19 May 2024, Bazar

Liseyə şagird qəbulu 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinfində təhsil alacaq qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır.
Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin surəti
2. 3x4 santimetr ölçüdə 2 ədəd foto­şəkil

3. Valideynin ərizəsi
4. Təhsil aldığı məktəbdən arayış
5. Sağlamlıq haqqında arayış
Sənədlər 1 aprel 2021-ci il tarixdən 25 may 2021-ci il tarixədək saat 9:00-dan 18:00-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir.
Müsabiqə 11 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 10:00-da keçiriləcəkdir.
Şagirdlərin nəzərinə çatdırılır ki, liseyə qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə, 3 fəndən 70 sual təqdim olunacaq, sualların cavablandırılması üçün 3 saat vaxt veriləcəkdir.
Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunacaqdır.

Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47
(036) 545-23-62

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR