02 İyun 2024, Bazar

“2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq yanvar ayında muxtar respublika üzrə, ümumilikdə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah və 3 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Ötən ay, özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfəri gənc, 1 nəfəri şəhid ailəsi üzvü olub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Məlumat üçün bildirək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Çomaxtur kənd sakini Rüfət Əliyevə arpa-buğda qıran aqreqat verilib.

Xəbərlər şöbəsi

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR