19 May 2024, Bazar

Ordubad rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd edib ki, Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində rayonda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün ən yeni tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə 2021-ci ilin ötən dövründə Ordubad şəhər 1 nömrəli, Əndəmic və Nüsnüs kənd tam orta məktəblərinin infrastrukturu yenilənib. Hazırda isə Vələver, Dırnıs və Pəzməri məktəblərində quruculuq işləri aparılır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində tanınmış ziyalı, şair-publisist, tərcüməçi Elxan Yurdoğlu ilə görüş keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2022” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirilib.

Ardını oxu...

Şərur rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.

Ardını oxu...

Şahbuz rayonunda 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinin müzakirəsi keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikası Mərkəzi Bankı Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən “Bank Savadlılığı Layihəsi” çərçivəsində Naxçıvan Dövlət Universitetinin tələbələri üçün “Mərkəzi Bankçılıq və Milli Pul Nişanları” adlı tədbir keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşlarının iştirakı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən muxtar respublikanın dövlət ümumtəhsil müəssisələrində vakant vəzifələrə – psixoloq, laborant, kitabxana müdiri, kitabxanaçı, tərbiyəçi və uşaq birliyi təşkilatının rəhbəri vəzifələrinə işə qəbul üçün elan edilmiş müsabiqənin test imtahanlarına start verilib.

Ardını oxu...

 Yaşadığımız dövr texnologiya əsri adlanır. Çünki cəmiyyətin elə bir sahəsi yoxdur ki, müasir texnologiyalar ora nüfuz etməsin. Məhz bu dəyişikliklər də dünyada gedən  qloballaşmaya ciddi təsir edir. Qloballaşma sözünün ahəngində isə iki təzad nəzərə çarpır: "nəhənglik" və "kiçiklik”.  Çünki müasir  texnologiyaların sayəsində əvvəllər bizim üçün "nəhəng" olan dünya indi  ovcumuzun içinə sığacaq qədər "kiçikdir". İnformasiya və kommunikasiya texnologiyaları  (İKT) vasitəsi ilə insanlar üçün bir vaxtlar  uzaq və əlçatmaz olan şeylər artıq çox yaxınımızdadır. Çox təəssüf ki, uzağı bizə yaxınlaşdıran texnologiya bəzən yaxını da uzaqlaşdırır. Düşünürəm ki, bu hal texnologiyadan kor-koranə istifadə edənlər üçündür. Çünki biz texnologiyadan nə qədər  yerində və düzgün istifadə etsək bir o qədər inkişaf edərik. Əsl inkişaf isə elmin və texnologiyanın birləşdiyi yerdən başlayır. Danılmaz bir faktdır ki, bu gün elm sahəsində əldə etdiyimiz yeniliklər və nailiyyətlərdə informasiya və   kommunikasiya  texnologiyalarının da  rolu böyükdür.

Ardını oxu...

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının muxtar respublika mərhələsi keçirilib.
Muxtar respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub.
Qeyd edək ki, oktyabrın 23-də ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 534 şagirdin iştirakı ilə məktəblilərin muxtar respublika fənn olimpiadasının şəhər (rayon) mərhələsi keçirilmişdir. Bu mərhələdə yüksək nəticə göstərən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərdən, ümumilikdə, 182 şagird muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Nəticəyə əsasən I, II və III yerlərin qalibləri Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  bu  ilin  oktyabr-noyabr aylarında  təşkil olunan STEAM təhsili üzrə təlimləri uğurla başa vuran 75 müəllimə sertifikatlar verilib.

Ardını oxu...

         Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə noyabrın 19-da “Şagird-məzun” dövlət elektron məlumat sistemi üzrə təlimatla bağlı keçirilən seminarda  Naxçıvan, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, və Sədərək rayon təhsil şöbələrinin və təhsil müəssisələrinin  əlaqələndiriciləri iştirak etmişlər.  

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən növbəti test imtahanı başa çatıb.
Dövlət orqanları sırasında ən sıx müsabiqə vəziyyətinin yarandığı orqan “ASAN xidmət” Mərkəzidir. Bu orqanda müvafiq vəzifələrin tutulması üçün müraciət etmiş 132 namizəd uğur qazanıb. Dövlət Statistika Komitəsinə müraciət edən namizədlərdən isə 51-i uğur qazanıb.
Ayrı-ayrı vəzifələr üzrə ən sıx müsabiqə vəziyyəti “ASAN xidmət” Mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı-məsləhətçisi vəzifəsi üzrə yaranıb – 66 namizəd. Eyni sektorda böyük məsləhətçi vəzifəsinin tutulması üçün 21 namizəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühit və təbii sərvətlərdən istifadəyə dövlət nəzarəti şöbəsinin Kəngərli rayonu üzrə məsləhətçisi vəzifəsinin tutulması üçün isə 19 namizəd mübarizə aparacaq.
2-12 noyabr tarixlərdə keçirilən test imtahanının nəticələrinə əsasən 606 namizəd imtahanlarda iştirak edib, 267 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Müsahibə mərhələsinə sənəd qəbulu dekabrın 15-nə qədər davam edəcək.


Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

 

 

 

Təhsil millətin gələcəyidir

Muxtar respublikamızda təhsil sahəsində yeni layihələr hazırlanması və həyata keçirilməsi təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlər sırasındadır. Məhz belə layihələrdən biri də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənovanın rəhbərliyi ilə hazırlanan “Təhsil kouçu” xidməti layihəsidir. Bu layihə təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olub. Məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olmaq, eyni zamanda layihə ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat almaq üçün həmin məktəbə yollandıq. Məktəbin direktoru Esmira Həsənova ilə həmsöhbət olduq.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri üzrə 2020-2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri müzakirə edilib
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, infrastruktur yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi üçün yeni tədris korpusları tikilib istifadəyə verilib. Hazırda 8 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir. Qeyd olunub ki, uğurlu təhsil siyasətinin nəticəsidir ki, ötən il ali məktəblərə qəbulda muxtar respublikanın 109 məktəbinin məzunları 500-700 arası nəticə göstərmişdirsə, cari tədris ilində bu nəticəni göstərən məktəblərin sayı 4,6 faiz artaraq 114-ə çatmışdır. Yüksək nəticə göstərən məktəblərin 83-ü kənd, 31-i isə şəhər məktəblərinin payına düşür. Bununla yanaşı, 33 ümumtəhsil məktəbinin məzunlarının hamısı tələbə adını qazanmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetində “Karyera günü” keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Nurlana Əliyeva açıb.

Ardını oxu...

Bakı Ali Neft Məktəbinin ev sahibliyi etdiyi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Erasmus+ KA2 proqramı çərçivəsində “Azərbaycanda rektorlar konfransının yaradılması” (ECAR) layihəsinin monitorinqi aparılıb. Görüşdə layihənin koordinatoru və Erasmus+ Milli Ofisindən nümayəndələrlə yanaşı, layihədə tərəfdaş olan Azərbaycan universitetlərindən rektorlar və prorektorlar da iştirak ediblər.

Ardını oxu...

Muxtar respublikada təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, infrastruktur yenilənir. Müstəqillik illərində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox məktəb binası istifadəyə verilmişdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının cari ilə olan üçüncü sayı nəşr olunub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin universitetin Pedaqoji fakültəsi ilə birgə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrinin növbəti hamilik tədbiri keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələri innovativ gələcəyin təməlidir” mövzusunda maarifləndirici seminar keçirilmiş və tələbələrin yeni layihələrinin təqdimatı olmuşdur.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Fizika və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcəkbu cür vebinarların əhəmiyyətini önə çəkib.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Bədii ədəbiyyatda ana dilimizin tərənnümü” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan “Bədii dəri işləmə sənəti” dərnəyinin təqdimatı olub.

Ardını oxu...

Müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində aparılan islahatların əsas istiqamətlərindən biridir. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqənin test mərhələsinə start verilib.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərin fəaliyyəti ilə bağlı yığıncaq keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə “Şərq ədəbiyyatında Nizami Gəncəvi yaradıcılığı” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsilalanların elmi tədqiqat fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr” mövzusunda seminar-müşavirə keçirilib.

Ardını oxu...

Oktyabrın 28-də VI respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

Ardını oxu...

“Naxçıvan” Universitetində keçirilən seminarı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq arxiv sənədlərinin əhəmiyyətini və qorunmasının zəruriliyini vurğulayıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2020-ci il martın 14-də “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərancamın məqsədlərindən biri də arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün elmi müəssisələrlə (təşkilatlarla) qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir. “Naxçıvan” Universiteti olaraq biz bu gün bu əməkdaşlıq üçün ilk addımı ataraq universitetdə belə bir elmi seminar təşkil etdik.

Ardını oxu...

Azərbaycan Texniki Universitetində Avropa Birliyinin Erasmus+ LMQS “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində monitorinq keçirilib. Azərbaycan Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovun rəhbərlik etdiyi monitorinqdə ölkəmizdən olan bütün yerli tərəfdaşlar, Azərbaycan Texniki Universitetinin Biotibbi texnologiya mühəndisliyi ixtisası, İ.M. Seçenov adına Moskva Birinci Tibb Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi, Nüvə Təbabəti Mərkəzi iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamlarının icrası istiqamətində tədbirlər davam etdirilir. Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisasına yeni qəbul edilmiş tələbələrlə görüş olub.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Xalq rəssamı Kamil Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə elmi konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə bağlı muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, STEAM təhsil metoduna aid dərsliklər hazırlanmış, 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müşavirədə II kurs magistrantlar və elmi rəhbərlər iştirak etmişdir. Müşavirəni giriş sözü ilə institutun rektoru Azad Novruzov açaraq bildirmişdir ki, ölkəmizdə, o cümlədən muxtar respublikamızda elmi və pedaqoji kadrların hazırlanmasına böyük diqqət və qayğı var. Naxçıvan Müəllimlər İnstitutunda 5 istiqamət üzrə doktorantura səviyyəsinə qəbulun aparılması və pedaqoji elmlər üzrə Dissertasiya Şurasının fəaliyyəti bunun bariz nümunəsidir. Magistratura səviyyəsi elmi tədqiqata yönəlmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Hazırda institutda II kurs magistratura pilləsi üzrə 40 nəfər müxtəlif mövzularda dissertasiya işi yerinə yetirir. İxtisas kafedralarından verilən məlumatlar bunu deməyə əsas verir ki, dissertasiyaların işlənmə vəziyyəti eksperimental hissənin işlənməsi mərhələsindədir. Rektor vurğulamışdır ki, bundan sonra da elmi rəhbərlərin və magistrantların fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalı, monitorinq və qiymətləndirilmə aparılmalı, müntəzəm olaraq dissertasiyaların işlənmə vəziyyətləri müzakirə olunmalıdır.
Müşavirədə institutun prorektoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, elmi katibi, dosent Qurban Qurbanlı, Pedaqogika və psixologiya kafedrasının müdiri, professor İsmayıl Əliyev, Riyaziyyat və tədrisi metodikası kafedrasının müdiri, professor Yaqub Məmmədov, Magistratura və doktorantura üzrə mütəxəssis, dosent Qızıltac Şahbazova çıxış etmişlər. Müşavirə magistrantların fəallığı ilə müzakirə formasında davam etdirilmişdir.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidməti

 

 

 

İnkişaf etmiş ölkələrin təhsil sistemində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə inteqrasiyası üzərində qurulan STEAM təlim metodu 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikasında uğurla tətbiq olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar muxtar respublikanın 50-dən çox təhsil müəssisəsində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılmış, kabinələr zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilmişdir. STEAM dərslərinin tədris edilməsi üçün xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunaraq STEAM təhsil metoduna aid, ümumilikdə, 1349 ədəd kitab ümumtəhsil məktəblərinə verilmişdir.
Dərslərin STEAM əsaslı qurulması üçün müəllimlərdən xüsusi bilik və bacarıqlar tələb olunur. Bu amil nəzərə alınaraq Təhsil Nazirliyi tərəfindən yerli və beynəlxalq təcrübəyə malik təlimçilərin iştirakı ilə müəllim-mütəxəssislərin hazırlanması məqsədilə 200-dən çox müəllimə STEAM metodologiyasına aid təlimlər keçirilmişdir. Görülən işlərin davamı olaraq oktyabrın 18-dən başlayaraq Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində bir ay müddətində STEAM dərslərini tədris edən 75 müəllim üçün təlimlərə start verilmişdir. Ötən tədris ilində olduğu kimi yeni təşkil olunan təlimlərə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə yanaşı, ali təhsil müəssisələrinin müəllimləri də cəlb olunmuşdur.
STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunmasında mühüm əhəmiyyət kəsb edən təlimlərdə müəllimlərə STEAM metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları, micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər istiqamətlərdə praktik biliklər veriləcək, müəllimlərə STEAM dərslərində şagirdlər tərəfindən layihələrin hazırlanması zamanı effektiv üsullar və innovativ yanaşmalar öyrədiləcəkdir.
STEAM dərslərini tədris edəcək müəllimlərin hazırlanması ilə bağlı təlimlər Təhsil Nazirliyi tərəfindən davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. 

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”, – deyən dahi rəhbərin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan müəlliminin yetişdirdiyi gənclər Vətən torpağının bir qarışı üçün canından keçdi, xalqımızın başını uca etdi. Bəli, müəllimlik şərəfli işdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə “Gələcəyin hüquq­şünasları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Hüquqşünaslıq ixtisası 1996-cı ildə Tarix-filologiya fakültəsinin tərkibində tədrisə başlayıb, 1998-ci ildə isə İqtisad fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hazırda Beynəlxalq münasibətlər və hüquq fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisas daim dövlət qayğısının əhatəsində olub. Rektor bildirib ki, tələbələr ixtisasa dair nəzəri bilikləri mənimsəməklə bərabər, müasir tədris üsullarının təcrübi bazası rolunu oynayan laboratoriyalarda tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini öyrənirlər. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.

Hüquq fənləri kafedrasının dosenti Şükür Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi əsasında yaradılan fakültəyə ilk illər muxtar respublikanın hüquq-mühafizə orqanlarında və dövlət strukturlarında çalışan səriştəli və təcrübəli mütəxəssislər cəlb olunub və 1997-ci ilin iyununda Hüquq fənləri kafedrası təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazir­liyinin şöbə müdiri Səttar Zamanov, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov həm bu ixtisasın məzunları, həm də kafedranın müəllimləri olmaqdan qürur duyduqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin şöbə müdiri Cahan Bayramova, türkiyəli məzun, İstanbul Ticarət Məhkəməsinin müdiri Abdurrahman Eyuboğlu universitetin peşəkar hüquqşünas kadr hazırlığındakı rolundan danışıblar.
Tədbirə onlayn olaraq qatılan Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi, ədliyyə polkovniki Fikrət Vəliyev təbriklərini çatdırıb, uğurlar diləyiblər.

Naxçıvan Dövlət Universitetinin

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirirdi. Dahi şəxsiyyət öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşıb, onların maddi rifah halının qayğısına qalıb. 

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq”, – deyən dahi rəhbərin təhsil sahəsinə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan müəlliminin yetişdirdiyi gənclər Vətən torpağının bir qarışı üçün canından keçdi, xalqımızın başını uca etdi. Bəli, müəllimlik şərəfli işdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə “Gələcəyin hüquqşünasları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Hüquqşünaslıq ixtisası 1996-cı ildə Tarix-filologiya fakültəsinin tərkibində tədrisə başlayıb, 1998-ci ildə isə İqtisad fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hazırda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisas daim dövlət qayğısının əhatəsində olub. Rektor bildirib ki, tələbələr ixtisasa dair nəzəri bilikləri mənimsəməklə bərabər, müasir tədris üsullarının təcrübi bazası rolunu oynayan laboratoriyalarda tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini öyrənirlər. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.

Ardını oxu...

Bunu Naxçıvan Dövlət Universitetinin timsalında daha aydın görmək mümkündür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin ali təhsil müəssisələri sırasında özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti haqqında dediyi sözlər hər birimizdə qürur hissi yaradır: “Naxçıvan Dövlət Universiteti zəngin maarifçilik ənənələrinə malik Naxçıvan diyarında yüksəkixtisaslı kadrların yetişdirilməsinə, elmi mühitin formalaşdırılmasına və bütövlükdə, regionun tərəqqisinə öz müsbət təsirini göstərmişdir. Onun məzunları bu gün Azərbaycanda milli dövlət quruculuğunun ən müxtəlif sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi, elmi və mədəni potensialının gücləndirilməsinə layiqli töhfələr verirlər”.

Ardını oxu...

 

“Naxçıvan” Universitetində “Müasir dünya siyasətində Azərbaycanın yeri və geosiyasi reallıqlar” mövzusunda elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq tədbirin əhəmiyyətindən danışıb. Rektor 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən bəhs edərək qeyd edib ki, Azərbaycan bu gün regionda lider dövlətdir. Azərbaycan xalqı Vətən müharibəsində ordusunun və Ali Baş Komandanın ətrafında sıx birləşərək məhz bugünkü tarixi zəfəri əldə edib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikamızın orta ümumtəhsil məktəblərində Təsviri incəsənət fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursuna start verilib. 18-26 oktyabr tarixlərini əhatə edəcək ixtisasartırma kursunun açılış tədbirində institutun İxtisasartırma və hazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək ixtisasartırma kurslarının əhəmiyyəti barədə danışıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasında təhsil alan tələbələrlə görüşü keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Flora Kərimova çıxışında müxtəlif ixtisasların aidiyyəti orqanlara hamiliyə verilməsinin önəmini qeyd edib. Bildirib ki, bu, ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri üçün xüsusi əhəmiyyət daşıyır və yüksəkixtisaslı kadr hazırlığına böyük töhfə verir. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur.
Sonra Dövlət İmtahan Mərkəzinin əməkdaşları Razi Məmmədov “Azərbaycanda dövlət qulluğunun təşəkkülü və əsas tarixi mərhələləri”, Məmməd Babayev isə “Dövlət qulluğu və dövlət qulluqçusu” mövzularında hazırlanmış slaydlar vasitəsilə tələbələrə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı ədəbi-bədii kompozisiya keçirilib. Birinci kurs magistrantların təşkil etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Ardını oxu...

XX əsrdə Azərbaycan ədəbiyyatşünaslıq elmi özünün böyük korifeylərini yetirmişdir: Məmməd Cəfər Cəfərov, Mehdi Məmmədov, Həmid Araslı, Bəkir Nəbiyev, Əli Sultanlı, Mikayıl Rəfili, Cəfər Xəndan, Abbas Zamanov, Əziz Mirəhmədov, Yaşar Qarayev və başqalarının ədəbiyyatşünaslıq əsərləri son yüzillikdə milli ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynamışdır. Bu dövrdə qədim elm və sənət mərkəzlərindən olan Naxçıvan Muxtar Respublikası da Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir. Adlarını qeyd etdiyimiz görkəmli alimlərimizdən Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Məhəmmədhüseyn Təhmasib, Yəhya Seyidov və başqaları məhz Naxçıvan diyarında formalaşmışdılar.

Ardını oxu...

Muxtar respublikamızda bütün sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsi də yüksək qayğı ilə əhatə edilib. Bu sahədə həyata keçirilən tədbirlər gələcəyimizə hesablanmış islahatdır. Təhsil müəssisələri üçün yeni binalar tikilir, ümumtəhsil məktəbləri ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir. Bu gün təkcə Naxçıvan şəhərində yox, həm də bütün rayon və kəndlərimizdə belə məktəb binaları ali təhsil ocaqlarının binalarından heç də seçilməyən geniş, işıqlı, elektron lövhəli sinif otaqları, laboratoriyalar, fənn kabinələri, kompüter sinifləri, müasir idman zalları olan tədris ocaqları müəllim və şagirdlərin ixtiyarına verilir.

Ardını oxu...

Ali təhsil ocağında Elm və innovasiyalar bölməsi və Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi 2021-2022-ci tədris ilində magistrant adını qazanmış təhsilalanlarla görüş keçirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev ali məktəbə magistrant kimi təhsil almağa başlayanları təbrik edib və onlara uğurlar arzulayıb. Rektor bu il magistraturaya 250 yerə qarşı 226 magistrantın qəbul olduğunu bildirərək qəbul faizinin 90 faizdən artıq olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, bu da indiyə qədər əldə olunan ən yüksək nəticədir. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edilib ki, muxtar respublikada təhsilə göstərilən yüksək qayğı həm də qarşıya çox böyük məsuliyyət qoyur. Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan Elbrus İsayev magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini diqqətə çəkib. Qeyd olunub ki, universitetdə bu tədris ilindən etibarən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək.

Ardını oxu...

Muxtar respublikamızda milli iqtisadi inkişafa hədəflənən sənayeləşmə prosesləri yüksələn dinamika ilə davam etməkdədir. Elmə söykənən iqtisadiyyat qarşısında duran ən mühüm məsələ vaxt və məhsul itkisinə yol vermədən əmək məhsuldarlığına imkanlar açacaq istehsal proseslərinin fasiləsiz şəkildə qurulması, təminat qabiliyyətli olması və bütün tərəfləri ilə qənaətçiliyə önəm verilməsindən ibarətdir. Başqa sözlə, insanların fəaliyyətinin stimullaşdırılması, asanlaşdırılması və səmərəli təşkili mühüm məqsəd olaraq çıxış etməkdədir ki, burada da robototexnikanın rolu və önəmindən bəhs etmək yerinə düşər. Elə təsadüfi deyildir ki, qloballaşan dünya iqtisadiyyatı dayanıqlılığa və antiböhran sahəsindəki yetkinliyə meyillənməklə, eyni zamanda iqtisadi imkanlar sahəsində alternativliliyə də böyük həcmdə həm xərc nəzərdə tutur, həm də onu reallaşdırır. Bu sahədə robota dayanan avadanlıqların – robototexnikanın rolu hər addımda özünü göstərməkdədir.

Ardını oxu...

“Naxçıvan” Universitetində Turizm işinin təşkili və Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin I modulu keçirilib.
Tədbirdə “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq “Naxçıvan” Universitetinin Turizm işinin təşkili ixtisası Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə hamiliyə verilib. Rektor bu gün turizmin ölkə iqtisadiyyatı üçün nə qədər vacib bir sahə olduğunu vurğulayaraq bu sahədə “Naxçıvan” Universitetində də ixtisaslı kadrlar hazırlandığını bildirib.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR