07 May 2024, Çərşənbə axşamı

Muxtar respublikada uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələrin aparılması davam edir. Artıq bu işə Sədərək rayonunda da start verilib. Yaz mövsümünün tibbi müayinələrində 1965 şagirdin müayinələrdən keçməsi nəzərdə tutulub.

Sədərək rayonunun Dəmirçi kənd tam orta məktəbinin şagirdləri də profilaktik dövri tibbi müayinələrlə əhatə olunub. Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət briqada məktəbin 525 şagirdini dərin tibbi müayinələrə cəlb edib. Müayinələr zamanı dəqiqliyə və keyfiyyətə ciddi nəzarət edilib, dərin müayinə və müalicəyə ehtiyacı olan uşaqlar ixtisas həkimlərinə yönləndirilib. Həmçinin uşaqlar arasında şəxsi gigiyena qaydalarına əməl edilməsinə, pandemiyadan qorunmasına dair maarifləndirici söhbətlər də aparılıb. Yaz mövsümünün profilaktik tibbi müayinələri mayın 25-dək davam etdiriləcək.
Qeyd edək ki, uşaqlar arasında profilaktik kütləvi dövri tibbi müayinələr “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə
Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR