19 May 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sahil Parkında ilk dəfə olaraq kort tennisi üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov birinciliyin açılış mərasimində çıxış edərək yarışın qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə stolüstü tennis üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.
Sahil Parkında təşkil olunan birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında gənc­lərin idmana cəlbi istiqamətində mühüm işlər görülür, yeni idman obyektləri tikilərək onların ixtiyarına verilir. Bunlardan biri də Sahil Parkında yaradılan tennis kortudur. Muxtar respublika birinciliyinin də məhz burada təşkil olunması yaradılan müasir infrastruktur və şəraitin nəticəsidir.

Ardını oxu...

Bu gün İspaniyada koronavirus pandemiyası ilə əlaqədar yarımçıq qalmış futbol çempionatı bərpa olunur.

Turnir Sevilya derbisi ilə start götürəcək. Bakı vaxtilə saat 00:00-da “Sevilya” və “Betis” klubları üz-üzə gələcək.

Qaydalara əsasən, çempionatın bütün matçları tamaşaçısız keçiriləcək.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında yüngül atletika üzrə şəhər birinciliyi keçirilib.

Ardını oxu...

Buna muxtar respublikada yaradılan şərait böyük stimul verir


Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də qazanılan uğurların sayı ilbəil artır. Bunu təşkil olunan beynəlxalq səviyyəli yarışlarda, idmançılarımızın hər il müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə əldə etdikləri qələbələr bir daha təsdiq edir. Belə müvəffəqiyyətlərə sahib olmağın başlıca səbəbi isə idmançılarımıza mənəvi və maddi dəstəyin verilməsidir. Bu gün göstərilən dövlət qayğısının nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Stadionunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlar аrаsındа keçirilən yüngül atletika üzrə birinciliyə yekun vurulub.

Ardını oxu...

May ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclər arasında “Zoom” proqramı vasitəsilə “Kim? Nə? Hara?” intellektual oyunu, Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi, bir qrup gəncə “İrəli” İctimai Birliyi ilə birlikdə “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçilmişdir.

Ardını oxu...

May ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclər arasında “Zoom” proqramı vasitəsilə “Kim? Nə? Hara?” intellektual oyunu, Cek Londonun “Həyat eşqi” hekayəsinin onlayn müzakirəsi, bir qrup gəncə “İrəli” İctimai Birliyi ilə birlikdə “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçilmişdir.

Ardını oxu...

“CİES Football Observatory” Araşdırma Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinq siyahısını tərtib edib.

“Böyük beşlik” (İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa) ölkələrində çıxış edən ən bahalı 100 futbolçunun yer aldığı cədvələ yenə Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappe başçılıq edir.

Koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi səbəbindən onun qiyməti 259,2 milyon avroya düşüb. İlk “üçlük”dəki digər iki oyunçu İngiltərə yığmasının üzvləridir. “Mançester Siti”li Rahim Sterlinq 2-ci, Dortmund “Borussiya”sının oyunçusu Ceydon Sanço isə 3-cü sırada yer alır.  

Ardını oxu...

Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkişafı təşkil edir. Bu sahədə maddi-texniki baza möhkəmləndirilir, regionlarda müasir idman kompleksləri istifadəyə verilir, mövcud idman obyektləri beynəlxalq standartlara uyğun yenidən qurulur. Naxçıvan Muxtar Respublikası ölkənin idman mərkəzlərindən biri hesab olunur. Təsadüfi deyil ki, muxtar respublikada keçirilən beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin sayı ildən-ilə artır. 

Ardını oxu...

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 31-dən etibarən açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə veriləndən sonra AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib və iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqlərinin, iyunun 21-də isə Premyer Liqa və Azərbaycan Kuboku oyunlarının bərpası haqda qərar verilib.

Ardını oxu...

Futbol üzrə İtaliya çempionatının 2019/20 mövsümünün qalan matçlar təqvimi açıqlanıb.

Bu barədə turnirin mətbuat xidməti xəbər yayıb.

Ardını oxu...

Çempionlar Liqasında tarixin 10 ən yaxşı baş məşqçisi açıqlanıb.

  “Squawka” portalının tərtib etdiyi siyahıya fransalı Zinəddin Zidan başçılıq edir.

Ardıcıl üç dəfə “Real”la Çempionlar Liqasının qalibi olan mütəxəssis 2016-18-ci illərdəki nailiyyətə görə hamını qabaqlayıb. İkinci sırada ispaniyalı Pep Qvardiola qərarlaşıb. 8 klubla Çempionlar Liqasına çıxan Karlo Ançelotti üçüncü olub. 

Ardını oxu...

İspaniyada futbol üzrə ölkə çempionatı iyun ayının 8-də bərpa ediləcək.

Bu barədə ölkənin baş naziri Pedro Sançes bildirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə “Evdə qal, şahmat oyna” devizi altında keçirilən internet üzərindən yarışlar davam edir.
Dünən Azərbaycan və Türkiyə zəka sahibləri arasında növbəti dostluq görüşü keçirilib. Blitz turnirdə muxtar respublikanın, Bakı şəhərinin “Grand Master” Şahmat Klubunun, Quba şəhər Şahmat Məktəbinin və Türkiyənin Hatay şəhərinin “Şah” Şahmat Klubunun şahmatçıları mübarizə aparıblar. lichess.org portalında keçirilən turnirdə 50-dən çox zəka sahibimiz “güclərini sınayıb”.

Ardını oxu...


21 may 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə  gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə gənclərə “Zoom” proqramı vasitəsilə  “Layihələrin yazılması və idarə edilməsi”, “Fəaliyyət planının qurulması” və “Büdcə planlaşdırılması” mövzularında onlayn təlim keçirilib.

Ardını oxu...

Formula 2 və Formula 3 yarışlarının 2020-ci il üçün ilkin təqvimi açıqlanıb.

“Autosport” saytına istinadla xəbər veririk ki, ilkin təqvimə əsasən, 2 ölkədə iki Qran-Prinin təşkil olunması nəzərdə tutulub.

Ardını oxu...

“Barselona” basketbol klubunun rəhbərliyi məşq prosesinin bərpa olunmasına qərar verib.

Əvvəlcə komandanın üzvləri fərdi hazırlıq keçəcəklər. Həmçinin basketbolçular mütəmadi olaraq koronavirus testi verəcəklər.

Ardını oxu...

        Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Evdə qal, şahmat oyna” devizi altında təşkil olunan internet üzərindən canlı yarışlar davam etməkdədir.

Ardını oxu...

UEFA Avropa Liqasında (AL) 2019/2020 mövsümünün bərpa tarixi müəyyənləşib.

Bu barədə İspaniyanın "Xetafe" klubunun prezidenti Anhel Torres açıqlama verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən “Evdə qal, şahmat oyna” devizi altında internet üzərindən təşkil olunan canlı yarışlar davam edir.
Sabah ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr edilmiş Azərbaycan və Türkiyə şahmatçıları arasında internet üzərindən dostluq görüşü keçiriləcəkdir. Görüş saat 2100-da başlayacaq.
Blitz turnirdə naxçıvanlı zəka sahibləri ilə yanaşı, Mersinin “Modern”, Antalyanın “Çallı Spor”, “Konyaaltı Olbia”, Bakının “Zirə Eko-Park”, “Grand Master”, İstanbulun “Galaksi”, Hatayın “Şah” Şahmat klubları, həmçinin Ankaranın DSİ Gənclik və İdman Dərnəyi mübarizə aparacaq. Şahmatçılar arasında turnir lichess.org portalında keçiriləcək.
Qeyd edək ki, turnirdə iştirak üçün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının saytından (chess.nax.az/Turnirlər/ Növbəti turnirlər/ bölməsindən) istifadə etmək mümkündür.

 Ceyhun MƏMMƏDOV

İspaniyanın "Barselona" futbol klubu bu gündən etibarən fərdi formatda məşqlərinə başlaqacaq.

Bu barədə klubun mətbuat xidməti xəbər verib.

Ardını oxu...

Aprel ayında pandemiya ilə əlaqədar olaraq ölkə və muxtar respublika ərazisində müəyyən olunmuş karantin rejimi dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, onlarda mütaliəyə marağın daha da artırılması və kitabları gənclərə sevdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrindəki hesablarında “Evdə qal, mütaliədən qalma” aksiyası keçirilmiş, könüllü gənclər tərəfindən əhaliyə müraciət olunaraq “Evdə qal!” çağrışı ilə videoçarx hazırlanmış, “Kitabi-Dədə Qorqud” dastanı və milli-mənəvi dəyərlər” mövzusunda onlayn kitab müzakirəsi, “Mənim Qəhrəmanım” adlı onlayn vətənpərvərlik aksiyası və “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda onlayn psixoloji təlim keçirilmişdir.

Ardını oxu...

Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək.

Bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib.

Ardını oxu...

Türkiyənin aparıcı klublarından olan "Fənərbağça" məşqlərini bərpa edib.

Ardını oxu...

“Real Madrid” klubunun kolumbiyalı hücumçusu Xames Rodriqez karyerasını “Atletiko Madrid” komandasında davam etdirmək istəyir.

Bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi ilə keçilən videodərslər davam edir.
COVİD-19 pandemiyası səbəbilə onlayn şəkildə keçilən dərslərdə federasiyanın bütün şagirdləri iştirak edirlər. İnternet resurslarından yararlanan zəka sahiblərinə dərslər Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi, qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Talıb Babayev tərəfindən tədris olunur. Videodərslərin təşkilində məqsəd şahmatçıların evdə asudə vaxtlarının səmərəli təşkilinə və məşğələlərdən geri qalmamasına nail olmaqdır.

Ardını oxu...

PSJ-nin hücumçusu Neymar komandanı tərk etməkdə qərarlıdır.

Braziliya millisinin üzvü rəhbərliyin yeni müqavilə təklifini rədd edib.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi  ilə videodərslərə start verilmişdir.

COVİD-19 pandemiyası səbəbilə onlayn şəkildə keçirilən dərslərdə federasiyanın bütün şagirdləri iştirak edirlər. İnternet resurslarından yararlanan zəka sahiblərinə dərslər qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Toğrul Həsənzadə və Talıb Babayev tərəfindən tədris olunur. Videodərslərin təşkilində məqsəd şahmatçıların evdə asudə vaxtlarının səmərəli təşkilinə və məşğələlərdən geri qalmamasına nail olmaqdır.

Ardını oxu...

Fransa Liqa1-də çempion elan ediləcək. 

Bu barədə "L’Equipe" nəşri bildirib.

Məlumatda vurğulanıb ki, Liqa1 rəhbərliyi turnir cədvəlindəki sıralamanı olduğunu kimi qəbul edəcək. Bu da PSJ-nin çempion kimi təsdiqlənəcəyi anlamına gəlir. Hazırkı duruma əsasən PSJ, "Marsel" və "Renn" müvafiq olaraq qızıl, gümüş və bürünc mükafatçı kimi Çempionlar Liqasında iştirak hüququ əldə edəcək.

Ardını oxu...

Gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir.

İdmanın insana təsiri çox böyükdür. Belə ki, 2000-ci illərin əvvəllərində baş vermiş bir hadisə bunu çox bariz şəkildə göstərmişdir. Hindistanın ucqar bir kəndində cinayətkarlıq səviyyəsi çox yüksək olsa da, son dövrlərdə bu səviyyə kəskin düşmüşdü. Dövlət rəsmiləri bu irəliləmənin səbəbini bilmək üçün kəndə heyət göndərmişdir. Nəticədə məlum olmuşdur ki, həmin kənddən olan bir tələbə kənd camaatına şahmat oyununu öyrətmiş, məhz bundan sonra oyuna maraq o dərəcə artmışdır ki, kənddə olan hər kəs şahmat oynamağa və aralarında yarış keçirməyə başlamışdır. Nəticə etibari ilə idmanın insan psixologiyasına müsbət təsiri özünü göstərmiş və kənddə zorakılıq, quldurluq halları maksimal səviyyədə aşağı düşmüşdür. Bu fakt idmanın möcüzələr yaratmağa qadir olduğunun ən yaxşı nümunələrindən biridir.

Ardını oxu...

“Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub. 

Almaniyanın “Bild” nəşrinin məlumatına görə, yarış 17 mərhələdən ibarət olacaq. 

Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi  ilə videodərslər keçirilir.

Ardını oxu...

Ağır atletika üzrə Avropa çempionatının keçiriləcəyi vaxt müəyyənləşib.

Qitə birinciliyi oktyabrın 31-dən noyabrın 8-dək əvvəlcədən planlaşdırıldığı kimi Moskvada təşkil olunacaq.

Əvvəlcədən aprelin 4-12-nə planlaşdırılan Avropa çempionatı iyunun 13-21-nə təxirə salınmışdı. Daha sonra həmin tarix də qeyri-müəyyən vaxta uzadılmışdı.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.

Mayın 5-dən 10-dək 6 komandanın iştirakı ilə keçiriləcək Millətlər Kubokunda iştirak edəcək azərbaycanlı şahmatçının adı məlum olub.

FIDE-nin və Chess.com saytının təşkilatçılığı ilə keçiriləcək yarışda Azərbaycanı Teymur Rəcəbov təmsil edəcək. Şahmatçımız dünya yığmasının heyətində oynayacaq.

Qeyd edək ki, turnirdə Rusiya, ABŞ, Avropa, Çin, Hindistanın komandaları və digər ölkələri təmsil edəcək yığma mübarizə aparacaq. Hər komanda 4 (onlardan biri qadın şahmatçı olmalıdır) şahmatçı ilə təmsil olunacaq.

Turnirin mükafat fondu 180 min ABŞ dollarıdır.

Azərbaycan millisinə baş məşqçi axtarışında olan AFFA yeni çalışdırıcının kimliyini müəyyənləşdirib.


Assosiasiya rəhbərliyi namizədlərdən imtina edərək, sabiq çalışdırıcı Robert Prosineçki ilə anlaşıb.

Ardını oxu...

Futbol tarixinin ən texnikalı futbolçularının siyahısı açıqlanıb.

“GiveMeSport”un tərtib etdiyi cədvəldə 10 ən yaxşı yer alıb.

Tarixin ən texnikalı oyunçusu adına əfsanəvi Dieqo Maradona layiq görülüb. Argentinalı ilk “üçlük”də yer alan Ronaldinyo və Yohan Kroyffu qabaqlayıb. 

Ardını oxu...

İspaniyanın “Real Madrid” klubu yay transfer pəncərəsində altı oyunçusunu satmaq niyyətindədir.

Bu satışdan sonra “Kral” klubu 121 milyon avro qazanc əldə etmək istəyir.

Ardını oxu...

İtaliyanın “Yuventus” klubu baş məşqçi postunda Maurisio Sarrinin əvəzetməsi kimi İspaniyanın “Real Madrid” komandasının hazırkı baş məşqçisi Zinəddin Zidanı görür.

Zidan klubun prezidenti Florentino Pereslə pis münasibətlərə görə Madrid təmsilçisini tərk edə bilər və “Yuventus” bundan istifadə etmək niyyətindədir.

Ardını oxu...

UEFA İcraiyyə Komitəsinin bu il martın 17-də keçirilmiş iclasında COVID-19 pandemiyası ilə əlaqədar "Avro-2020" turnirinin 2021-ci ildə keçirilməsi barədə qərar qəbul edilib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Avro-2020"nin 4 müvafiq oyununun 2021-ci ildə Bakı Olimpiya Stadionunda keçirilməsi ilə bağlı rəsmi razılığını artıq UEFA-ya bildirib. Məsələ ilə əlaqədar əlavə müvafiq hüquqi sənədlər isə aprelin 30-dək UEFA-ya göndəriləcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda "Avro-2020"nin A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. A qrupunun Bakıda təşkil olunacaq oyunlarında Türkiyə, İsveçrə və Uels milli komandaları mübarizə aparacaq.

UEFA Çempionlar Liqasının (ÇL) formatında dəyişikliyə hazırlaşır.

Qitə futbol qurumu 1/4 finaldan etibarən bütün matçların İstanbulda keçirilməsini planlaşdırır.

Ardını oxu...

UEFA Avropa ölkələrindəki bütün çempionatları ləğv edə bilər.

Buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir.

Artıq bir çox ölkələrin federasiyaları bununla bağlı qitə futbol qurumuna təzyiq edir. UEFA mümkün variantlar arasında bunu da müzakirəyə çıxaracaq. Qurumun İdarə Heyəti aprelin 23-də növbəti videomüşavirə təşkil edəcək və orada veriləcək qərarlarla bağlı müzakirələr aparılacaq. Məhz həmin iclasdan sonra yekun qərarın verilməsi istisna edilmir. 

Ardını oxu...

İtaliyanın “Yuventus” klubu legionerlər üçün Turinə qayıtmaq üçün vaxt təyin edib.

Ölkə xaricindən olan bütün futbolçular aprelin 19-dək şəhərə qayıtmalıdır.

Bundan sonra oyunçular iki həftəlik izolyasiya dövrü keçməlidir. Bu addım İtaliya hökumətinin qərarı ilə atılıb. 

Ardını oxu...

Koronavirus pandemiyasına görə təxirə salınan klublararası dünya çempionatının təqribi keçirilmə vaxtı müəyyənləşib.

Mundial 2022-ci ilin iyununda təşkil oluna bilər.

Ardını oxu...

İngiltərənin “Liverpul” klubunun mövsümlərarası fasilədə heyətinə qatmaq istədiyi futbolçulardan biri bəlli olub.

Premyer Liqa təmsilçisi Fransa gənclər millisinin üzvü Bubakari Sumareni heyətinə qatmaq niyyətindədir.

Ardını oxu...

Koronavirus pandemiyası səbəbindən Avropada futbol yarışları dayandırılsa da, transfer danışıqları davam etdirilir.

Klubların maddi cəhətdən ziyana düşmələri mövsümün sonunda azad agent statusu daşıyacaq oyunçuların dəyərini daha da artırıb.

Ardını oxu...

Milli komandaların FİFA reytinqi açıqlanıb.

Sonuncu dəfə fevralın 20-də dərc olunan cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər olub.

Ardını oxu...

Türkiyənin “Beşitkaş” klubu futbolçusu Pedro Reboşo ilə yollarını ayırıb.

İstanbul klubunun 25 yaşlı müdafiəçi ilə vidalaşmağa qərar verməsinə onun ümidləri doğrultmaması səbəb olub.

Ardını oxu...

PSJ-nin müdafiəçisi Leyvin Kurzava yeni komandasını müəyyənləşdirib.

Fransalı futbolçu karyerasını İspaniyada davam etdirəcək.

Ardını oxu...

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) futbol qaydalarında dəyişikliyə əl atıb.

Topa əllə müdaxilə ilə bağlı yeni qərar qəbul olunub.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR