir.

Ardını oxu...

Avqustun 21-də  - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü ərəfəsində 6-cı Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. 

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport vermişdir. 

Ardını oxu...

 

Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter almışdır. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan bu gün etibarlı müdafiə olunur. Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları böyük şücaət göstərmiş, ərazi bütövlüyümüzün təmin olunmasında iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçuları və mülki işçiləri təltif edilmişlər. Təltif edilənlər arasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının da hərbi qulluqçuları vardır:

Ardını oxu...

Xəbər verildiyi kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr etdilər.

Prezident İlham Əliyev: Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.

Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

Ardını oxu...

 

 

 

Xəbər verildiyi kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ömər aşırımından Kəlbəcərin füsunkar mənzərəsini seyr etdilər.

Prezident İlham Əliyev: Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq. Amma hələlik biz bu yoldan istifadə edirik və bu gözəl mənzərələr də göz oxşayır. Kəlbəcərin mənzərələri indi daha da gözəldir. İndi yolumuza davam edirik. Bu aşırımın hündür hissəsində dayanaraq bir daha Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik etmək istəyirəm.

Müharibədən sonra Kəlbəcərə ilk səfərimdir. Bir neçə tədbir nəzərdə tutulur. Kəlbəcərin bərpası, yenidən qurulması prosesinə start veriləcəkdir.

Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!

Ardını oxu...

       Avqustun 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

          Ölkələr arasındakı qarşılıqlı əlaqələrdən bəhs edən Ali Məclisin Sədri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin muxtar respublika ilə əməkdaşlıqdakı fəaliyyətini qeyd etmişdir. Ali Məclisin Sədri diqqətə çatdırmışdır ki, bu illər ərzində təhsil, iqtisadiyyat, kənd təsərrüfatı istiqamətində bir sıra uğurlar əldə olunmuş, qarşılıqlı layihələr həyata keçirilmişdir. "İcma Quruculuğu Təşəbbüsləri Proqramı" çərçivəsində "Naxçıvan Muxtar Respublikasında Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" adlı layihənin həyata keçirildiyini xatırladan Ali Məclisin Sədri nümayəndə heyətinə layihənin həyata keçirilməsinə görə təşəkkür etmişdir.

          Səmimi qəbula və xoş sözlərə görə minnətdarlıq edən səfir Örl Litzenberqer Naxçıvan Muxtar Respublikasına səfərinin əhəmiyyətini vurğulamışdır. Ailəsi ilə birlikdə Naxçıvana səfər etdiyini qeyd edən diplomat Amerika Birləşmiş Ştatları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafı istiqamətində səylərini artıracağını bildirmişdir.   

          Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibə verib.

Müsahibəni təqdim edirik.

Müxbir: Hörmətli tamaşaçılar, “CNN Türk”dən salamlar. “CNN Türk” olaraq hazırda Azərbaycanda - Bakıdayıq və Qarabağ Zəfərindən sonra Azərbaycanda necə bir vəziyyət olacaq. Maraq doğuran bütün sualları Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlayacağıq.

Ardını oxu...

Avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Corc Dik ilə görüşmüşdür.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi kimi əhalinin rifahının və kommunal-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır, yaşayış məntəqələrində yeni içməli su sistemləri qurulur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Müstəqil Azərbaycanda hər bir insan üçün vacib olan su təchizatı məsələləri uğurla icra edilir. Bu, insanların sağlamlığına qoyulan investisiyalardır”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verib.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Ardını oxu...

Muxtar respublikada nəşriyyat işinin müasir səviyyədə təşkili diqqətdə saxlanılır. "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleks istifadəyə verilmiş, ən müasir mətbəə avadanlıqları quraşdırılmış, maddi-texniki baza gücləndirilmişdir. Birliyin Naxçıvan şəhərindəki Kitab Evində yeni sərgi-satış mərkəzinin yaradılması da bu sahədə görülən işlərin davamıdır.

        İyulun 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyinin Sərgi-Satış Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.

        Məlumat verilmişdir ki, mərkəz sərgi-satış zalından, 2 iş otağı və anbardan ibarətdir. Burada təmir işləri aparılmış, fiber-optik internet və telefon xətti çəkilmiş, müasir barkod aparatı və kompüter alınmış, video-nəzarət sistemi quraşdırılmışdır. Zalda “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbiyyatlar”, “Naxçıvan Muxtar Respublikasına həsr olunmuş elmi ədəbiyyatlar”, “Oxunması zəruri olan kitablar”, “Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi üzvlərinin əsərləri”, “Məktəbli ləvazimatları” olmaqla, 5 bölmə yaradılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisi sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

 

 

 

İyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin Sədri ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkmiş, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirmişdir. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. Qeyd olunmuşdur ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər.

Ardını oxu...

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

 Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Ardını oxu...

 

İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub.

 Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Ardını oxu...

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə işçi nahar ediblər.

Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidentini qarşıladı.

Sonra Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə foto çəkdirdilər.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Ardını oxu...

İyulun 16-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunmuşdur. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rəssamlar Birliyinin 50 illik yubileyini muxtar respublikanın ictimai-mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, bu münasibətlə rəssamları, sənətsevərləri və ictimaiyyət nümayəndələrini təbrik edərək demişdir: Naxçıvan rəssamlıq məktəbinin qədim və zəngin tarixi vardır. Bu məktəbin görkəmli nümayəndələri təsviri sənətin müxtəlif janrlarında tariximizi, abidələrimizi, milli-mənəvi dəyərlərimizi, təbiətimizi, xalqımızın həyatını əks etdirməklə böyük mədəniyyət salnaməsi yaratmışlar. Azərbaycan realist rəssamlığının əsasını qoymuş Bəhruz Kəngərlinin, teatr rəssamlığının inkişafında mühüm xidmətləri olan Şamil Qazıyevin və digər rəssamların əsərləri Naxçıvanın dünəni ilə bu günü arasında mədəni bağlardır. 

Ardını oxu...

1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə ölkəmizin gələcək müstəqilliyinin, davamlı inkişaf və tərəqqi yolunun əsası qoyulmuşdur. Ötən əsrin 70-ci illərindən başlayaraq dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın bütün regionlarında, eləcə də muxtar respublikada kompleks islahatlar həyata keçirilmiş, geniş quruculuq işləri aparılmışdır. Bu tədbirlərin tərkib hissəsi kimi muxtar respublikaya təbii qazın verilməsinə də başlanılmışdır. Bu gün dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsinin nəticəsi olaraq muxtar respublikada enerji təhlükəsizliyinə nail olunmuş, bütün yaşayış məntəqələri təbii qazla fasiləsiz təmin edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda enerji təhlükəsizliyi məsələləri öz həllini tam şəkildə tapıbdır. Bu da çox sevindirici haldır. Bu gün Naxçıvan 100 faiz səviyyəsində qazlaşdırılıbdır. Bütün yaşayış məntəqələrində təbii qaz vardır”.

Ardını oxu...

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanda bütün sahələrdə böyük uğurlar qazanılmış, ölkənin gələcək müstəqilliyinin təməli qoyulmuşdur. Ulu öndərin əsasını qoyduğu sürətli sosial-iqtisadi inkişaf xətti bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Hər il dahi şəxsiyyətin siyasi xəttinin bəhrəsi olan yeni inzibati binalar, istehsal sahələri və sosial obyektlər istifadəyə verilir, muxtar respublikamızın bütün bölgələri inkişafın yeni mərhələsinə qovuşur. Görülən işlərin davamı olaraq ulu öndərin "Azərbaycanın incisi" adlandırdığı Ordubad rayonunun Vələver, Dırnıs, Kələki, Unus və Pəzməri kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilir.

Vələver, Dırnıs və Kələki kəndlərində əhalinin rahatlığı üçün
müasir şərait yaradılır


Vələver, Dırnıs və Kələki kəndləri həyata keçirilən quruculuq tədbirləri ilə muxtar respublikanın müasir kəndləri sırasına qoşulur. Tikintisi aparılan yeni məktəb binaları, kənd və xidmət mərkəzləri sakinlərin rahatlığına xidmət etməklə yanaşı, həm də kəndlərin ümumi mənzərəsinə yeni gözəlliklər əlavə edəcəkdir.
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində inşa olunan sosial obyektlərdə aparılan tikinti işlərinə baxmışdır.

Ardını oxu...

İyulun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş və "Vətən uğrunda" medalı ilə təltif olunmuş şəhid polkovnik-leytenant Anar Əliyevin və şəhid kapitan Nihad Babayevin ailə üzvləri ilə görüşmüşdür.

 Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr və 15 dekabr tarixli sərəncamları ilə şəhid polkovnik-leytenant Əliyev Anar Vaqif oğluna və şəhid kapitan Babayev Nihad Akif oğluna ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildiyini və “Vətən uğrunda” medalları ilə təltif olunduqlarını qeyd etmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmişdir.

Ardını oxu...

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Naxçıvan Muxtar Respublikasında 2021-ci ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin edilmiş, quruculuq işləri aparılmış, əhalinin rifahı daha da yaxşılaşdırılmışdır. Bu dövrün ən mühüm hadisəsi mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri olmuşdur.

Ardını oxu...

İyulun 8-də altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilmişdir.
1. 2021-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi

Ardını oxu...

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşmüşdür.
Ali Məclisin Sədri səfiri salamlamış, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik etmiş və Naxçıvana səfərindən məmnunluğunu bildirmişdir. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən bəhs edən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri olduğunu, bir çox istiqamətdə əməkdaşlığın inkişaf etdiyini qeyd etmiş, Zəngəzur dəhlizinin açılmasının və Qars-Naxçıvan dəmir yolunun tikintisinin əhəmiyyətini vurğulamışdır.

Ardını oxu...

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritetidir. Müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəltmişdir. Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən və vətəndaşların sağlamlıqlarının qorunması istiqamətində görülən işlər insan amilinə verilən dəyərin ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR