19 May 2024, Bazar

Dekabrın 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.
“Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur.

Ardını oxu...

Dekabrın 21-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 58 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açılış mərasimində çıxış edərək demişdir ki, sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah halının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bu qayğının tərkib hissəsi kimi hazırda Heydər Əliyev prospektində 1, Əcəmi məhəlləsində 5, “İstiqlal” küçəsində isə 1 binada əsaslı təmir işləri davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərindəki 45 binada istilik sistemləri tamamilə yenilənmiş, 21 binanın su xətti dəyişdirilmiş, mənzilləri istiliklə təmin etmək üçün 10 fərdi qazanxana tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərinin mərkəzindəki 58 nömrəli binanın əsaslı yenidən qurul­ması da bu sahədə görülən işlərin daha bir nümunəsidir.
Yeni binanın sakini Əmrah Əsgərov yaradılan şəraitə görə binada yaşayanlar adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yenidənqurma işlərindən sonra binada müasir mənzillərin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Ölkəmizdə həyata keçirilən quruculuq tədbirlərinin əsasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sürətli sosial-iqtisadi inkişaf xətti, mövcud sabitlik və dövlət-cəmiyyət birliyi dayanır. Ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf edir, Azərbaycanın ən qiymətli sərvəti olan insanlara hərtərəfli qayğı göstərilir, onların rifah halı yaxşılaşdırılır. 58 nömrəli yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır”.

Ardını oxu...

Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azəryol” voleybol klubunun inzibati binasının, voleybol meydançasının və “Azəryol” otelinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə inzibati binada yaradılan şəraitlə tanış oldu.
Prezident İlham Əliyevə məlumat verildi ki, müasir memarlıq üslubunda ən son texnologiyalar əsasında inşa olunan binanın tikintisinə ötən il başlanılmışdır. Binanın layihəsi 2009-cu ildə Kölndə keçirilən memarlıq sərgisində ən yaxşı layihələrdən biri seçilmişdir. Tikinti işlərinə azərbaycanlı və xarici mütəxəssislər cəlb edilmişlər.
Binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, eləcə də veteran voleybolçuların fotolarını əks etdirən stendlər yaradılmışdır. Burada inzibati otaqlar, iki VİP tamaşaçı lojası, müasir avadanlıqla təchiz edilmiş konfrans zalı, 100 nəfərlik yeməkxana, tibbi yardım və digər otaqlar vardır.
Bildirildi ki, iki min tamaşaçı tutumu olan meydançada müasir tablo quraşdırılmışdır. Bu tablo Avropa Voleybol Konfederasiyası tərəfindən bütün federasiyalara nümunə kimi tövsiyə olunmuşdur.
Prezident İlham Əliyev burada “Azəryol”, “Azərreyl”, “Lokomotiv” və “Telekom” voleybol komandalarının oyunçuları və məşqçiləri ilə görüşdü.
Dövlətimizin başçısına Azərbaycan Voleybol Federasiyasının hədiyyə topu və üzərində idmançıların imzaları olan voleybol topu hədiyyə edildi.
Sonra Prezident İlham Əliyev “Azəryol” otelində yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, altımərtəbəli oteldə ikisi VİP olmaqla, 36 nömrə, restoran və kafeteriya vardır.
Yaradılan şəraitdən razılığını bildirən dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.

 

AzərTAc

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin Baş direktoru Hikmət Əsgərov demişdir ki, muxtar respublikada sığorta işinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son 17 ildə sığorta haqlarının toplanması 133 dəfə, bağlanmış sığorta müqavilələrinin həcmi isə 16 dəfə artmışdır. 2011-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələr, verdiyi tapşırıqlar sığorta işinin günün tələbləri səviyyəsində qurulmasına səbəb olmuşdur. Müşavirədən sonra agentlik və onun yerli orqanlarına əlavə ştatlar ayrılmış, işçilərin əməkhaqları artırılmışdır. Hikmət Əsgərov yeni binanın istifadəyə verilməsi və müasir iş şəraitinin yaradılmasına görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə hüquqi dövlət quruculuğu sisteminin formalaşması digər sahələr kimi, sığorta fəaliyyətinin inkişafına da səbəb olmuş, 2007-ci ildə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Ölkəmizdə sığorta sahəsində zəngin qanunvericilik bazasının yaradılması bu sahənin inkişafını tam təmin etmişdir”.
“ İqtisadi cəhətdən inkişaf etmiş cəmiyyətləri sığortasız təsəvvür etmək çətindir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, sığorta olmadan dəymiş ziyanı aradan qaldırmaq, iqtisadi dövriyyənin sabitliyini təmin etmək, təsərrüfat fəaliyyətində yaranan riskləri azaltmaq mümkün deyil. Sığorta-bazar münasibətləri hər bir ölkədə infrastrukturun vacib elementi, sabit yüksəlişin təminatı sayılır. Sığorta sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti ilə əlaqədar əmlak mənafelərinin bərpası məqsədilə yaradılan münasibətlər sistemidir. Bu münasibətlər sistemində iştirak edən hər iki tərəf – sığorta və sığortaolunanlar arasında qarşılıqlı münasibət, inam və etibar olmalı, sığorta üzrə əməliyyatlar qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirilməlidir.
Ali Məclisin Sədri demişdir: “Ulu öndərin siyasi xəttini uğurla davam etdirən hörmətli Prezidentimiz sığorta işinin əhəmiyyətini nəzərə alaraq, bu sahənin fəaliyyətinin tənzimlənməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlər görür. İstifadəyə verilən bu bina da sığorta sahəsində həyata keçirilən ardıcıl tədbirlərin davamıdır. Yaradılan şərait muxtar respublikanın sığorta sistemində çalışanların fəaliyyətinin artmasına, şəhər və rayon Dövlət Sığorta agentlikləri ilə əlaqələrin daha səmərəli qurulmasına imkan verəcəkdir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin uğurla inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkələrimizin bir-birinə bütün beynəlxalq təşkilatlarda dəstək vermələrinin önəmini qeyd etdi. Dövlətimizin başçısı BMT-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə ölkəmizin ədalətli mövqeyinə və Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçilərkən verdiyi dəstəyə görə İndoneziya hökumətinə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanın böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirdi və bu səfərin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
İndoneziya Respublikasının Regional Nümayəndələr Şurasının sədri İrman Qusman ölkəsinin Azərbaycan ilə əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verdiyini dedi. O, İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. İrman Qusman ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, ticarət, mədəni və digər sahələrdə daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

*  *  *

Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusar rayonuna səfərə gəlmişdir.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva Şahdağ qış-yay turizm kompleksinə daxil olan infrastruktur obyektlərinin açılışında iştirak etmişlər.

AzərTAc

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında “Elektron hökumət” layihəsinin həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov və Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov “Elektron hökumət” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov, Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərov müzakirə olunan məsələlərlə əlaqədar məlumat vermişlər.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı və bu əlaqələrin ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Həştərxana səfərini və səfər zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılış mərasimində iştirakını məmnunluqla xatırlayan Prezident İlham Əliyev son illər ölkəmizlə Həştərxan vilayəti arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndiyini vurğuladı.
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında ticarət dövriyyəsinin artmasından, iqtisadi əməkdaşlığın dinamik şəkildə inkişaf etməsindən məmnunluğunu bildirdi.

*   *   *

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanıda bərk məişət tullantılarının çeşidlənməsi zavodunun açılışında iştirak etmişdir.

*   *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Bakı bərk məişət tullantılarının yandırılması zavodunun açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı zavodun fəaliyyəti, tullantıların yandırılması prosesi və idarəetmə sistemi ilə tanış oldu. Azərbaycan Prezidenti müəssisəni işə saldı. Sonra dövlətimizin başçısı məişət tullantılarının idarə olunması sahəsində görülmüş işlər barədə filmə baxdı. Prezident İlham Əliyev mərasimdə çıxış etdi.

*   *   *

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balaxanı sənaye parkının təməlqoyma mərasimində iştirak etmişdir.

 

AzərTAc

Dekabrın 18-də Naxçıvan şəhərində 15 nəfər Azərbaycan Vətən müharibəsi iştirakçısına, 9 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, 5 nəfər müharibə əlilinə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ Lifan-320” markalı minik avtomobilləri təqdim edilmişdir.
Təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirmişdir ki, muxtar respublikada sağlamlıq imkanları məhdud olan şəxslərə və müharibə veteranlarına hərtərəfli dövlət qayğısı göstərilir. 2012-ci il ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində 449 nəfərin müalicəsi təşkil edilmiş, 48 nəfər sanatoriya və pansionatlara göndərilmişdir. Qeyd olunmuşdur ki, son 17 ildə Azərbaycan Vətən müharibəsi, 1941-1945-ci illər müharibəsi, Çernobıl Atom Elektrik Stansiyasındakı qəzanın ləğvinin iştirakçılarına 289 minik avtomobili verilmiş, 188 əlil və şəhid ailəsi mənzillə təmin olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası 2012-ci il dekabr ayının 22-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
1. 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatı
III. Sessiyanın iclasına müzakirə olunacaq məsələlərə aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

 

Vasif TALIBOV 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 18 dekabr 2012-ci il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də bp şirkətinin icraçı direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edildi, Azərbaycanda işlənilən yataqlar, o cümlədən “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarında birgə layihələrin işlənilməsi istiqamətində səmərəli nəticələrin əldə olunduğu vurğulandı, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyevi qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikasının beynəlxalq elmi əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətinə görə akademik Roald Saqdeyevin ölkəmizin yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni akademik Roald Saqdeyevə təqdim etdi.


Akademik Roald Saqdeyev Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.
Görüşdə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

* * *

Dekabrın 18-də Milli Olimpiya Komitəsində (MOK) 2012-ci ilə yekun vurulmuş, idmançılara və məşqçilərə mükafatlar təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

AzərTAc

   Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
  1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri təyin edilsin.
  2. Hüseyn Nadir oğlu Zülfüqarov Şərur Rayon Məhkəməsinin sədri təyin edilsin.
  3. Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilsin.
  4. Bu Sərəncamın 1-ci və 2-ci hissələri 2013-cü il yanvarın 22-dən qüvvəyə minir.
  5. Bu Sərəncamın 3-cü hissəsi 2013-cü il yanvarın 2-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2012-ci il

   Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
   Qonaqları salamlayan Ali Məclisin Sədri demişdir ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlığı təhsil və elm sahəsində qurulan körpülərlə daha da möhkəmləndirilir. İstər Türkiyənin yaxın bölgələri, istərsə də bu bölgələrin universitetləri ilə qurulan əlaqələr regionun tərəqqisi, yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Ərzurum Atatürk Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında qurulan əlaqələr də yüksələn xətlə inkişaf edərək getdikcə daha da möhkəmlənir.
   Türkiyə universitetləri ilə əlaqələrin genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyinə əminliyini bildirən Ali Məclisin Sədri demişdir ki, elmi-mədəni əlaqələr ümumbəşəri əhəmiyyətə malikdir. Elmi biliklər paylaşılanda, qarşılıqlı təcrübə mübadiləsi ilə zənginləşdiriləndə daha faydalı olur. Bu, elmin inkişafına stimul verməklə bərabər, cəmiyyətin də inkişafına böyük töhfə verir.
 Ali Məclisin Sədri Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçakın universitetlərarası əlaqələrin qurulması və inkişafındakı fəaliyyətini yüksək qiymətləndirmiş, onu “Naxçıvan Dövlət Universitetinin fəxri doktoru” adına layiq görülməsi münasibətilə təbrik etmişdir.
  Nümayəndə heyətinə göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlığını bildirən Hikmət Koçak Naxçıvanda elmə, təhsilə göstərilən hərtərəfli qayğının, bütövlükdə, regionda elmin, təhsilin inkişafına, mədəni əlaqələrin yüksəldilməsinə böyük töhfə olduğunu vurğulamışdır. Naxçıvana ötənilki səfərini xatırlayan Ərzurum Atatürk Universitetinin rektoru demişdir ki, ötən müddətdə muxtar respublikada quruculuq işləri davam etmiş, təhsil infrastrukturunun müasirləşməsi istiqamətində uğurlu addımlar atılmışdır. Bu, sürətlə inkişaf edən Naxçıvan Dövlət Universitetinin timsalında da özünü göstərir. Yaradılan şərait imkan verir ki, Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin ali təhsil ocaqları öz potensiallarını birləşdirərək uğurlu nəticələr əldə etsinlər.
  Görüşdə elm-təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.
  Türkiyənin Naxçıvandakı Baş konsulu Cenk Ünal görüşdə iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

   Muxtar respublikada kənd yaşayış məntəqələrinin müasirləşməsi son 17 ildə həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsini təşkil edir. Kəndlərdə tikilən yeni məktəb binaları, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyaları, çəkilən müasir yollar və aparılan abadlıq işləri müasir infrastrukturun yaradılmasına və sakinlərin rahatlığının təmin olunmasına səbəb olmuşdur.
   Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, dekabrın 17-də Ordubad rayonunun Yuxarı Əylis kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Bu il muxtar respublikada 16-cı məktəb binası
Yuxarı Əylis kəndində istifadəyə verilmişdir

   Təhsil infrastrukturunun inkişafı istiqamətində muxtar respublikada ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, 2012-ci ilin ötən dövründə muxtar respublikada 16 məktəb binası istifadəyə verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilmiş, ümumtəhsil məktəblərində təhsilin səviyyəsi xeyli yüksəlmişdir.
   Dekabrın 17-də Yuxarı Əylis kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
  Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ulu öndər Heydər Əliyevin “Cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir” fikrini xatırladaraq demişdir: “Ölkəmizdə ümummilli liderimizin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə inkişafa nail olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişləndirilmişdir. Həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində məktəb binalarının tikilməsinə, gələcəyimiz olan gənclər üçün müasir tədris şəraitinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu gün istifadəyə verilən Yuxarı Əylis kənd tam orta məktəbinin yeni binası da ulu öndəri­mizin müəyyənləşdirdiyi uğurlu təhsil qurucu­luğu strategiyasının, ölkəmizdə gənclərin hərtərəfli inkişafına göstərilən dövlət qayğısının bəhrəsidir”.
   Ali Məclisin Sədri demişdir: “Müasir tələblər səviyyəsində tikilən Yuxarı Əylis kənd tam orta məktəbi 252 şagird yerlikdir. Təhsil ocağında 3-ü elektron lövhəli olmaqla, 14 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 5 mindən artıq kitab fondu olan kitabxana, kompyuter sinfi və müasir tədris avadanlıqları müəllim və şagirdlərin istifadəsinə verilir. Kollektiv yaradılan bu şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir”.

Ardını oxu...

   Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının təqdimat mərasimi keçirilmişdir.
  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları salamlamış, onları dövlətimizin yüksək mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: “Ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində başa çatmaqda olan 2012-ci ildə də ölkəmizdə sabitlik və sosial-iqtisadi inkişaf davam etmiş, bütün sahələrdə nailiyyətlər əldə edilmişdir. Bu nailiyyətlərin qazanılmasında fərqlənənlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, onlar müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunmuşlar. 2012-ci ildə muxtar respublikada öz əməkləri ilə fərqlənənlərin 7-si Prezident mükafatına, 56-sı Azərbaycan Respublikasının medallarına, 7 nəfər Azərbaycan Respublikasının, 19 nəfər isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülmüşdür. Bu il muxtar respublikanın 3 məktəbi Azərbaycanda ən yaxşı ümumtəhsil müəssisəsi, 5 müəllim isə ən yaxşı müəllim adına layiq görülmüş və mükafatlandırılmışlar. Bu gün təltif olunanlar da müxtəlif sahələri təmsil edirlər. Bu da onu göstərir ki, ölkəmizin inkişafı bütün sahələri əhatə edir”.

  Ali Məclisin Sədri demişdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafının, bütün sahələrdə əldə olunan uğurların təməlində insan zəhməti və fədakarlığı dayanır. Ölkəmizdə qazanılan uğurlar, bu uğurların əldə edilməsində iştirak edənlərin əməyinin qiymətləndirilməsi isə mövcud inkişaf və sabitliyin bəhrələridir. Əgər hər hansı ölkədə sabitlik yoxdursa, iqtisadi inkişaf da ola bilməz. Sosial-iqtisadi inkişaf yoxdursa, deməli, insanların fədakarlığının, onların əməklərinin qiymətləndirilməsi də mümkün olmayacaqdır. Ölkəmizdəki sabitlik, sosial-iqtisadi inkişaf və bu inkişafa insanlarımızın verdiyi töhfə bir-birini tamamlayır.

Ardını oxu...

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Bolqarıstanın keçmiş Prezidenti Georgi Pırvanovu qəbul etmişdir.
   Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi.

*   *   *

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Böyük Britaniya parlamentinin üzvü Nik de Buanı qəbul etmişdir.

*   *   *

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Çin Xalq Respublikasının Siyasi Konsultativ Şurasının Ümumçin Komitəsinin sədr müavini Bay Liçenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*   *   *

  Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin təcrübə-sınaq zavodunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak etmişdir.

AzərTAc

   Muxtar respublikamızda məktəb binalarının tikintisi, müasir tədris şəraitinin yaradılması təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə səbəb olmuşdur. Təhsilə göstərilən qayğı son 17 ildə geniş vüsət almış, muxtar respublikada 200-ə yaxın məktəb binası tikilərək və yenidən qurularaq istifadəyə verilmişdir.

Ardını oxu...

     Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnlə görüşmüşdür.

Ardını oxu...

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkə­mizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmişdir. Dekabrın 12-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu         öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli    liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin kollektivləri, hərbi hissələrin, ictimaiyyətin nümayəndələri, minlərlə insan ulu öndərin əziz xatirəsinə sonsuz məhəbbətin ifadəsi olaraq onun abidəsini ziyarət etmişlər.­

Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəxr etdiyimiz, qürur duyduğumuz dahi şəxsiyyətdir. Ulu öndərin tərcümeyi-halı Azərbaycan naminə çalışmaq, Azərbaycan xalqının xoşbəxtliyi naminə fəaliyyət göstərməkdən ibarətdir. Tarixi 1969-cu il iyul ayının 14-dən başlanan Heydər Əliyev idarəçilik fəlsəfəsinin əsas ideya-siyasi istiqamətini Azərbaycanın inkişafı, xalqın rifah içərisində yaşaması kimi taleyüklü məsələlər təşkil edir.

Ardını oxu...

21 illik müstəqilliyimizin son 17 ilində Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə böyük uğurlar qazanılmışdır. İnkişaf və tərəqqi dövrü kimi səciyyələnən bu illər muxtar respublikamızın Şərqə açılan qapısı olan Culfa rayonunun həyatında da uğurlu sosial-iqtisadi inkişaf və yeni quruculuq dövrü kimi səciyyələnir. Rayonda həyata keçirilən genişmiqyaslı quruculuq işləri kənd yaşayış məntəqələrini də əhatə etmiş, insanların rahatlığına xidmət edən infrastruktur sahələri yaradılmış, əhalinin sosial-rifah halı yüksəldilmişdir.

            Bu tədbirlərin davamı olaraq, dekabrın 8-də Culfa rayonunun Milax, Ləkətağ və Boyəhməd kəndlərində yeni sosial obyektlər istifadəyə verilmiş, Çeşməbasar-Boyəhməd avtomobil yolunun açılışı olmuşdur.

Çeşməbasar-Boyəhməd avtomobil yolu yenidən qurulmuşdur

Dekabrın 8-də Çeşməbasar-Boyəhməd avtomobil yolu istifadəyə verilmişdir.

            Milax kənd sakini Fikrət Quliyev demişdir ki, son illər muxtar respublikamızın yol-nəqliyyat infrastrukturunda əsaslı dəyişikliklər baş vermiş, beynəlxalq əhəmiyyətli magistrallar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulmuşdur. Bu gün rayon mərkəzlərinin, kəndlərin küçə və yolları tamamilə abadlaşdırılır. Dövlətimizin diqqət və qayğısı ilə regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır.

Ardını oxu...

Dekabrın 7-də Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır.

            Naxçıvan Muxtar Respublikası Ali     Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov sərginin açılışında iştirak etmişlər.

            Bu münasibətlə keçirilən tədbirdə  çıxış edən Ali Məclisin Sədri demişdir ki,  Azərbaycan Respublikasının Prezidenti  2012-ci il aprelin 13-də “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən, görkəmli rəssamın yubileyi ölkəmizdə, eləcə də muxtar respublikamızda silsilə tədbirlərlə qeyd olunur. Qəbul olunmuş Tədbirlər Planına əsasən, yubileylə əlaqədar poçt markası buraxılmış, elmi konfranslar keçirilmiş, yeni tədqiqat işlərinə başlanmış, Bəhruz Kəngərlinin əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, “Sənətin Bəhruz zirvəsi” adlı sənədli film hazırlanmışdır. Hazırda Bəhruz Kəngərli Muzeyi müasir tələblər səviyyəsində yenidən qurulur.

Ardını oxu...

Ordubad rayonunun Parağa kəndi rayon mərkəzindən 48 kilometr aralıda yerləşir. Saf suyu və təmiz havası, rəng­arəng təbiəti ilə seçilən Parağa kəndində bu il kompleks quruculuq-abadlıq işləri həyata keçirilmiş, kənddə yeni sosial obyektlər inşa olunmuşdur. Həyata keçirilən quruculuq işləri kəndin təbii gözəlliklərinə yeni bir çalar gətirməklə yanaşı, bu ucqar yaşayış məntəqəsinin turizm potensialının artmasına da səbəb olmuş, kənd sakinlərinin sosial-rifah halı yüksəlmişdir.

Parağa kəndində yeni məktəb binası inşa olunmuşdur

  Dekabrın 6-da Parağa kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

            Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Parağa kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, məktəbin pedaqoji kollektivinə tədrisdə uğurlar arzulayaraq demişdir: “Bu gün ölkəmizdə bütün sahələr üzrə inkişaf və tərəqqi vardır. Təhsilin inkişafına isə xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə təhsilin inkişafı ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz ölkəmizə rəhbərliyinin istər birinci, istərsə də ikinci dövründə təhsilə, məktəb işinə xüsusi diqqət göstərmiş, təhsil quruculuğu ölkəmizdə həyata keçirilən inkişaf prosesinin əsas istiqamətini təşkil etmişdir”.

Ardını oxu...

2012-ci il Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunmuşdur. Ötən dövr ərzində milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.

            Dekabrın 5-də “Duzdağ” otelinin tədbirlər zalında “Milli dəyərlər ili”nə həsr olunmuş tədbir keçirilmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali        Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Hər bir xalqın milli dəyərləri onun özünütəsdiq imkanı və milli pasportudur. Dövlətlər rəsmi atributları – bayrağı, himni, gerbi və sərhədləri ilə tanındığı kimi, bu dövlətlərin ərazisindəki millət və ya xalqlar da özlərinin milli dəyərləri – folkloru, incəsənəti, mədəniyyəti, adət-ənənələri, milli geyim və mətbəxləri ilə tanınırlar. Azərbaycan xalqının milli dəyərləri uzun əsrlər boyu xalqımızın yaşadığı tarixi ərazidə formalaşmış çox mühüm tarixi nailiyyət və milli sərvətdir. Bizim malik olduğumuz milli dəyərlərimizin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır. Azərbaycan xalqı daim öz milli dəyərlərinə sadiq olmuşdur. Hətta tarixi proseslərin müəyyən dövrlərində, milli dövlətçiliyimizin mövcud olmadığı dövrlərdə belə, xalqımız milli dəyərlərini unutmamış, öz növbəsində, milli dəyərlərimiz də xalqımızın bütövlüyünü qoruyub saxlamışdır”.

Ardını oxu...

Dekabrın 3-də Məmməd Səid Ordubadinin 140 və ədibin adını daşıyan Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubiley tədbirləri keçirilmiş, Elektron kitabxananın təqdimatı olmuşdur.

            Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov muxtar respublikamızda kitabxanaların maddi-texniki bazalarının möhkəmləndirilməsi, kitabxana xidmətinin müasir səviyyədə təşkili istiqamətində görülən işlər barədə məlumat vermişdir.

            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və tədbir iştirakçıları kitabxananın foyesində Məmməd Səid Ordubadi haqqında müxtəlif dövrlərdə yazılmış kitablar, rəsmi sənədlər, ədibin fotoşəkilləri və əsərləri, kitabxananın tarixi inkişaf yolunu əks etdirən sənəd, kitab və mətbuat nümunələrindən ibarət “Məmməd Səid Ordubadi – 140” və “Naxçıvan Muxtar Respublika Kitabxanası – 90” sərgilərinə baxmışlar.

            Ali Məclisin Sədri kitabxananın ayrı-ayrı şöbələrində xidmətin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, muxtar respublikamızda yeganə elmi-metodik mərkəz olan bu kitabxanada 4 bölmə və 10 şöbə fəaliyyət göstərir. Kitabxananın fondunda 140 min 443 nüsxə kitab vardır. Həmçinin fondda qəzet, jurnal, avtoreferat və audio-vizual materiallar toplanmışdır.

Ardını oxu...

“2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın əsas məqsədlərindən biri də muxtar respublikada yüksək istehlak xüsusiyyətlərinə malik meyvə bağlarının salınması və unudulmaqda olan məhsuldar sortların yerli şəraitə uyğun bərpasından ibarətdir.

            Bu il keçirilən iməciliklərdə meyvə bağlarının salınması, relyefə və iqlim şəraitinə uyğun meyvə sortlarının yetişdirilməsi diqqət mərkəzində saxlanılmış, cari ilin ötən dövrlərində muxtar respublikada, ümumilikdə, 192 hektar meyvə bağı salınmışdır.

            Dekabrın 1-də muxtar respublikada keçirilən növbəti iməciliklərdə də yeni meyvə bağları salınmışdır.

            Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Dövlət Tikinti-Quraşdırma Şirkətinin kollektivləri Naxçıvan-Şahbuz magistral avtomobil yolunun kənarında – Nəzərabad kəndinin ərazisində keçirilən iməcilikdə iştirak etmişlər. Relyefinə görə təpəlikdən ibarət olan ərazi əvvəlcədən hamarlanmış və əkin terrasları açılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Naxçıvan şəhər inzibati ərazi vahidi tərkibindəki Naxçıvan şəhəri ərazisində bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, 1 nömrəli, 2 nömrəli, 3 nömrəli və 4 nömrəli sahə inzibati ərazi dairələri yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.

 Qeyd: Bu Qanunda göstərilən sahə inzibati ərazi dairələri həmin şəhər inzibati ərazi vahidində fəaliyyət göstərən şəhər icra hakimiyyətinin müvafiq şəhərlə yanaşı, digər ərazi vahidlərində də idarəetməni həyata keçirdiyi nəzərə alınmaqla yaradılır.

                                                                                                                                                                                                 İlham ƏLİYEV

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 noyabr 2012-ci il

Bu il Sədərək kəndində aparılan quruculuq işləri çərçivəsində uşaq bağçası üçün də yeni bina tikilmişdir.

            Noyabrın 30-da uşaq bağçası binasının açılışı olmuşdur.

            Valideyn Nazəndə Vəliyeva bildirmişdir ki, Sədərək rayonunda uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsi, onların təlim-tərbiyəsinin, təhsilinin müasir səviyyədə təşkil olunması istiqamətində müvafiq tədbirlər görülür, məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələri üçün yeni binalar tikilərək istifadəyə verilir. Sərhəd yaşayış məntəqəsi olan Sədərək kəndindəki uşaq bağçası üçün yeni binanın istifadəyə verilməsi də dövlətimizin bu sahəyə göstərdiyi qayğının daha bir nümunəsidir. Nazəndə Vəliyeva yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
   Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri Vasif Talıbov uşaq bağçasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik edərək demişdir: “Bu gün ölkəmizdə uşaqların sağlamlığı və intellektual inkişafı diqqət mərkəzində saxlanılır,

Ardını oxu...

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonu son 17 ildə böyük inkişaf yolu keçmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, tikilən yeni sosial obyektlər əhalinin sosial-rifah halını yüksəltmiş, onların bu yurd yerinə bağlılıqlarını artırmış, Sədərək alınmaz qalaya çevrilmişdir. Heydər Əliyev quruculuq və inkişaf xətti rayonun simasını əsaslı şəkildə dəyişmiş, rayon mərkəzi olan Heydərabad qəsəbəsi ilə yanaşı, kəndlər də müasir görkəm almışdır.
Noyabrın 30-da Sədərək kəndində yeni kənd mərkəzi, uşaq bağçası, Ticarət, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir.

Kənd mərkəzi üçün yeni bina tikilmişdir

Sədərək Kənd Mərkəzinin yeni binasının açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən inzibati ərazi dairəsi üzrə nümayəndə Şərəfəddin Şükürov bildirmişdir ki, son illər rayonun sürətli sosial-iqtisadi inkişafı Sədərək kəndini də

Ardını oxu...

Səfir Jorj Tito de Vaskonselos Kabral etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
    Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
    Jorj Tito de Vaskonselos Kabral bu ilin iyununda ölkəsinin xarici işlər naziri ilə respublikamıza səfər etdiyini və bu səfərdən sonra Portuqaliya şirkətlərinin Azərbaycana marağının daha da artdığını qeyd etdi. Azərbaycan ilə Portuqaliyanın dost dövlətlər olduğunu vurğulayan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq aparmasının önəmini vurğuladı. İkitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edən diplomat bu əlaqələrin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Ardını oxu...

Muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan insanların fərdi evlərlə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər də davam etdirilir.

            Bu il Sədərək rayonunun Qaraağac kəndində hərbi xidmət zamanı sağlamlığını itirmiş ikinci qrup əlil Yavər İsmayılovun ailəsi üçün fərdi yaşayış evi tikilmişdir.

            Naxçıvan Muxtar Respublikası Ali        Məclisinin Sədri Vasif Talıbov Vətən qarşısın­da göstərdiyi xidmətə görə Yavər İsmayılova təşəkkürünü bildirmiş, mənzilin orderini təqdim etmiş, ona və ailə üzvlərinə yeni mənzildə xoş günlər və firavan həyat arzulamışdır.

            Yavər İsmayılov yaradılan şəraitə və göstərilən yüksək dövlət qayğısına görə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

            Üç otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılmış, mebel dəstləri və digər məişət avadanlıqları qoyulmuşdur. Fərdi evin həyəti abadlaşdırılmış, içməli su xətti çəkilmişdir.

Ardını oxu...

Həmin gün Sədərək kəndində yeni Ticarət, xidmət mərkəzi və bazar kompleksi də istifadəyə verilmişdir.

            Kənd ağsaqqalı Teymur Quliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün bölgələrini əhatə edən quruculuq və inkişaf xəttinin Sədərək rayonunu da inkişafa qovuşdurduğunu bildirmişdir. Son illər rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin sakinlər tərəfindən rəğbətlə qarşılandığını qeyd edən Teymur Quliyev rayonda həyata keçirilən kompleks quruculuq işlərinə görə sakinlər adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda həyata keçirilən quruculuq işləri münasibəti ilə sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı, həyata keçirilən quruculuq və abadlıq işləri Sədərək rayonunun timsalında da aydın görünür. Sədərək rayonu yarandıqdan bu günə qədər rayonda quruculuq işləri ardıcıl şəkildə həyata keçirilmiş, Sədərək inkişaf edən bir rayon kimi formalaşmışdır. Burada dövlət orqanlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, xidmət sahələrinin inkişafına diqqət artırılmış, sosial infra­struktur yenilənmişdir. Bir sözlə, sərhəd rayonu olan Sədərək dövlətimizin diqqət və qayğısı nəticəsində yeni inkişaf mərhələsinə yüksəlmişdir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorxe Patrisio Aransibia Reyesin etimadnaməsini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin etimadnaməsini qəbul etmişdir.

Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulur.
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun uzunluğu 59,2 kilometrdir. Yenidənqurma işlərinə kifayət qədər yol-tikinti texnikası cəlb edilmişdir. Hazırda yol yatağı genişləndirilərək möhkəmləndirilir, su keçidləri və körpülər tikilir, yol kənarlarında beton suaxıdıcı kanalların tikilməsi üçün hazırlıq işləri görülür. Tikinti işləri çərçivəsində yolun Naxçıvan-Şahbuz hissəsinin eni 23, Şahbuz-Batabat hissəsinin eni isə 12 metrə çatdırılacaq, 9 körpü tikiləcəkdir. Yenidənqurma işlərindən sonra yolda avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.
 Ali Məclisin Sədri yenidənqurma işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Ardını oxu...

Biçənək kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir
Muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Biçənək kəndində yeni məktəb binası tikilmişdir.
Noyabrın 23-də Biçənək kənd tam orta məktəbinin yeni binasının açılışı olmuşdur.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Biçənək kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə məktəbin pedaqoji kollektivini, şagirdləri təbrik edərək demişdir: “Müasir tələblər səviyyəsində inşa olunan məktəb binası yeni tədris vasitələri ilə tam təmin olunaraq kollektivin istifadəsinə verilir. 252 şagird yerlik olan məktəbdə 14 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları və hərbi kabinə, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən artıq kitab fondu olan kitabxana, kompyuter sinfi vardır. Məktəbdə yaradılan şərait tədrisin müasir forma və metodlarla aparılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR