07 May 2024, Çərşənbə axşamı

Aprelin 20-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin birgə təsdiq etdiyi “Təhsil və mədəniyyət müəssisələrinin      qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planı”na uyğun olaraq “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqəsinin yekun mərhələsi keçirilmişdir. Müsabiqədə rayon və şəhər turlarında qalib gəlmiş məktəblilər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirmişdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında  müxtəlif mövzularda rəsm müsabiqələrinin keçirilməsi artıq ənənə halını almşdır.  Bu gün yekun mərhələsini keçirdiyimiz “And yerimiz, vətənim Azərbaycan” adlı rəsm müsabiqəsi belə tədbirlərdəndir. H.Məmmədli  bütün iştirakçılara təşəkkürünü  bildirmiş və onlara uğurlar arzulamışdır.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Həbibə Allahverdiyeva və Səyyad Bayramov,  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Murad Babayev  keçirilən müsabiqənin əhmiyyətindən danışmış, bu cür tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda böyüməyində böyük rolu olduğunu vurğulamışlar.

Müsabiqədə Münsiflər Heyəti tərəfindən 1 nəfər birinci yerə, 2 nəfər ikinci yerə, 2 nəfər üçüncü yerə layiq görülmüşdür. Sonda müsabiqə qalibləri Naxçıvan Dövlət Rəsm Qalereyasının  diplomları, fərqlənən müsabiqə iştirakçıları fəxri-fərmanları ilə təltif olunmuşlar.

 

 

 

 

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR