07 May 2024, Çərşənbə axşamı

Naxçıvan Müəllimlər İnstitutunda şəhid Ruhid İslamlının xatirəsinə həsr edilmiş tədbir keçirilib.
Qeyd olunub ki, Vətən müharibəsi tariximizin qızıl səhifələrindəndir. Xalqımızın igid oğulları cəmi 44 gündə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək özümüzə, doğma Vətənimizə qaytardı. Həmin döyüşlərdə canından keçən igidlərdən biri də məzunumuz Ruhid İslamlıdır. O, 2017-2020-ci illərdə institutun Təhsildə sosial-psixoloji xidmət ixtisasında təhsil alıb.

Bildirilib ki, Ruhid İslamlı 1999-cu il aprel ayının 1-də Lerik rayonunun Çeşman kəndində doğulmuşdu. 2000-ci ildə ailəsi ilə Bakıya köçən Ruhid uşaqlıqdan bir sıra idman növləri ilə – cüdo, cuicitsu, taekvando, güləş, qaydasız döyüş, üzgüçülüklə məşğul olmuş, dərəcələr almışdı. Regional, respublika səviyyəli rəsmi dövlət yarışlarında öz çəkisində yüksək yerlərə sahib olmuşdu. Həmçinin orta məktəbdə oxuduğu bir sıra bilik və hərbi yarışlarda da iştirak etmişdi. O, 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun Təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul olunmuşdu. Həmin dövrdə həm də tibb təhsili almışdı. II kursdan institutun Yeni Azərbaycan Partiyasının sədri idi. Gənclər birliyinə də sədrlik edirdi. Azərbaycan Maarifçilər Assosiasiyasının üzvü idi. İnstitutu bitirdikdən sonra ötən il iyulun 27-də hərbi xidmətə yollanan, 27 sen­tyabrda başlanan Vətən müharibəsində haqq savaşına qoşulan, batalyon komandirinin köməkçisi kimi döyüşən Ruhid oktyabrın 6-da şəhadətə yüksəldi.
Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, institutun Tələbə-Gənclər Təşkilatının ideyası əsasında şəhid Ruhid İslamlının xatirəsinə həsr olunmuş videoçarxa baxış olub.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR