Türkiyədə yerli istehsal olan ilk "hava-hava" tipli raketin sınağı keçirilib.

Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Twitter" səhifəsində yazıb.

 O bildirib ki, "Bozdoğan" raketinin ilk sınağı uğurla keçib:  

"Gənc mühəndislərimizin "Göktuğ" layihəsi çərçivəsində hazırladığı hava-hava tipli "Bozdoğan" raketimiz ilk atışda hədəfi tam dəqiqliklə vurub".