19 May 2024, Bazar

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların ilkin satış qiymətinin 5% məbləğində beh “Kapital Bank” ASC Şərur rayon filialında olan AZ 37 NABZ 01350100000000001944 nömrəli hesaba və “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesaba 13 may 2015-ci il tarixədək ödənilməlidir.  

Ardını oxu...

Kafedralar üzrə kafedra müdiri
vəzifəsini tutmaq üçün

1. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi

Kafedralarda boş olan vəzifələri
tutmaq üçün

1. Coğrafiya – müəllim – 2 yer; baş müəllim – 1 yer; dosent – 1 yer (0,5 ştat)
2. Fəlsəfə və politologiya – dosent – 1 yer (0,5 ştat)
3. Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi – baş müəllim – 1 yer
4. Pedaqogika və psixologiya – dosent – 2 yer (0,5 ştat)

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “fotoqraf” peşəsi üzrə kurs təşkil edir.
Tədris müddəti 2 aydır. Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il aprel ayının 18-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış.

Əlaqə telefonu: 545-32-33

1. Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu 2015-2016-cı tədris ili üçün muxtar respublikanın ümumtəhsil məktəblərinin hazırda VI, VII, VIII, IX siniflərində təhsil alan oğlan şagirdlər arasından müsabiqə yolu ilə seçiləcəkdir. 

2. Liseyə sənəd qəbulu Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2015-ci il aprel ayının 15-dən may ayının 10-dək aparılacaqdır.
3. Liseyə qəbul üçün şagirdlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- müvafiq ərizə;
- təhsil aldıqları məktəbdən arayış;
- doğum haqqında şəhadətnamənin (şəxsiyyət vəsiqəsinin) notarial qaydada təsdiq edilmiş surəti;
- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.
4. Liseyə qəbul imtahanları 11-16 may 2015-ci il tarixdə test üsulu ilə aparılacaqdır.
Əlavə məlumat almaq üçün sənəd qəbulu komissiyasına müraciət olunmalıdır.
Əlaqə telefonları: 545-02-16; 545-02-06

 

 

 

Ümumi müddəalar
Təlim dili: Azərbaycan dili
Təhsil forması: əyani
Təhsil müddəti: 3 il
Yaş həddi: cari ildə ümumtəhsil müəssisələrinin 8-ci sinfində oxuyan, 15 sentyabr 2015-ci ilə qədər 14 yaşı tamam olan və 16 yaşı keçməyən oğlanlar qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmaq istəyən namizədlər 10 may 2015-ci il tarixədək Hərbi Lisey rəisinin adına ərizə ilə müraciət etməlidirlər.

Ardını oxu...


Qeyd: Mart ayında texniki itki nəzərə alınmaqla daxil olan 26 milyon 916 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 615 min manat olmuş, cəmi 1 milyon 621 min manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 100,4 faizini təşkil edir.

Naxçıvan Müəllimlər İnstitutunda “Təhsil kurikulumları: praktik tətbiqlər” mövzusunda respublika elmi konfransı keçiriləcəkdir.
Konfransda aşağıdakı bölmələr üzrə məruzələr dinləniləcəkdir:
1. Ümumtəhsil məktəblərində şəxsiyyət­yönümlü kurikulumların tətbiqi yolları
2. Nəticəyönümlü kurikulumların tətbiqi
3. Kurikulumların tətbiqində dərs nümunələri
4. Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları
5. Kurikulumda strategiyalar.
Konfransda respublikanın ali, orta təhsil və məktəbəqədər müəssisələrinin əməkdaşları məruzələrlə çıxış edə bilərlər.
Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır və 1 sm intervalla, 14 şriftlə (Times New Roman), formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 1-3 səhifə həcmində təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri məqalənin adının altında yazılmalıdır.
Konfransın materialları məcmuə şəklində nəşr olunacaqdır.
Məruzələr 20 aprel 2015-ci il tarixədək Naxçıvan Müəllimlər İnstitutunun elmi hissəsində qəbul olunur.
Konfrans 24 aprel 2015-ci il tarixdə saat 1100-də Naxçıvan Müəllimlər İnstitutunun akt zalında keçiriləcəkdir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Naxçıvan Müəllimlər İnstitutu
Telefon: (+99036)545-32-02, (+99036)544-04-29
Faks: (+99036)545-32-02

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq istəyən şəxslər üçün 19 ştat vahidi üzrə müsabiqə elan edir.
İcra məmuru vəzifələrinə işə qəbulla bağlı müsabiqədə iştirak etmək istəyən namizədlər 2 ədəd arxası ağ fonda 3x4 sm ölçüdə rəngli fotoşəkil təqdim etməklə müraciət formasını doldurmaq üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin icra xidmətində icra məmuru vəzifələrinə işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyən şəxslərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli və onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər. İcra məmuru vəzifələrinə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə icra məmuru işləməyə qadir olmayan, qanunla müəyyən edilmiş həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar, məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər icra məmuru vəzifəsinə işə qəbul edilmirlər.

Ardını oxu...

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə qəbul olmaq istəyən namizədlər boyu azı 170 santimetr, tam ortatəhsilli və ya buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı (“fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə 01.09.2015-ci il tarixədək 17 yaşı tamam olan), yaxud müddətli həqiqi hər­bi xidmət keçmiş, ehtiyatda olan və 15.09.2015-ci il tarixədək 23 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Namizədlər Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara müvafiq olaraq nazirliyin xüsusi həkim ekspertiza komissiyasında, həmçinin fiziki hazırlıq və seçmə komissiyalarında sınaqdan keçməlidirlər.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin ərizələri rəsmiləşdirilir və onlar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilmiş cədvəl üzrə mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər.
Qəbul imtahanı test üsulu ilə I ixtisas qrupuna daxil olan fənlər üzrə keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı şərtlərlə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında və kütləvi informasiya vasitələrində verilən elanlarla tanış olmaq olar.
Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, geyim forması və yataqxana ilə təmin olunur, təqaüd alırlar.
Akademiyada təhsil müddəti 4 ildir və tədris Azərbaycan dilində aparılır.
Akademiyanın məzunlarına “yanğın təhlükəsizliyi mühəndisliyi”, “fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.
Akademiyaya qəbul olmaq istəyənlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına internet vasitəsilə elektron ərizə verdikdən sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

Ardını oxu...

28 aprel 2015-ci il tarixdə saat 1100-də cəmiyyətin Babək rayon Sirab kəndində yerləşən inzibati binasında səhmdarların ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdə duran məsələlər:
1. Reqlamentin təsdiqi
2. Cəmiyyətin 2014-cü ildəki maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı
3. 2015-ci ildə görüləcək işlər və qarşıda duran məsələlər
4. Cari məsələlər.

Əlaqə telefonu: (036) 541-81-13

Hərracda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan fərdi yaşayış evlərinin ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesaba və Kapital Bank Babək rayon filialında olan AZ 37 NABZ 01350100000000001944 nömrəli hesaba 3 aprel 2015-ci il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qanunvericilikdə müəyyən edilmiş iştirak haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ 12360100000000005944 nömrəli hesabına köçürülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müntəzəm olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydaları” üzrə yeddigünlük maarifləndirici kurslar təşkil edilir.
Müəssisənizin əməyin mühafizəsi üzrə mütəxəssisinin kurslarda iştirakını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərsiniz.

Ünvan: Heydər Əliyev prospekti 32
(Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin inzibati binası)
Telefonlar (036) 545-32-99, (070) 285-77-84 Faks: (036) 545-32-06

Naxçıvan şəhəri, Xətai küçəsi 6-da yerləşən “Xidmət” ATSC-nin inzibati binasında 15 may 2015-ci il tarixdə saat 1100-də səhmdarların ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın gündəliyində aşağıdaki məsələlər durur:
1. Səhmdarların ümumi yığıncağının reqlamentinin təsdiqi.
2. Cəmiyyətin 2014-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyəti sədrinin hesabatı.
3. 2015-ci ildə cəmiyyətin fəaliyyət proqramına baxılması.
4. Sair məsələlər.

İdarə heyəti

 

1. Dərman preparatlarının satın alınması.
2. Ərzaq məhsullarının satın alınması.
Kotirovka 9 mart 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 10 mart 2015-ci il tarixdə saat 1100-də Şərur Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Məzahir Əhmədov
Telefon: 542-25-16
Ünvan: Şərur şəhəri

Qeyd: Fevral ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 376 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 522 min 600 manat olmuş, cəmi 1 milyon 516 min manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 99,6 faizini təşkil edir.

2015-ci il üçün kotirovka elan edir

Dəftərxana ləvazimatlarının satın alınması.
Kotirovka 5 mart 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 10 mart 2015-ci il tarixdə saat 1500-də Culfa Rayon Təhsil Şöbəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Quliyev Həzi Umud oğlu
Telefon: 546-02-80
Ünvan: Culfa Rayon Təhsil Şöbəsi

1. Naxçıvan şəhərində 720 şagird yerlik 3 nömrəli məktəbin tikintisi.
2. Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin inzibati binasının tikintisi.
3. Şərur rayonunun Kürçülü kəndin­də 234 şagird yerlik məktəbin yenidən qurulması.
4. Şərur rayonunun Axaməd kəndində 192 şagird yerlik məktəbin tikintisi.
5. Şərur şəhər 1008 şagird yerlik 2 nömrəli məktəbin yenidən qurulması.
6. Babək rayonunun Xalxal kəndində 144 şagird yerlik məktəbin tikintisi.
7. Babək rayonunun Xəlilli kəndində 192 şagird yerlik məktəbin tikintisi.
8. Culfa rayonunun Qızılca kəndində 120 şagird yerlik məktəbin tikintisi.
9. Culfa rayonunun Saltaq kəndində 252 şagird yerlik məktəbin tikintisi.
10. Culfa rayonunun Gal kəndində 96 şagird yerlik məktəbin tikintisi.
11. Ordubad rayonunun Gilançay kəndində 96 şagird yerlik məktəbin tikintisi.
12. Şahbuz rayonunun Daylaqlı kəndində 120 şagird yerlik məktəbin tikintisi.
13. Kəngərli rayonunun Yurdçu kəndində 252 şagird yerlik məktəbin yenidən qurulması.
14. Sədərək rayonunda Musiqi məktəbinin tikintisi.

Ardını oxu...

Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan fərdi yaşayış evinin ilkin satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesaba 13 mart 2015-ci il tarixədək ödənilməlidir. Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edil­miş iştirak haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.

Ardını oxu...

1. Ərzaq məhsullarının satın alınması.
2. Dəftərxana ləvazimatlarının satın alınması.
Kotirovka 23 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 24 fevral 2015-ci il tarixdə saat 1500-də Şərur Rayon Təhsil Şöbəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Arzu Fərzəliyeva
Telefon: 542-21-62. Ünvan: Şərur Rayon Təhsil Şöbəsi

Kartof əkinini həyata keçirən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC tərəfindən 3 növdə yüksəkkeyfiyyətli toxumluq kartof məhsulunun satışı həyata keçirilir.
I növ toxumluq kartofun satış qiyməti – 60 qəpik
II növ toxumluq kartofun satış qiyməti – 50 qəpik
III növ toxumluq kartofun satış qiyməti – 40 qəpik təşkil edir.
Kartof əkinini həyata keçirəcək kənd təsərrüfatı məhsulları istehsalçıları toxumluq kartof almaq üçün aşağıdakı əlaqə telefonlarına müraciət edə bilərlər:
“Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” MMC.

Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi
Əlaqə telefonu: (036) 545-75-77;
(060) 540-94-64; (050) 516-45-61

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən kollegiya üzvlüyünə (vəkilliyə), həmçinin muxtar respublikanın rayonlarında yaradılacaq vəkillik qurumlarında vəkilliyə qəbulla əlaqədar 1 noyabr 2014-cü il tarixdən müsabiqə elan olunmuşdur.
Müsabiqədə (ixtisas imtahanlarında) ali hüquq təhsilli, Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Vəkilliyə namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vəkil vəzifəsinə yararlı və layiqliliyinin müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Naxçıvan Muxtar Respublikası Regional Bölməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə test və şifahi müsahibə imtahanlarından ibarət ixtisas imtahanları keçiriləcək, ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimdə (30 gün) iştirak edəcəklər.

Ardını oxu...

Müsabiqədə iştirak etmək istəyənlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələlə­ri üzrə Komissiyanın internet saytına (www.dqmk.nmr.az) daxil olmaqla elektron müraciət formasını doldurmalı və tələb olunan sənədləri 17 fevral 2015-ci il tarixdən 18 mart 2015-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 23) şəxsən təqdim etməklə elektron ərizələrini (həftənin iş günləri saat 0900-dan 1230-dək və 1400-dən 1730-dək) təsdiq etdirməlidirlər.
Vətəndaşlar aşağıdakı sənədləri təqdim etməlidirlər:
• şəxsiyyəti təsdiq edən sənəd
• ali təhsil haqqında sənədlər
• əmək kitabçası və ya surəti (olduğu təqdirdə)
• 1 ədəd ağ fonda rəngli fotoşəkil (3x4 ölçüdə)
Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Qeyd: Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar.


Əlavə məlumat almaq üçün: e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Telefon: 545-65-71

Ardını oxu...

1. Ərzaq məhsullarının satın alınması.
2. Dərman preparatlarının satın alınması.
Kotirovka 18 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 19 fev­ral 2015-ci il tarixdə saat 1500-də Sədərək Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Süleyman Tağıyev Ünvan: Sədərək Rayon
Mərkəzi Xəstəxanası,
telefon: 070-618-14-95

1. Təsərrüfat mallarının və yuyucu vasitələrin satın alınması.
2. Dəftərxana ləvazimatlarının satın alınması.
Kotirovka 17 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 18 fevral 2015-ci il tarixdə saat 1100-də Naxçıvan şəhəri, “Azərbaycan” küçəsi 29-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Ramil Məmmədxanov
Ünvan: Naxçıvan şəhəri,
telefon: 544-66-26

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam ortatəhsilli 16 yaşdan 18 yaşadək (cari ilin avqust ayının 1-dək 16 yaşı tamam olacaq və həmin ayın 31-dək yaşı 18-ə çatmamış) Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir.

Ardını oxu...

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə”nin və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.
Muxtar respublika miqrasiya orqanlarında xidmətə qəbulla bağlı müsabiqəyə ali məktəbləri bitirən şəxslər buraxılırlar.
Müsabiqədə iştirak etmək istəyən şəxslər www.miqrasiya.nakhchivan.az internet saytına daxil olmaqla “miqrasiya orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın miqrasiya orqanlarında işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – cari ilin fevral ayının 9-dan mart ayının 10-dək davam edəcək.
Elektron ərizə ilə müraciət edən şəxslər eyni zamanda Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin müsabiqə komissiyasına müvafiq sənədləri təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlər əsasında vətəndaşların müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışyaşlı vətəndaşlar (qadınlar istisna olmaqla) müsabiqəyə buraxılmırlar.
Hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, miqrasiya orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə keçiriləcək müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən və kompüterdə işləmək bacarığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük veriləcək.

1. Dərman ləvazimatlarının satın alınması.
2. Ərzaq məhsullarının satın alınması.
Kotirovka 10 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 11 fevral 2015-ci il tarixdə saat 1200-də Kəngərli Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Hüseyn İbrahimov
Telefon: 548-01-25, ünvan: Kəngərli rayonunun Qıvraq qəsəbəsi

Qeyd: Yanvar ayında texniki itki nəzərə alınmaqla daxil olan 30 milyon 737 min kilovat-saat elektrik enerjisinin dəyəri 1 milyon 844 min 200 manat olmuş, cəmi 1 milyon 740 min 900 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 94,4 faizini təşkil edir.

 

Dəftərxana ləvazimatlarının satın alınması.
Kotirovka 9 fevral 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət müqavilənin vaxtında yerinə yetirilməsi, texniki-iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 10 fevral 2015-ci il tarixdə saat 1100-də Kəngərli Rayon Təhsil Şöbəsində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Amar Qasımov
Telefon: 548-07-32
Ünvan: Kəngərli Rayon Təhsil Şöbəsi, Qıvraq qəsəbəsi

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində “xalçaçı” peşəsi üzrə kurs təşkil edir.
Tədrisin müddəti 2 aydır.
Peşə hazırlığı kursunda iştirak etmək istəyənlər 2015-ci il fevral ayının 16-dək tələb olunan aşağıdakı sənədləri yaşadıqları ərazi üzrə Məşğulluq mərkəzlərinə təqdim edə bilərlər:

1. Yaşayış yerindən arayış
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Tibbi yoxlama haqqında arayış

Əlaqə telefonu: 545-32-33

Ərzaq məhsullarının satın alınması
Kotirovka 26 yanvar 2015-ci il tarixədək qəbul edilir. Sorğuda aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki, iqtisadi və maliyyə imkanlarına malik olması göstəricilərinə üstünlük veriləcəkdir. Kotirovka zərfi 27 yanvar 2015-ci il tarixdə saat 1100-də Naxçıvan Qızlar Liseyində açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Həşimov Zahid Sənan oğlu
Telefon: (050) 358-92-87
Ünvan: Naxçıvan Qızlar Liseyi

Hərracda qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hərraca çıxarılan əmlakların güzəştli satış qiymətinin 5 % məbləğində beh “Bank of Azerbaijan” ASC 12 saylı Naxçıvan filialında olan AZ 98 AZEJ 00800450190909001 nömrəli hesabına və “Kapital Bank” ASC Naxçıvan MR Baş İdarəsinin AZ 87 AİİB 45090249443100007500 nömrəli hesabına ödənilməlidir.  
Hərraclarda iştiraka görə hərrac iştirakçılarından qa­nunvericilikdə müəyyən edilmiş iştirakçı haqqı Auk­sion Mərkəzinin Maliyyə Nazirliyindəki №AZ 21 NABZ12360100000000005944 nömrəli hesabına köçürülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən ərzaq məhsulları üzrə açıq tender üsulu ilə satınalma həyata keçirilir.
Tenderdə iştirak etmək istəyənlər 25 yanvar 2015-ci il tarixdə saat 1300-dək Azərbaycan dilində tərtib olunmuş tenderin “Əsas şərtlər toplusu”nu Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsində yerləşən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən ala bilərlər.
Tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Ardını oxu...

Qeyd: Dekabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 33 milyon 477 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 8 min 600 manat olmuş, cəmi 2 milyon 152 min 600 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 107,2 faizini təşkil edir.

Naxçıvan Şəhər Peşə Liseyi 2015-ci ildə tələb olunan ərzaq məhsullarının satın alınması üçün kotirovka sorğusu elan edir. Kotirovka zərfi 14 yanvar 2015-ci il tarixdə saat 1100-də açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Əlaqələndirici şəxs: Abbasov Həsən Saleh oğlu
Telefon: 545-25-80

Müsabiqə komitənin Kinoloji xidmət şöbəsində mövcud olan mülki ştat vahidlərinin tutulması üçün keçirilir.
Müsabiqəyə xidməti itlərlə işləmək həvəsi, bacarığı və bu sahədə təcrübəsi olan şəxslər dəvət olunur. Qeyd edək ki, kinoloqların tabeçiliyində olan xidməti itlərdən narkotik vasitələrin, odlu silahların və dövriyyəsi qanunla qadağan olunmuş digər malların aşkarlanaraq gömrük nəzarətinə cəlb olunması məqsədilə istifadə edilir.
Muxtar respublika gömrük orqanlarında kinoloji xidmətin təşkili ilə bağlı müsabiqə sınaq və müsahibə mərhələlərindən ibarət olacaq. Müsabiqədə hər bir namizədin bu sahədəki təcrübəsi, ümumi dünyagörüşü, gömrük orqanlarında xidmət etməyə yararlı və layiqli olması yoxlanılacaq.
Müsabiqəyə yaşı 40-a qədər olan şəxslər buraxılacaq.
Maraqlananlar Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edə bilərlər.

Əlaqə telefonları:
(036) 544-49-60; (036) 544-49-72

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Muxtar respublika gömrük orqanlarına işə qəbulla bağlı müsabiqəyə ali məktəbləri “gömrük işi”, “maliyyə”, “iqtisadiyyat”, “hüquq”, “beynəlxalq münasibətlər” və “xarici dil (rus və ingilis)” ixtisasları üzrə bitirən şəxslər buraxılır. Ali məktəbləri tibbi ixtisaslar üzrə bitirən şəxslər (kişi) isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin tibb xidmətində mövcud vakant yer üzrə (1 yer) müsabiqədə iştirak edə bilərlər. Bir qayda olaraq namizədlərin yaşı 30-u keçməməlidir.

Ardını oxu...

2014-2015-ci tədris ilinin qış imtahan sessiyası ilə əlaqədar qiyabiçi tələbələrin nəzərinə çatdırır

1. Universitetin qiyabi şöbəsinin bütün ixtisaslarında (əlavə ali təhsil də daxil olmaqla) qış imtahan sessiyası 5 yanvar 2015-ci il tarixdən başlayır və 15 iş günü davam edir.
2. Kredit sistemi ilə təhsil alan I kurslarda isə qış imtahan sessiyası 5 yanvar 2015-ci il tarixdən başlayır və 20 iş günü davam edir.
3. 2013-2014-cü tədris ilinin yay imtahan sessiyasından akademik borcu qalan tələbələr 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası başlananadək akademik borclarını ödəməlidirlər.­
Bütün qiyabiçi tələbələrin sessiyada iştirakı zəruridir.

Rektorluq

 

Qeyd: Noyabr ayında texniki itki nəzərə alınmaqla daxil olan 37 milyon 752 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 265 min 100 manat olmuş, cəmi 2 milyon 233 min 400 manat vəsait toplanmışdır ki, bu da istifadə olunan enerjinin dəyərinin 98,6 faizini təşkil edir.

Naxçıvan Müəllimlər İnstitutu kafedra müdiri və kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1. Dillər və ədəbiyyat kafedrası – kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
2. Dillər və ədəbiyyat kafedrası – professor, filologiya üzrə elmlər doktoru – 1 yer (1 ştat)
3. Dillər və ədəbiyyat kafedrası – dosent, filologiya üzrə fəlsəfə doktoru – 1 yer (1 ştat)
4. Dillər və ədəbiyyat kafedrası – baş müəllim, filologiya üzrə fəlsəfə doktoru– 1 yer (1 ştat)
5. Dillər və ədəbiyyat kafedrası – baş müəllim – 1 yer (1 ştat)
6. Pedaqogika və psixologiya kafedrası – baş müəllim, filologiya üzrə fəlsəfə doktoru – 1 yer (1 ştat)
7. Pedaqogika və psixologiya kafedrası – baş müəllim – 3 yer (3 ştat)
8. Riyaziyyat və tədrisi metodikası kafedrası – kafedra müdiri, dosent, pedaqogika üzrə fəlsəfə doktoru
9. Riyaziyyat və tədrisi metodikası kafedrası – dosent, pedaqogika üzrə fəlsəfə doktoru – 1 yer (1 ştat)
10. Riyaziyyat və tədrisi metodikası kafedrası – baş müəllim – 1 yer (1 ştat)
11. Ali riyaziyyat və informatika kafedrası – baş müəllim – 1 yer (1 ştat)
12. Ümumi fənlər kafedrası – dosent, tibb üzrə fəlsəfə doktoru – 1 yer (0,5 ştat)
13. Ümumi fənlər kafedrası – baş müəllim – 1 yer (1 ştat)
14. Humanitar və təsviri incəsənət kafedrası – baş müəllim – 1 yer (1 ştat)
15. Humanitar və təsviri incəsənət kafedrası – baş müəllim – 1 yer (0,5 ştat)
Müsabiqə üçün sənədlər bu elan qəzetdə dərc edildiyi gündən bir ay müddətində müvafiq qaydada qəbul olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, Naxçıvan Müəllimlər İnstitutu
telefon: 545-32-02
Rektorluq

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nağdsız ödəmələrin dövriyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azaldılması və rahatlığının təmin olunması məqsədilə xidmətdə POS-terminal aparatının quraşdırılmasını təmin etmişdir.
Vətəndaşlar xidmətə müraciət edərkən bank mənsubiyyətindən asılı olmayaraq, istənilən plastik kart vasitəsilə xidmət tərəfindən göstərilən müxtəlif növ xidmətlər üçün xidmətin inzibati binasında POS-terminal aparatı ilə ödəniş apara bilərlər.

Ali hüquq təhsilli mütəxəssislər üçün
1) Təhqiqatçı vəzifəsinə:
Şahbuz Rayon Polis Şöbəsi – 1 yer
2) Polis sahə inspektoru vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 2 yer, Culfa Rayon Polis Şöbəsi – 2 yer, Ordubad Rayon Polis Şöbəsi – 5 yer, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi – 2 yer, Şahbuz Rayon Polis Şöbəsi – 3 yer, Şərur Rayon Polis Şöbəsi – 8 yer, Şərur Rayon Polis Şöbəsinin İbadulla Polis Bölməsi – 2 yer.

Ardını oxu...

Post-patrul xidmətinin polis nəfəri vəzifəsinə:
Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 2 yer, Ordubad Rayon Polis Şöbəsi – 2 yer, Culfa Rayon Polis Şöbəsi – 2 yer.
Yol-patrul xidməti inspektoru vəzifəsinə:
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi – 2 yer, Naxçıvan Şəhər Polis İdarəsi – 1 yer, Babək Rayon Polis Şöbəsi – 1 yer.
11 vakant vəzifəni tutmaq məqsədilə keçirilən müsabiqədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 180 santimetrdən (qadınlar üçün 170 santimetr) yuxarı olan, düzgün bədən quruluşlu və idman cüssəli, tam və ya orta ixtisas və ya ali təhsilli (yol-patrul xidməti inspektoru vəzifələrinə isə avtomobil nəqliyyatına aid olan orta ixtisas və ya ali təhsilli, sürücülük vəsiqəsi və kompüterlərlə işləmək qabiliyyəti olan) və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Ardını oxu...

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR