19 May 2024, Bazar

Azərbaycan Region Liqasının Naxçıvan zonası üzrə oyunlarına start verilib.
İlk turda “Araz-Naxçıvan” Ordubad səfərində yerli “Dübəndi” komandasının qonağı olub. Yenidən qurulan Ordubad şəhər stadionunda keçirilən ilk rəsmi görüşdə Naxçıvan təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib. Həmin gün Uzunoba Təlim-Məşq İdman Kompleksində azarkeşlər daha bir maraqlı oyuna şahidlik edib. “Babək” komandası çətin keçən görüşdə “Əlincə” (Culfa) komandasını 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
Turun digər iki görüşündə azarkeşlər bol qollu oyunlar izləyib. Sədərək rayonunda keçirilən oyunda “Arpaçay” (Şərur) komandası meydan sahiblərini məğlub etməkdə çətinlik çəkməyib – 0:7. Kəngərlinin eyniadlı komandası isə səfərdə Şahbuzun “Batabat” komandası üzərində böyük hesablı qələbəyə sevinib – 2:12.
Qeyd edək ki, Naxçıvan zonasının qalibi olacaq komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR