07 May 2024, Çərşənbə axşamı

24  aprel tarixdə Amerikanın yeni seçilmiş prezidenti çıxışında soyqırım ifadəsini işlətməklə seçkidə ona yaxından kömək etmiş ABŞ-ın erməni icmasına verdiyi sözə güya sədaqətl olduğunu nümayiş etdirdi. Bu mövqe tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Əslində indi 1915-ci il hadisələri haqqında dünya ictimaiyyətinə tarixi gerçəklər bütün çılpaqlığı ilə məlumdur.Vicdanlı erməni ziyalılarının özləri də soyqırım uydurmasının saxta,açıq yalan olmasına aid artıq yavaş-yavaş fikirlər səsləndirməkdədirlər. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayib Ərdoğan 2008-ci ildə saxta erməni soyqırımı ilə bağlı Türkiyədəki Osmanlı  arxivlərinin tarixçilərə açıq olması haqqında ermənilərə gəlin birlikdə araşdıraq deyə beynəlxalq miqyasda çağırış edəndə Ermənistan prezidenti Köçəryan həqiqətlərin üzə çıxacağından qorxub bu məsələyə reaksiya vermədi.Çünki tarixi sənədlər erməni saxtakarlığını üzə çıxarıb.Məhz buna görə də soyqırım yalanından erməni daşnakların özləri də beziblər. İndi onlar Co Baydenin bu sözlərinə söykənib,Amerikanın mövqeyindən istifadə edib Qarabağ məsələsində nə isə qazanmaq, dünyanın super gücü olan Amerikanın Türkiyə və Azərbaycan ilə əlaqələrinə zərbə vurmaq istəyirlər. 44 günlük II Qarabağ müharibəsində ağır məğlubiyyətə düçar olub darmadağın olan ermənilərin revanşist səylərini Baydenin sözləri qısa müddət üçün həvəsləndirsə də erməni qaniçənləri daha özgənin torpağında,Azərbaycanın dilbər güşəsi olan keçmiş Dağlıq Qarabağda ağalıq edə bilməzlər. Azərbaycan Prezidentinin vurğuladığı kimi “Dəmir yumruq” öz yerindədir. Vətən müharibəsində aldıqları sarsıdıcı zərbədən sonra onlara yenidən güc toplamaq üçün bəlkə də 100  il lazım olacaq. Hamıya məlumdur ki, XV əsrdə Eçmiədzin bölgəsində məskən salmaqla Qafqaza təşrif gətirən ermənilər yavaş-yavaş Albanların mədəni irsini mənimsəyib ona sahib çıxmaqla şimal və cənubi Azərbaycan torpaqlarını başqa dövlətlərin köməyi ilə ələ keçirib Azərbaycan torpalarında yayılmışlar.Daha sonra onlar Rus imperiyasının himayəsi altında əzəli Azərbaycan əraziləri olan Göyçəni də, İrəvanı da,Dərələyəzi də, Zəngəzuru  da,Kəvər,Pəmbək,Sərdarabadı da, Dəvəlini də,indiki Gürcüstanın Mesxet bölgəsini(Axısqa,Axalkələk) də qəsb etmişlər,zəbt etmişlər.Bu gün də ermənilər bu riyakar, vəhşi xislətlərindən əl çəkməyiblər.Böyük dövlətlərin əlində alət olublar,azğınlaşıblar.Dənizdən dənizə Ermənistan kimi xəstə xəyallarla yaşayırlar.

Soyqırım olmuşdur deyən Bayden ikiüzlülük edir,yalanı həqiqət donunda təqdim edir,əsl soyqırımı,Xocalı soyqırımını heç yada salmır.Bayden qondarma erməni soyqırımından öz imperialist planlarını həyata keçirmək üçün bir vasitə kimi istifadə etmək, Yaxın Şərqdə iqtisadi və hərbi cəhətdən güclənmiş Türkiyəni zəiflətmək məqsədi güdür.O,eyni zamanda Cənubi Qafqazda nüfuz dairəsini genişləndirmək istəyir.Ədaləti müdafiə edən dünya dövlətləri Amerikadan fərqli olaraq Türkiyənin PKK-ya qarşı, terrorçulara qarşı mübarizəsini müdafiə edirlər.Azərbaycan dövləti və xalqı da həmişə qardaş Türkiyənin yanındadır.Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da birmənalı dəstək ifadə olunub. Liderlərin söhbət zamanı vurğuladıqları kimi, Baydenin bu bəyanatı regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurur.

Beləliklə,Baydenin bu çıxışı düşünülmüş müdrik siyasi xadim çıxışı deyil,imperialist zehniyyətin,dünyada Əfqanıstan,İraq,Suriya kimi müharibə ocaqlarını yaradan bir dövlətin,PKK-nı yaradan,İŞİD-i yaradan bir dövlətin xalqlar arasında ədavəti,nifaqı qızışdıran dövlət xadiminin siyasətidir. Bir dərin məzmunlu atalar sözümüz var:Haqq nazilər, üzülməz.Türkiyə və Azərbaycanın işi haqq işidir,öz suverenliyi,ərazi bütövlüyü uğrunda, , torpaqlarımızın işğaldan azad edilməsi uğrunda terrorizmə qarşı mübarizədir.

 

ƏBÜLFƏZ QULİYEV

                                                                                                                     AMEA-nın müxbir üzvü

 

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR