Muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrinin aparılmasını və dispanserizasiyası təmin etmək məqsədilə ardıcıl tədbirlər görülür. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Yaz mövsümünün kutləvi dovri tibbi muayinələri üçün əvvəlcədən səhiyyə maarifi işi aparılıb. Min ədəd buklet hazırlanaraq məktəb tibb işçiləri və valideynlərə paylanılıb. Muxtar respublikada aprelin 10-dan başlanan yaz mövsümünün kutləvi dovri tibbi muayinələri üçün Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası və rayon mərkəzi xəstəxanalarında pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası tərəfindən 20 tam orta məktəbdə  12 min 873 şagird dərin tibbi müayinələrdən keçirilib. Şərurda 7 min 294, Babəkdə  8 min 710, Ordubadda 4 min 450, Culfada 7 min 995, Şahbuzda 1068, Kəngərlidə  1682, Sədərəkdə isə   1410 şagird tibbi müayinələrlə əhatə olunublar. Bütövlükdə muxtar respublika üzrə   şagird 24 min 089 məktəbli  profilaktik tibbi xidmətdən yararlanıb.

Tibbi müayinələr vasitəsilə uşaqlarda xəstəliklərin və onların risk amillərinin erkən mərhələdə aşkar edilməsi təmin olunub və sağlamlaşdırıcı tədbirlər aparılıb, profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərin elektron qeydiyyat sistemi təkmilləşdirilib, uşaqlar və valideynlər arasında xəstəliklərin profilaktikası məqsədi ilə maarifləndirmə işi gücləndirilib. Bəzi şagirdlərdə konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində  əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb. Xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub Uşaqların sağlamlığı obyektiv qiymətləndirilərək aşkar edilmiş xəstəliklərlə bağlı şagirdlərin kompleks müayinəsi üçün müvafiq səhi yyə müəssisələrinə göndərilməsinə göstəriş verilib.

Müayinələr zamanı uşaqlar arasında endemik zobun rast gəlinmə tezliyi də muəyyən edilib və ona uyğun profilaktik tədbirlərin aparılması planlaşdırılıb.

 Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti