07 May 2024, Çərşənbə axşamı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2-3, 9-10 və 16-17 iyun tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən bildirilib ki, iyun ayının əvvəllərində Bakı şəhərində beynəlxalq yarışların keçirilməsi ilə əlaqədar 2-3 iyun tarixlərində keçiriləcək buraxılış imtahanları Bakı istisna olmaqla digər şəhər və rayonlarda təşkil olunacaq. Növbəti tarixlərdə olan imtahanlar isə yerdə qalan rayonlarla yanaşı, Bakı şəhərində də təşkil olunacaq.

Qeyd olunan tarixlərə uyğun imtahanların rayon və şəhərlər üzrə keçirilmə ardıcıllığı yaxın vaxtlarda elan olunacaq.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə bir həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə imtahana buraxılış vərəqəsini çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR