19 May 2024, Bazar

“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Şəxsiyyətin formalaşmasında özgüvən problemi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Ardını oxu...

Azərbaycanda könüllülük: dünən və bu gün

Son illər könüllülük bir anlayış kimi yeni olsa da, bu ifadə tariximiz və ənənələrimiz üçün yeni deyildir. Bu günün könüllülüyü xalqımızın tarixi qaynaqlarından süzülüb gələn bir ənənənin tərkib hissəsi olmaqla, milli-mənəvi dəyərimizdir. Könüllülük izləri xalqımızın qədim adət və ənənələrindədir. Xeyir və şər məclislərində könüllü olaraq müxtəlif vəzifələri tutan, ev tikən, körpü salan, torpaq şumlayan və əkən, iməciliklər keçirən, digər ictimai işlərdə heç bir fərdi mənfəət güdmədən bir-birinə dəstək olan insanların birliyindədir. Milli bayramımız Novruzda təndir başına yığışan, şəkərbura naxışlayan, oxlov açan analarımızın əməyində, bütöv kəndin, qohum və tanışların bayram görüşünə gəlməyində, müqəddəs Ramazan bayramında verilən ehsanlarda, dini ayinlərin icrasında, Qurban bayramında könüllü kəsilən qurbanların paylanılmasında, bir sözlə, xalqımızın məişətində, mədəniyyətində, əmək, zəhmət nəğmələrindədir könüllülük izləri. Bu izlər həm də nənələrimizin oxuduqları laylalarda, tapmacalarda, nağıllarda, babalarımızın dediyi atalar sözlərində, bayatılardadır.

Ardını oxu...

Bu istiqamətdə həyata keçirilən tədbirlər oktyabr ayında da davam etdirilmiş ay ərzində, ümumilikdə, məhsul nümunələrinin 347 halda, o cümlədən qida məhsullarının 337 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə nöqsan aşkar edilməmişdir.
Yerli istehsal məhsullarının keyfiyyətinin qorunması prioritet vəzifə kimi diqqətdə saxlanılır. Bu məqsədlə hesabat ayı ərzində 29 qida istehsalı müəssisəsinə maarifləndirmə xarakterli baxış keçirilmiş, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması məqsədilə sertifikatlaşdırma prosedurları və monitorinqlər üzrə, ümumilikdə, 140 halda texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğu yoxlanılmış və nöqsan aşkar olunmamışdır.
Yüksəkkeyfiyyətli bal və digər arıçılıq məhsulları gəlirliliyinə və faydalılığına görə aqrar sahədə mühüm yer tutur. Naxçıvanda bu sahənin davamlı inkişafı məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində bal məhsullarının 17 halda laboratoriya analizləri aparılmış, sınaqların nəticələrinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.

Ardını oxu...

Ölkə həyatının bütün sahələrində mütərəqqi islahatların həyata keçirildiyi bir şəraitdə bələdiyyələr də öz fəaliyyətlərini təkmilləşdirir, qanunvericiliklə müəyyənləşdirilmiş gəlir mənbələrindən maksimum istifadə etməyə, maliyyə imkanlarını genişləndirməyə səy göstərir. Bu baxımdan bələdiyyə torpaqlarından yerli əhalinin ümumi mənafeyi üçün daha səmərəli istifadə edilməsi, xüsusilə əhəmiyyətlidir. Qeyd edək ki, ölkəmizdə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı zəruri hüquqi baza yaradılıb. Adıçəkilən qurumun mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin qanunun müddəaları torpaq icarəsi müqaviləsi əsasında, əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsinə imkan verir.

Ardını oxu...

Naxçıvan Şəhər Nəqliyyat İdarəsində payız-qış mövsümünə hazırlığın vəziyyəti və lisenziyaların tələblərinə əməl olunması ilə bağlı seminar-müşavirə keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin şöbə müdiri Elxan Novruzov çıxış edərək bildirib ki, muxtar respublikanın rayon və kəndlərinə, habelə şəhərdaxili 1 nömrəli marşrutda işləyən mikroavtobusların payız-qış mövsümünə hazırlığına nəzarət məqsədilə sürücülərlə əlaqə saxlanılıb. Müqavilə şərtlərinə uyğun olaraq həmin avtomaşınlara texniki qulluq göstərilib, lazım olan təmir işləri həyata keçirilib. Xidmətin lisenziyası ilə işləyən bütün avtonəqliyyat vasitələrinin saz vəziyyətə gətirilməsi işi təmin ediləcək, payız-qış mövsümünə hazırlıq tam başa çatdırılacaq.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Gənclərin vətənpərvərlik tərbiyəsində sosial könüllülərin rolu” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı bu istiqamətdə xeyli iş görməyə stimul olub. Hər il çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə fiziki imkanları məhdud şəxslər tərəfindən isti qış geyimlərinin hazırlanması təşkil edilir, sosial könüllülərin iştirakı ilə hərbi-vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində sosial könüllü tərəfindən verilmiş təklif əsasında hazırlanan və Birinci Qarabağ müharibəsinin iştirakçılarının keçdikləri döyüş yolundan bəhs edən “Canlı tarixlər” adlı videoçarx da gənclərə vətənpərvərlik hisslərinin aşılanması, bu istiqamətdə ictimai fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Son illərdə muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən diqqət davamlı xarakter alıb. Belə ki, bu sahənin dövlət tərəfindən dəstəklənməsi, yeni emal və istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud obyektlərin isə fəaliyyətlərinin bərpa olunması və mütərəqqi təsərrüfat formalarının tətbiqi yeni iş yerlərinin yaradılmasına və bunun məntiqi nəticəsi kimi insanların məşğulluğuna müsbət təsirin göstərib.
Belə tədbirlər sırasında ailə təsərrüfatlarının yaradılması xüsusi qeyd olunmalıdır. O da vurğulanmalıdır ki, həmin təsərrüfatlara qayğı da unudulmayıb. Təsərrüfatların fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması, onlara metodik köməkliklərin göstərilməsi, maliyyə dəstəyinin təmin edilməsi, ailə təsərrüfatlarının məhsullarının təbliği və satışı üçün məqsədyönlü tədbirlərin keçirilməsi diqqətdə saxlanılıb. Bunun ifadəsidir ki, 2017-ci il noyabr ayının 18-də ilk dəfə olaraq Naxçıvan şəhərindəki Naxçıvanqalada “Ailə təsərrüfatları məhsulları” festivalı keçirilib.

Ardını oxu...

Noyabr ayının 21-də keçirilən iməciliklərdə muxtar respublikanın sakinləri fəallıq göstəriblər. Naxçıvan Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafındakı 4 hektarlıq bağda 900 meyvə və 900 meşə ağacı, ümumilikdə, 2,5 hektarlıq ərazidə bərpa məqsədilə 600 meşə ağacı və 300 gül kolu əkilib.
İməcilikdə şərurlular da yaxından iştirak ediblər. Belə ki, Dizə, Həmzəli və Axura kəndləri istiqamətində yol kənarlarında bərpa məqsədilə, ümumilikdə, 500 meşə ağacı əkilib, yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.

Ardını oxu...

Oktyabr ayı ərzində kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən torpaq mülkiyyətçilərinin və ailə təsərrüfatı başçılarının iştirakı ilə müşavirələr, tarla seminarları və maarifləndirmə tədbirləri keçirilmişdir. Müşavirələrdə iştirakçılara payız əkinlərinin optimal müddətdə aparılması, şumdan qabaq mineral və üzvi gübrələrin torpağa verilməsi, keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanmasının, əkinlərin şırım üsulu ilə aparılmasının əhəmiyyəti haqqında məlumat verilib. Şərur rayonunda torpaqların şorluluq dərəcəsi, eroziyası ilə bağlı monitorinqlər və planaalma işləri aparılıb.

Ardını oxu...

Oktyabr ayında qəza və hadisələrin baş vеrməməsi üçün 14 оbyеktdə texniki təhlükəsizliyə əməl olunması yоxlanılmış, 6 müəssisədə aşkar edilmiş nöqsanlar aradan qaldırılmışdır. “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətində yeni istismara veriləcək şaxtada aparılan işlərdə texniki təhlükəsizliyin vəziyyəti, habelə Sədərək gömrük-keçid məntəqəsində tikilən tuneldə elektrik və şəbəkə kabellərinin çəkilməsi, radiasiya aşkar edən portal monitorların quraşdırılması zamanı texniki və yanğın təhlükəsizliyi tələblərinin həyata keçirilməsi vaxtaşırı yoxlanılmışdır. 7 təhlükə potensiallı obyektdə texniki təhlükəsizlik tələblərinə əməl olunmasına, Naxçıvan şəhəri 49-cu məhəllədə inşa edilən yaşayış binalarında istismar edilən qülləli kranın və 14 sərnişin liftinin təhlükəsiz istismar edilməsinə nəzarət olunmuşdur. 4 müəssisədə 10 qurğu sınaqdan keçirilərək texniki təhlükəsizlik sertifikatı verilmiş, 10 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək dövlət nömrə nişanı və texniki pasportla təmin edilmiş, 42 texnoloji nəqliyyat vasitəsi 2020-ci il üçün texniki baxışdan keçirilmişdir. 8 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili yoxlanılmış, 11 müəssisədə 213 nəfər işçinin iştirakı ilə maarifləndirmə işi aparılmışdır.
Fövqəladə hallarda fəaliyyəti zəruri olan 13 xəstəxanada, 10 rabitə, 26 energetika, 4 qaz təchizatı və 8 sənaye obyektində fövqəladə hallara hazırlığın vəziyyəti təkrar yoxlanılmış, 14 obyektdə aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür. 24 ümumtəhsil məktəbində mülki müdafiə üzrə sənədlər toplusunun icra vəziyyəti yoxlanılmış, 13 obyektdə mülki müdafiə sahəsində sənədlərin işlənilməsinə metodik köməklik göstərilmişdir.

Ardını oxu...

Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi xəttin muxtar respublikada uğurla davam etdirilməsi sosial proqramların reallaşdırılmasına, əhalinin rifah halının gündən-günə daha da yaxşılaşmasına yol açır. Həyata keçirilən tədbirlər əhalinin etibarlı sosial müdafiəsinə nail olunmasını, məşğulluq probleminin həllini, maddi və mənəvi tələblərin təminatını və digər sahələri əhatə edir. Bu sahələrdə görülmüş işlərin nəticəsində əhalinin, o cümlədən əmək pensiyaçılarının etibarlı sosial müdafiəsi yaradılmış, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlmişdir.

Ardını oxu...

“WhatsApp” tətbiqində digər istifadəçiyə videonun səsini söndürüb göndərmək mümkün olacaq.

Yeni funksiya barədə “Wabetainfo” məlumat verib. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda növbəti seminar Şərur rayonunda keçirilib.
Rayon üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və qulluqçularının iştirakı ilə təşkil olunan seminarı giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sahib Qurbanov açıb. O, muxtar respublikanın digər rayonlarında olduğu kimi, Şərur rayonunda da bələdiyyələrin fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığını qeyd edib, bu sahəyə göstərilən dövlət qayğısı və bugünkü seminarın əhəmiyyəti barədə məlumat verib.
Ədliyyə Nazirliyinin əməkdaşı, I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri” mövzusunda çıxış edib. Bildirib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarə müddəti, icarə haqqı və digər məsələlər öz əksini tapmalıdır.

Ardını oxu...

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.
Muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən oktyabr ayı ərzində “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 146 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılmışdır ki, bunun 132-si əhali və 14-ü qeyri-əhali abonentdir.
Ötən ay qaz təsərrüfatında, xüsusilə qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılıb, yerli Qaz İstismarı idarələrinin işçiləri sentyabr ayının 1-dən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma kursuna cəlb edilib, kursu bitirən müdavimlərə sertifikat verilib.

Ardını oxu...

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət oktyabr ayında da davam etdirilmişdir.
Hesabat ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi və meşə fondu torpaqlarından istifadə məqsədilə 8 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbirlər görülmüşdür. Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şərur rayonunun Mahmudkənd, Babək rayonunun Kültəpə və ətraf kəndlərin nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilmiş, ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları haqqında müzakirələr aparılmışdır.

Ardını oxu...

Həyatı sevərək davam etmək, özünə, bacarığına, ətrafında olanlara inanaraq, duyğularını, arzularını bölüşərək yaşamaq, beləliklə, eşitmə və nitq məhdudiyyətinin sükutunu könül xoşluğu bəxş edən şən dəqiqələrlə əvəz etmək mümkündür.

Ardını oxu...

Dünən Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı işlər görülür.

Ardını oxu...

"Facebook" şirkətinə məxsus "İnstagram" sosial şəbəkəsi mobil tətbiqetmədə yeni funksiyaların əlavə edildiyini elan edib: Reels ("çarxlar") və Shop ("mağaza").

Bu barədə məlumat "Facebook"un saytında yerləşdirilib.

Ardını oxu...

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən ciddi iqtisadi və struktur islahatları əhalinin sosial müdafiəsi sahəsində də uğurlu nəticələrin əldə olunmasını təmin etmişdir. İqtisadi inkişaf modelinin ən mühüm uğuru iqtisadi sahədə qazanılan gəlirlərin, ilk növbədə, əhalinin rifah halının yüksəldilməsinə, vətəndaş firavanlığının təminatına və insan kapitalının inkişafına yönəldilməsi, dinamik iqtisadi tərəqqinin daim güclənən sosial siyasətlə tamamlanmasıdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Proqramın icrası ilə əlaqədar oktyabr ayında muxtar respublika üzrə, ümumilikdə, 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 12 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu heyvan, 1 nəfərə ev quşları və quş yemi, 4 nəfərə miniyerşumlayan aqreqat, 2 nəfərə dərzi avadanlığı və ləvazimatları, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə isə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar verilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlara qış geyimləri verilib.
Tədbirdə çıxış edən Təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən danışıb.
Bildirib ki, bu qəbildən olan uşaqlara qayğının ifadəsidir ki, muxtar respublikada Gözdən əlillər üçün xüsusi ibtidai məktəb, Distant tədris mərkəzi, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri yaradılıb, nitq problemləri olan uşaqlar üçün Defektoloji bölmə fəaliyyətə başlayıb, görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində payız-qış mövsümünün uğurla başa vurulması məqsədilə işlərə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar nazirinin müavini Həbib Novruzov açıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə nazirliyə yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqətin artırılması, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq tədbirlərin icrası davam etdirilir.
Proqramın icrası ilə əlaqədar oktyabr ayında muxtar respublika üzrə, ümumilikdə, 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 12 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu heyvan, 1 nəfərə ev quşları və quş yemi, 4 nəfərə miniyerşumlayan aqreqat, 2 nəfərə dərzi avadanlığı və ləvazimatları, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə isə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar verilib.

Ardını oxu...

Noyabr ayının 7-də keçirilən iməciliklərdə muxtar respublikanın sakinləri fəallıq göstəriblər. Naxçıvan şəhərində, Uzunoba Su Anbarının yaxınlığındakı 1 hektarlıq yeni bağda 650 meyvə, həmin ərazidəki 2 hektarlıq sahədə bərpa məqsədilə 550 meyvə və 200 üzüm tingi, yeni tikilməkdə olan hərbi hospitalın yaxınlığındakı 2 hektarlıq yeni salınmış bağda 388 meşə, 150 meşə və 50 həmişəyaşıl ağac, bərpa məqsədilə, ümumilikdə, 3 hektarlıq ərazidə 762 meyvə, 150 meşə və 392 həmişəyaşıl ağac əkilib.
İməcilikdə şərurlular da yaxından iştirak ediblər. Belə ki, Şəhriyar kəndindəki yeni tikilmiş obyektlərin yaxınlığındakı 1,6 hektarlıq ərazidə 680, Yeni Havuş kəndindəki 2 hektarlıq bağda bərpa məqsədilə 300 meyvə ağacı əkilib, Kürkənddə ahıl vətəndaşın evində təmizlik işləri aparılıb.
Babəklilər Xal-xal kəndi ərazisindəki 4 hektarlıq sahədə 800 meşə ağacı əkmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Ordubadlılar Naxçıvan-Culfa-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində 300 meşə, və Qazi massivindəki 1 hektarlıq sahədə 500 meyvə, bərpa məqsədilə, ümumilikdə, 7 hektarlıq ərazidə 400 meyvə ağacı əkiblər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması oktyabr ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 170 qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmışdır. Onlardan 3-nün kompüter, 1-nin dərzi, 1-nin aşpaz, 1-nin bərbər-manikürçü, 1-nin toxuculuq peşə kurslarına cəlb olunması üçün ümumilikdə, 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin Rəngkarlıq və Təsviri incəsənət ixtisasları üzrə tələbələrinin açıq havada rəsm müsabiqəsi keçirilib.

Ardını oxu...

Ailə çox mühüm sosiallaşma amili, tərbiyənin subyekti, uşağın özünüinkişafı, özünütəsdiqidir. Uşaq məhz ailədə ilk dəfə olaraq sosial qarşılıqlı əlaqədə olur, özü üçün insani münasibətlər aləmi açır, özünütərbiyə subyektinə çevrilir. Bu zaman ailə, həmçinin uşağın şəxsiyyət kimi inkişafı prosesində neqativ, mənfi təsirlər də göstərə bilir ki, buna səbəb ailədaxili konfliktlər, ailənin maddi vəziyyəti, güc və zorakılığın tətbiqi, uşağın inkişafına psixi travmaların təsiri, nəhayət, uşağın tərbiyəsinə valideynlərin mənfi münasibətləridir.
Sağlam ailə atmosferinin yaradılması o deməkdir ki, valideynlər uşaqların tərbiyəsi üzrə öz borc və məsuliyyət hissini dərk etsin, ata və ana arasında münasibətlər qarşılıqlı hörmətə əsaslansın, uşaqlar ailə təsərrüfatının həlli məsələlərinə cəlb edilsin, istirahət, idman, turizm, birgə gəzintilər ağıllı, əlverişli və münasib şəkildə təşkil olunsun. Ailə birlikdə musiqi dinləmə, kitab mütaliəsi ilə məşğul olsun, incəsənət və mədəniyyət tədbirlərinə, teatr və kinoya getsin və sair Bütün bunların həyata keçirilməsi, müsbət həlli isə valideynlərin, ailənin yaşlı üzvlərinin biliyi, bacarığı və rəhbərlik üslubunun səviyyəsindən asılıdır.

Ardını oxu...

Yanğın təhlükəsizliyi vətəndaşların həyat və sağlamlığının, mülkiyyət hüququnun qorunması, ətraf mühitin mühafizəsi kimi dövlətin qarşısında duran zəruri şərtlərdən biridir. Yanğının insanlara təsir edən bir sıra təhlükəli amilləri vardır. Bunlara, əsasən, açıq alov və qığılcımlar, ətraf mühitin və əşyaların yüksək temperaturu, zəhərləyici yanma maddələri, tüstü, oksigen çatışmazlığı və tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışlar daxildir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar elm və mədəniyyət” beynəlxalq konfransında iştirak edib.

Ardını oxu...

Muxtar respublikamızda ərzaq bolluğu yaradılması üçün dövlət qayğısının ildən-ilə artırılması, ayrılan vəsait, özəl bölmə təmsilçilərinin, daha çox ailə təsərrüfatlarının mütəşəkkil şəkildə iştirakı qarşıya qoyulmuş vəzifələrin həllini asanlaşdırıb. Bütün bunların nəticəsi kimi Şərur rayonunda da kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən strateji məhsul olan taxılçılığın inkişafında mühüm irəliləyişlərə nail olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Naxçıvan Avtovağzal Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyətində ictimai nəqliyyat sürücüləri üçün “İctimai nəqliyyat vasitələrinin idarə edilməsində təhlükəsizlik tədbirlərinin praktikası” mövzusunda seminar təşkil edib.
Mərkəzin yol-nəqliyyat hadisələri ekspertizası bölməsinin böyük eksperti, I dərəcəli ədliyyə qulluqçusu Məhəmməd Həşimov seminarı giriş sözü ilə açaraq nəqliyyat vasitələrinin təhlükəsiz idarə edilməsinin əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, mövsümlə əlaqədar yağışlı havalarda yol səthinin sürüşkən olması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir. Sürücülər tərəfindən avtomobilin sürəti yol şəraitinə uyğun seçilməlidir.

Ardını oxu...

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə həyata keçirilən uğurlu sosial-ekoloji siyasət sentyabr ayında da davam etdirilmişdir. Ay ərzində ətraf mühitin mühafizəsi, qanunsuz ov və meşə fondu torpaqlarından istifadə edilməsi, ətraf mühitə təsir hallarının qiymətləndirilməsi məqsədilə 10 yoxlama-reyd keçirilmiş, 4 inzibati xəta qeydə alınmış və qanunauyğun tədbir görülmüşdür.
Muxtar respublikanın təbiətinin qorunması üçün inzibati tədbirlərdən daha çox ekoloji-hüquqi maarifləndirmə tədbirlərinə üstünlük verilir. Bu məqsədlə Şərur rayonunun Dəmirçi, Culfa rayonunun Qazançı, Ordubad rayonunun Sabirkənd və Şahbuz rayonunun Külüs kəndləri ərazisində tədbirlər keçirilmişdir. Şərur, Sədərək, Ordubad, Babək, Şahbuz, Kəngərli və Culfa rayonlarının 30-a yaxın yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər aparılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür.
Həmin tədbirlərin davamı olaraq 2020-ci il 22 oktyabr tarixdə Şərur rayon Düdəngə kəndində və Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Qurbanovlar və Məmmədovlar ailələrinə baş çəkilib.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulayıblar.
Sonda ailələrə ehtiyaclarına uyğun köməklik göstərilib. Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Könüllülər tənha ahıllara mövsümi hazırlıqlara uyğun geyim və ləvazimatlar təqdim edib, zəruri məişət avadanlıqlarının quraşdırılmasında köməklik göstəriblər.
Ahıl vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Sosial-iqtisadi həyatın bütün sahələrində tərəqqi və inkişafın geniş vüsət aldığı muxtar respublikada məhdud fiziki imkanlıların sosial müdafiəsi, onların tibbi reabilitasiyası, layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində tədbirlərin icrası diqqət mərkəzində saxlanılır. Onların müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilməsi, tənha yaşayan, başqasının köməyinə ehtiyacı olanlara evlərdə sosial-məişət xidmətinin göstərilməsi, fərdi məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili bu kateqoriyadan olan sakinlərin həyat səviyyələrini yüksəltməklə yanaşı, belə insanların həyatın bütün sahələrində fərdi qabiliyyətlərinə uyğun fəaliyyət göstərmələrinə geniş imkanlar yaradıb. Ölkəmizdə, eləcə də muxtar respublikamızda bu məqsədlə son illərdə infrastruktur daha da təkmilləşdirilir, yeni reabilitasiya və bərpa mərkəzləri istifadəyə verilir.

Ardını oxu...

Muxtar respublikamızda cəmiyyətin həssas qrupu sayılan pensiyaçıların rahatlığının təmin olunması, onların rifah halının yaxşılaşdırılması tədbirləri diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu da bu istiqamətdə verilən tapşırıqların yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər görür. Belə ki, ötən ay ərzində əmək pensiyaları və məcburi dövlət sosial sığorta ödəmələri vaxtından əvvəl maliyyələşdirilmiş, pensiya ödənilməsinə 14 milyon 747 min manat, sosial sığorta ödəmələrinə isə 328 min manat vəsait xərclənmişdir.

Ardını oxu...

Muxtar respublikada əmlak və torpaq idarəçiliyinin müasir əsaslarla qurulması, fəaliyyət istiqamətləri üzrə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi sentyabr ayı ərzində də Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılmışdır.

Ardını oxu...

Yaxın günlərdə çoxlu sayda asteroid Yerin yaxınlığından keçəcək.

Oktyabrın 19-da ölçüsü 1,5 metrdən 46 metrədək olan altı asteroid Yerə yaxınlaşacaq.

Onlardan ən yaxını planetə 150 min kilometr məsafədə keçəcək.

Ardını oxu...

Azərbaycanda oktyabrın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17°, gündüz 22-26° isti, Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.

Oktyabrın 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16°, gündüz 22-27° isti, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

 

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Ordubad rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib. Dəstə Kənd Mərkəzində keçirilən seminarı Ordubad Rayon İcra Hakimiyyətinin nümayəndəsi Reyhun Babayev açaraq mövzunun əhəmiyyəti barədə məlumat verib.

Ardını oxu...

Kəngərli Rayon Rabitə İdarəsi tərəfindən cari ilin ötən dövrü ərzində sakinlərə nümunəvi rabitə və internet xidmətləri göstərilib. Payız-qış aylarında da sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara, akkumulyatorlara və xətt təsərrüfatına texniki baxışın keçirilməsi, aşkar olunan müxtəliftutumlu yararsız kabel və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən sentyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər ­görülüb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin
mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində tədbirləri sentyabr ayında da davam etdirmişdir. Ötən ay ərzində “Naxçıvanı tanıyaq” devizi altında gənclərin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil edilmiş, fiziki imkanları məhdud yeniyetmələr arasında rəsm müsabiqəsi, gənclər arasında “Koronavirus pandemiyası ilə mübarizə” adlı rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Gənclər arasında “Axtar tap” intellektual oyunu, gənc yazıçı Nərgiz İsmayılovanın “Metakədər” kitabının onlayn təqdimatı keçirilmiş, yeniyetmələr arasında “Kim? Nə? Hara?” intellektual oyununun rayon mərhələlərinin televiziya çəkilişləri təşkil olunmuş, Bakı şəhərində gənclər arasında keçirilən “Xəmsə” milli intellektual oyunu Azərbaycan çempionatında muxtar respublikanı təmsil edən komandanın iştirakı təmin edilmişdir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Ermənistan-Azərbaycan müharibəsində mövcud vəziyyət: reallıqlar, təhlillər, yanaşmalar” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva 30 ilə yaxındır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin öz siyasi, hüquqi həllini tapmadığını və işğalçı dövlətin hər vasitə ilə buna mane olduğunu bildirib. Qeyd edib ki, sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Hazırda şanlı ordumuz tərəfindən düşmənə layiqli cavab verilir və işğal olunmuş ərazilərimizdən düşmənin təmizlənməsi prosesi davam edir.
Rektor əminliklə bildirib ki, güclü Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə ən qısa zamanda yağı düşməni işğal olunmuş ərazilərimizdən qovacaq, Azərbaycan öz əzəli və tarixi torpaqlarına qovuşacaq.

Ardını oxu...

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının qəsdən və hədəflənmiş şəkildə dinc əhalinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədirlər.
Təcаvüzkаr mühаribəni plаnlаşdırmа, hаzırlаmа, bаşlаmа və yа аpаrmа bеynəlхаlq hüququn prinsipləri ilə təsbit оlunmuş sülhün, хаlqlаr və dövlətlər аrаsındа dinc yаnаşı yаşаmаnın və əməkdаşlığın əlеyhinə yönəldiyi üçün bеlə əməllərin törədilməsi bеynəlхаlq hüquq nоrmаlаrı ilə məsuliyyətə səbəb оlur.

Ardını oxu...

Fiziologiya və tibb sahəsində Nobel mükafatı laureatlarının adları açıqlanıb.

 Nobel komitəsinin rəsmi saytına istinadla xəbər veririk ki, amerikalı Harvi Olter, Çarlz Rays və britaniyalı Maykl Houton hepatit C virusunun kəşfinə görə 2020-ci il üzrə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülüblər.

Muxtar respublikamızın iqtisadiyyatında mühüm paya malik olan aqrar sektor regionda ərzaq təhlükəsizliyinin təmini və əhali məşğulluğu məsələlərinin həllində əsas yer tutur. Bu baxımdan, aqrar sektorun inkişaf etdirilməsi və mövcud torpaq, iqlim resurslarından səmərəli istifadə olunması üçün aqrar sığorta münasibətlərinin də əhəmiyyəti böyükdür. Buna görə də fermer və torpaq mülkiyyətçilərinin biznes maraqlarının qorunması məqsədilə muxtar respublikamızda həyata keçirilən aqrar sığortanın genişləndirilməsi üzrə verilmiş tapşırıqların icrasına diqqət artırılır.

Kənd təsərrüfatı hər cür təbii hadisələrə, eləcə də insanların səbəb olduğu texnogen qəzalara qarşı çox həssasdır. Müxtəlif təbii fəlakətlər – zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin zərərvericilərin vurduğu ziyanlar, yoluxucu xəstəlik və zəhərlənmələr, ilan və həşərat sancmaları, zəhərli otlar və yemlərdən zəhərlənmə, kütləvi zəhərlənmələr nəticəsində ölüm, vəhşi heyvanların hücumu, habelə yanğın və üçüncü şəxslərin hərəkətləri nəticəsində kənd təsərrüfatına xeyli miqdarda zərərlər dəyməsi və məhsuldarlığın aşağı düşməsi baş verir. Bu isə aqrar sahə ilə məşğul olan insanların ilboyu çəkdiyi zəhmətin nəticəsiz qalmasına səbəb olur ki, aqrar sığortanın mahiyyəti də belə gözlənilməz hadisələrdən həm bitkiçilik, həm də heyvandarlıq məhsulları istehsalına dəyə biləcək zərərlərin əvəzinin ödənilməsidir.

Ardını oxu...

İnsanlar həyatlarının digər dövrünə nisbətən tənhalığı ahıl yaşda daha çox hiss edirlər. Ahıl insanlarsız isə həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır.  Ahıl insan hər bir ailənin möhkəmliyi, mənası deməkdir, cəmiyyət üçün də əvəz­olunmazdır. Yaşlıların bilik və bacarıqlarından, həyat təcrübəsindən bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq baxımından çox zəruridir. Ahılların məşğulluğu, onların inkişaf prosesinə cəlb edilməsi həm də sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. Yaşlılar da cəmiyyətin bərabərhüquqlu vətəndaşlarıdır, onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Kardioloji Dispanserin iştirakı  ilə 29 sentyabr – Dünya Ürək Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 

Universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, Dünya Ürək Günü ilk dəfə 1999-cu ildə Ümumdünya Ürək Federasiyasının təşəbbüsü ilə təşkil edilib. Dünya Səhiyyə Təşkilatı, UNESKO və digər mühüm təşkilatlar həmin təşəbbüsü dəstəkləyiblər.

Ardını oxu...

Muxtar respublikada payız-qış mövsümündə rabitə və internet xidmətlərinin keyfiyyətini yüksəltmək məqsədilə hazırlıq işləri görülür.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR