19 May 2024, Bazar

Əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir

Son proseslər bir daha təsdiq etdi ki, müasir dövrdə müxtəlif istiqamətlər üzrə uzunmüddətli təhlükəsizlik perspektivləri nəzərə alınaraq inkişaf strategiyasının müəyyənləşdirilməsi və həyata keçirilməsi dövlətlərin gələcək taleyini həll edən əsas amillər sırasındadır. Bu mənada qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bütün sahələr üzrə ümumi vəziyyəti xarakterizə edən müsbət göstəricilər dünya müstəvisində baş verən proseslər kontekstində kifayət qədər yüksəkdir. Bu gün ümummilli lider Heydər Əliyevin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqda planlarını yerinə yetirən Naxçıvanda əldə olunan nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Çünki dövlətə, dövlətçiliyimizə, yurda, elə-obaya, torpağa sıx bağlı olan naxçıvanlılar üç tərəfdən düşmən əhatəsində, blokadada yaşayan bir diyarın iqtisadiyyatını, mədəniyyətini, incəsənətini, təhsilini, səhiyyəsini və digər əhəmiyyətli sahələrini inkişaf etdirməklə mümkün olmayanı reallaşdırıblar. Ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması iqtisadiyyatın çoxşaxəli inkişafına, ən əsası isə makroiqtisadi göstəricilərin artmasına səbəb olub. Ötən müddətdə muxtar respublikada tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib.

Ardını oxu...

El arasında “uşqun” və ya “qabalaq” adlandırılan bitkinin elmi adı qarağat rəvəndidir (Rheum ribes L.).

Uşqun daha çox Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarının dağlıq ərazilərində bitir.

Hələ beş min il bundan əvvəl Çin tarixi mənbələrində bu bitkinin kökündən müalicə məqsədləri üçün istifadə olunması haqqında məlumatlara rast gəlinib. Uşqun qədim zamanlardan Ərəbistan və İranda da qida və dərman bitkisi kimi istifadə edilib.

Ardını oxu...

  

Muxtar respublikanın Ordubad rayonu zəngin memarlıq nümunələrinə malikdir. Onlardan biri də Ordubad şəhərində yerləşən Cümə məscididir.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən hazırda bərpa işlərinin aparıldığı məscid özünün tarixiliyi ilə diqqəti cəlb edir.

Ardını oxu...

  

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllərlə zəngindir. Gəmiqaya daşları üzərində yazılmış piktoqrafik yazılar, Kolanı nekropolundan tapılmış Günəş Allahının sxematik təsviri, arxeoloji qazıntılar zamanı tapılan maddi mədəniyyət nümunələri, daş alətlər, monoxrom və polixrom boyalı gildən hazırlanmış saxsı qablar bunu bir daha təsdiqləyir. Bu mənada Naxçıvanın minillik tarixinin şahidi olan Gəmiqaya abidəsi daha çox diqqəti cəlb edir.

Ardını oxu...

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişaf siyasəti yeni mərhələdə müvəffəqiyyətlə davam etdirilir, qədim diyarın davamlı yüksəlişi uğurla təmin olunur. Yeni tələblərin, hədəflərin, yeni çağırışların reallaşdırılmasının vacib olduğu müasir dövrdə həm də innovasiyalılıq və rəqəmsal strategiyanın xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Blokada vəziyyətinin yaratdığı çətinliklərə baxmayaraq iqtisadi artımın yüksək sürətinin təmin edilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, əhalinin sosial rifah səviyyəsinin daim yüksəldilməsi diqqətdə saxlanılır. 

Ardını oxu...

Ulu Öndərimizin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının reallaşdırılması uğurlara yol açır

  

Muxtar respublikada ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf konsepsiyasının layiqincə davam etdirilməsinin nəticəsində ciddi institusional islahatlar aparılıb, tərəqqiyə, sabitliyə, yüksək rifaha nail olan müasir Naxçıvan yaradılıb. Bu gün Ümummilli Liderimizin siyasi məktəbinin layiqli məzunlarının müdrik, uzaqgörən, innovativ siyasəti qədim diyarı daha böyük uğurlara aparır. Ona görə də sakinlər əmindirlər ki, bu il muxtar respublika yeni mərhələdə inkişaf edəcək, quruculuq salnaməsinə yeni-yeni parlaq səhifələr yazılacaqdır. Naxçıvan məhz belə bir yüksək əhval-ruhiyyə ilə 2020-ci ili qarşılayıb. Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə keçirilən bayram şənliyində bu ab-hava aydın şəkildə hiss edilirdi. 

Ardını oxu...

Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin strateji kursuna əsaslanan praqmatik siyasətin reallaşdırılması iqtisadi yüksəlişin davamlı xarakter almasına yol açıb, yüksək meyarlara cavab verən gələcəyin təmin edilməsi istiqamətində möhkəm sosial-iqtisadi baza formalaşdırıb. Dövlət başçısının müəyyən etdiyi “Güclü dövlət, yüksək rifah” strategiyası qədim diyarda əməli işdə nümunəvi şəkildə özünü göstərir. Hər bir sakinin rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşdırılması, muxtar respublikanın hər bir bölgəsinin potensialından tam və səmərəli istifadə olunması, inkişafının tarazlaşdırılması, sahibkarlara dəstək verilməsi və çoxsaylı yeni iş yerlərinin açılmasına şərait yaradılması istiqamətində ciddi siyasi iradə və qətiyyət nümayiş etdirilir. Bu baxımdan muxtariyyətinin ­95-ci ildönümünü qeyd edən Naxçıvan həm də “Ailə təsərrüfatları ili” kimi uğurlarla tarixiləşən 2019-cu ili böyük nailiyyətlərlə başa vurub. Ötən ilin mühüm əhəmiyyəti ilə seçilən tədbirlərinə diqqət yetirsək bir daha bunun şahidi olarıq. 

Ardını oxu...

  

Təbiətin və insan əlinin yaratdığı möcüzə

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün geniş imkanlar var. Muxtar respublikanın rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət və təbiət abidələri, mövcud sabitlik, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır. 200-dən çox mineral su bulağı, 400-ə qədər böyük və kiçik çayı olan Naxçıvan Muxtar Respublikasında Azərbaycanın nadir fauna və florası məskunlaşıb. Bu da qədim diyarın turizm potensialının artmasına öz töhfəsini verir.

Ardını oxu...

Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir şəxsiyyət, böyük dövlət xadimi, xalqını böyük xalqların, dövlətini böyük dövlətlərin cərgəsinə çıxaran müdrik rəhbər, ümummilli lider Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin yurdu olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz Liderdir. Ulu Öndər öz həyatının bütün dövrlərində xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. 1969-cu ildə Azərbaycan böhranlı günlərini yaşayanda, 1993-cü ildə dövlət müstəqilliyimiz məhvə sürüklənəndə dahi siyasətçi Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanı bütün sınaqlardan qətiyyətlə çıxarmaqla yanaşı, onun inkişafını, yüksəlişini də təmin edib.

Ardını oxu...

Qədim və müasir Naxçıvan bu gün ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla həyata keçirərək ölkəmizin quruculuq, yüksəliş salnaməsini layiqli nümunələrlə zənginləşdirir. Bu diyarda hər addımda milli maraq və mənafelərimiz uca tutulur, əhalinin sosial rifah halının daha da yüksəldilməsi, həyat şəraitinin yaxşılaşdırılması üçün işlər böyük əzmkarlıqla həyata keçirilir. Pozitiv meyillərlə səciyyələnən sosial-iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması bu istiqamətdə yeni-yeni uğurlara yol açıb. Əsas qayəsi xalqa və dövlətə layiqli xidmət prinsipi üzərində qurulan uğurlu fəaliyyət Heydər Əliyev ideal­larına, Vətənə, yurda bağlılığın Naxçıvan nümunəsini yaradıb.

Ardını oxu...

Ötən ayın ümumi mənzərəsini də belə ifadə etmək olar


Naxçıvan Muxtar Respublikasında ötən 25 ildə həyata keçirilən və alternativi olmayan inkişaf konsepsiyasının uğurlu nəticələri müstəqil Azərbaycan Respublikasının qazandığı ən böyük tarixi nailiyyətlərdən biridir. Xalqımızın böyük oğlu, fenomenal şəxsiyyət Heydər Əliyevin siyasi xəttinə, ideallarına sədaqət nümunəsi olan naxçıvanlılar dövlət vəsaitindən daha böyük inkişafa xidmət göstərmək baxımından həmişə yaradıcılıqla və maksimum qənaətlə istifadə etməyin, mümkün qədər çox və keyfiyyətli işlər həyata keçirməyin də nümunəsini göstəriblər. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa, sosial rifahın daha da yaxşılaşdırılmasına, insan kapitalının formalaşdırılmasına ünvanlanıb ki, bu da qazanılması vacib olan ən dəyərli nailiyyətdir. Bu diyarda böyük quruculuq proseslərinin əsas hərəkətverici qüvvəsi olan insan amilinin, mənəviyyat faktorunun, məsuliyyət duyğusunun əsas prinsiplər səviyyəsində formalaşması inkişafa dərin ictimai məzmun gətirib. Dövlət proqramlarının, infrastruktur layihələrin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması 30 ilə yaxındır, blokada vəziyyətində yaşayan bir məkanın yüksəlişini təmin edib. Sosial-iqtisadi inkişafı ilə yanaşı, ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyi də tam təmin edilən muxtar respublikanın qonşu ölkələrlə iqtisadi-humanitar əlaqələri genişlənib. 

Ardını oxu...

Muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb

Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi böyük strateji hədəflərin uğurla həyata keçirildiyi Naxçıvan Muxtar Respublikasında qarşıya qoyulan vəzifələrin icra olunması, bütün sahələr üzrə əldə edilən ardıcıl nailiyyətlər qədim diyarı yeni-yeni zirvələrə doğru istiqamətləndirir. Ulu Öndərimizin işıqlı ideyalarına bağlılıqla, yüksək əzmkarlıqla, vətənpərvərliklə həyata keçirilən sosial-iqtisadi islahatlar, infrastruktur layihələri səmərəli nəticələr verir, şəhərlərlə yanaşı, ən ucqar kəndlər belə, abadlaşır, insanların həyat şəraiti hər gün daha da yaxşılaşır. Bu gün fəxrlə deyə bilərik ki, artıq muxtar respublikanın kənd, qəsəbə və rayon mərkəzlərinin 90 faizə yaxını yenidən qurulub, abadlaşdırılıb. Həmin yaşayış məntəqələrində sakinlərin firavan yaşayışı üçün hər cür şərait yaradılıb, göstərilən dövlət dəstəyi, mövcud əlverişli biznes mühiti mindən çox yeni ailə təsərrüfatlarının fəaliyyətə başlamasına yol açıb, insanların torpağa, yurda bağlılığı artıb.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR