06 May 2024, Bazar ertəsi

Konfransa şuranın üzvü Davud Süleymanov sədrlik edib. Gündəlik təsdiq edildikdən sonra Naxçıvan Şəhər Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Əli Həsənovun hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, Naxçıvan MuxtаrRespublikаsı Аli Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bu gün muxtar respublikada bütün sаhələrdə uğurlar əldə olunub. Qazanılan nailiyyətlər Naxçıvan şəhər аğsаqqаllаrının, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub.

Vurğulanıb ki, şura hesabat dövründə fəaliyyətini Naxçıvan şəhərinin hərtərəfli inkişafının təbliğ olunması istiqamətində qurub, milli və mənəvi dəyərlərimizin qorunması, eləcədə gəncnəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bir sıra işlər görüb.

Konfransda İdarə Heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Naxçıvan Şəhər Ağsaqqallar Şurasının üzvü İmran Əliyev Tofiq Seyidovun şuranın sədrliyinə namizədliyini irəli sürüb. Təklif səsə qoyulub və qəbul olunub. Tofiq Seyidov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, şura bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənclərin vətənpərvərlik ruhunda böyüməsi, milli dəyərlərimizin yaşadılması istiqamətində ardıcıl iş aparacaqdır.

Konfransda Naxçıvan Şəhər Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının yeni tərkibi müəyyən olunub və 3 nəfər komissiyanın üzvlüyünə qəbul edilib. Şəmil Novruzov Nəzarət-təftiş komissiyasının sədri seçilib.

Sonra müzakirə olunan məsələlərlə əlaqədar hazırlanmış qərar layihəsi oxunub və səs çoxluğu ilə qəbul olunub.

Konfransda Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətini və Nəzarət-təftişkomissiyasının yeni seçilən üzvlərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Səbuhi HƏSƏNOV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR